AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Qalaktikalar bir dövrü eyni müddətə başa vururlar

Qalaktikalar bir tam dövrü eyni zaman aralığında başa vururlar, alimlər deyir.

Həcmlərindən asılı olmayaraq, bütün qalaktikalar fərqli sürətlə hərəkət edirlər. Lakin bir tam dövrü eyni zaman aralığında başa vururlar, alimlər deyir.

Yer öz oxu ətrafında tam dövrünü bir gün müddətinə tamamlayır. Elə isə eyni prosesi qalaktikalar hansı müddətə sona çatdırır? Beynəlxalq radioastronomiya tədqiqatları mərkəzindən (ICRAR) olan mütəxəssislər bu sualla maraqlanıblar. Professor Herhardt Meurerin dediyinə görə, bütün qalaktikalar tam dövrü bir milyard il aralığında edirlər. “Bunlar, təbii ki, isveçrə saatları deyil, amma həcmlərindən asılı olmayaraq, istəyir böyük və ya kiçik olsun, siz onların (qalaktikaların) bir küncünə əyləşsəniz, bir tam dövr sizin bir milyard ilinizi alar”, – deyir.

Meurer qeyd edir ki, sadə riyazi alətlərin köməyilə astronomlar oxşar həcm və sıxlığa malik qalaktikaları tapmağa müvəffəq olurlar. Onun rəyinə görə, belə yanaşma müxtəlif qalaktikaların hansı səbəbdən fərqli sürətlərlə fırlanıb, sonda bu prosesi eyni zaman aralığına başa vurduğunu anlamağa kömək edəcək.

Alimləri ən çox təəccübləndirən fakt başqası idi: qalaktikaların kənarında rast gəlinən ulduzlar, gözlənilənin əksinə olaraq, “yaşlı” ulduzlar idi. “Mövcud modelin təxminlərinə görə, qalaktikaların kənar hissələrində yeni ulduzlar yaranmalıdır, – professor deyir, – biz isə ulduzlararası qaz dəstəsində çoxdan formalaşmış olanlarını aşkar etdik“. Bu tapıntı tədqiqatçılar üçün olduqca vacib nailiyyət hesab olunur, çünki bunun sayəsində qalaktikaların həqiqi hüdudlarını qeydə almaq mümkün olacaq. Sərhədlərin müəyyənləşdirilməsi astronomların işini xeyli asanlaşdırmaqla yanaşı, həmçinin araşdırmaların sürətini də artıracaq.

Meurerin sözlərinə görə, hazırda inşa olunmaqda olan, dünyanın ən böyük radiointerferometri olacaq Square Kilometre Array (SKA) adlı qurğunun köməyilə tezliklə yeni qalaktikalar tapıldıqda, əldə olunmuş bu son məlumatlara gərək duyulacaq. Alimlərin 2016-cı ildə apardıqları hesablama araşdırmasının nəticələrinə görə, gözlə görünən kainatda ən az iki trilyon qalaktika mövcuddur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
PHYS
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: