AstronomiyaElmi xəbərlər

NASA TRAPPIST-1 adlı sistemdə 7 Yerölçülü ekzoplanet kəşf etdi

NASA-nın Spitzer teleskopu tək bir ulduz ətrafında yeddi Yer ölçülü planetdən ibarət ilk bilinən sistemi kəşf etdi. Bu planetlərdən üçü ulduza yaxın, həyata yararlı bölgədə yerləşir və qayalıq planetlər olub potensial olaraq maye su ehtiva etmə ehtimalları olduqca yüksəkdir.

Bu kəşf bizim ulduzumuz ətrafında fıranan planetlər, yəni bizim sistemimz xaricində olan, bir planet ətrafında fırlanan və ekzoplanet adlanan həyata yararlı planet sayının kəşfində bir yenilikdir. Kəşf edilmiş bu, yeddi planetin hamısında düzgün atmosfer şərtləri altında bildiyimiz həyatın açarı olan maye su olma ehtimalı var, amma həyata yararlı bölgədə yerləşən üç planetdə bu ehtimal daha güclüdür.

Vaşınqtonda Elm Missiyaları Direktorluğunda müdür köməkçisi Tomas Zubaçen bildirir ki, bu kəşf həyatın mümkün olduğu və həyatın var olmasını asanlışdıran yerlərin tapılması üçün önəmli bir addımdır. “Yalnızıqmı?” sualına cavab vermək elmin əsas hədəfidir və həyata yararlı bölgədə bu qədər panetin tapılması bu hədəfə doğru atılmış önəmli bir addımdır.


NASA-nın Spitzer Kosmik Teleskopu tərəfindən TRAPPIST-1 adlı kiçik, yaxın ultra soyuq cırtdan ulduz ətrafında yeddi Yerölçülü planet kəşf edildi, bunların üçü həyata yararlı bölgədədir.

TRAPPIST-1 nədir və necə kəşf edildi?

Aquarius bürcündə yerləşən sistem Yerə nisbətən yaxın olub 40 işıq ili uzaqlıqdadır. Ekzoplanet sistemi Çilidə yerləşən TRAPPIST (The Transiting Planets and Planetesimals Small Telescope) teleskobu adı ilə TRAPPIST-1 adlanır. May ayı, 2016-cı ildə araşdırmaçılar TRAPPIST-i istifadə edərək sistemdə üç planet kəşf etdiklərini açıqlamışdılar. Spitzer, Avropa Cənubi Observatoriyasının Çox Böyük Teleskopu da daxil olmaqla Yer üzərindəki bir çox teleskop vasitəsi ilə araşdırılaraq bu iki planetin varlığı təsdiqləndi və əlavə 5 planet tapıldı və beləcə sistemdəki planetlərin sayı yeddiyə çıxdı.

Spitzer komandası məlumatları istifadə edərək planetlərin ölçülərini və onların təxmini sıxlıqlarına görə kütələrini hesablamışdı.

Sıxlıqlarına görə TRAPPIST-1 planetləri qayalıq planetlərdir. Növbəti müşahidələr sadəcə planetdə suyun olub-olmamasına deyil, səthdə su olub-olmamasını dəqiqləşdirməkdə köməkçi olacaq. Yeddinci və ən uzaq planetin kütləsi hələ müəyyən deyil, alimlər inanır ki, planet qartopuna bənzər şəkildə buzla örtülüdür, amma daha çox müşahidə lazımdır.

Məqlənin rəhbəri Maykl Qillon bildirir ki, TRAPPIST-1 möcüzələri belə bir ulduz ətrafında tapılan ilk Yerölçülü planetlərdir. Bu həmçinin Yerölçülü planetlərin atmosferlərini araşdırmaq üçün ən yaxşı hədəfdir.

Ulduzdan olan məsafələrinə, kütələrinə, ölçülərinə görə planetlərin illustrasiyası.
Sistem və planetləri necə görünür?

Günəşimizin əksinə ultra soyuq olaraq xarakterizə edilən TRAPPIST-1 ulduzu o qədər soyuqdur ki, ona çox yaxın olduqlarına baxmayaraq planetlərin üzərində su maye halında mövcud ola bilər. Planetlərin yeddisi də ulduza Merkurinin Günəşə olduğundan daha yaxından. Həmçinin planetlər də bir-birlərinə yaxındır. Əgər bir insan bu planetlərin birinin səthində dayanıb digərinə baxsa, böyük ehtimalla digər planetin geoloji strukrunu və ya buludlarını görə bilər, səmadakı planetin görüntüsü hətta bizim Ayın görüntüsündən daha böyük olar.

Plantlərin bir üzü daima ulduza baxa bilər, bu da o deməkdir ki, planetlərin bir tərəfində daim gündüz, digərində isə gecə ola bilər. Planetlərin qaranlıq və işıqlı tərəfindən bir-birinə doğru əsən güclü küləklər və fərqli temperatur dərəcələri mövcud ola bilər, yəni planetlər Yerdən fərqli şəraitlərə malik ola bilər.

Yer Günəşin ətrafında fırlandığı kimi Yerin orbitində fırlanan Spitzer teleskopu TRAPPIST-1 sistemini araşdırmaq üçün çox uyğundur, çünki ulduzun işıqları adi gözün görə bilməyəcəyi infraqırmızı şüalar olaraq bizə çatır. 2016-cı ilin payızında Spitzer sistemi təxminən 500 saat müşahidə etdi. Spitzerin kəşfinin ardından NASA-nın Habl teleskopu həyata yararlı bölgədəki üç planeti anaiz etməyə başladı, məqsədi planetlərdə Neptun kimi qaz nəhənglərinə məxsus hidrogenlə dolu atmosferi aşkarlamaq idi.

TRAPPIST 1-d planetinin səthi: 360 dərəcə

TRAPPIST-1e planetinin səthinin təxmini görünüşü: İllustrativ poster

2016-ci ilin May ayında Habl sistemin sərhəddinəki iki planeti müşahidə etdi və hidrogen əsaslı atmosferə dair işarə tapmadı. Bu, ulduza yaxın planetlərin də qayalıq planetlər olması ehtimalını gücləndirdi.

Spitzer, Habl və Kepler teleskopları 2018-ci ildə istifadəsinə başlanacaq Ceyms Vebb Kosmik teleskopun vasitəsi ilə növbəti araşdırmaların planlanmasına kömək edəcək. Vebb su, metan, oksigen və s. kimi atmosfer komponentlərinin müəyyən edilməsi üçün daha yüksək həssaslığa malik olacaq. Vebb həmçinin planetlərin həyatın varlığı üçün açar faktorları olan səth temperaturunu və təzyiqini analiz edəcək.

 

Niyə kəşf həyəcan doğurur?

Bildirdiyimiz kimi TRAPPIST-1 sistemi planetlərindən üçü Goldilocks bölgəsi kimi adlanan həyata yararlı bölgədə yerləşir. Bu o deməkdir ki, planetlərin səthində maye su və okeanlar olması üçün doğru şərait mövcuddur. Həmçinin nə az, nə də çox günəş enerjisi qəbul etmədiyimiz üçün bildiyimiz həyata ev sahibliyi etmə ehtimalı da böyükdür. Sistemin planetlərin altısı doğru temperatur xəttində yerləşir, planetlərin səth temperaturu 0-100 Carasındadır. Bu həyat və maye su olma ehtimalını daha da gücləndirir.

Qaynaqlar və əlavə araşdırma mənbələri:

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: