AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Mütəxəssislər: “Yadplanetlilərlə şəkillər vasitəsilə ünsiyyət qurmalıyıq”

Alimlər hesab edir ki, yerdənkənar sivilizasiya nümayəndələri ilə ən yaxşı ünsiyyət üsulu şəkillərdir. Bununla belə bir sıra probləmlər hələ həll olunmalıdır. Breakthrough Starshot layihəsinin rəhbəri təyin edilmiş Eyms Tədqiqat Mərkəzinin keçmiş başçısı Pit Vorden qeyd edir ki, yadplanetli sivilizasiya təmsilçiləri ilə ünsiyyətin yolları elm ictimaiyyətində hələ də aktuallığını itirməyən və müzakirələrə gətirib çıxaran mövzu olaraq qalır.

Uzun illərdir ki, alimləri bu sual narahat edir: yadplanetlilərlə qarşılaşdıqda onlara nə deməliyik? Sözsüz ki əgər belə bir hadisə ümumiyyətlə nə vaxtsa baş verərsə. Yuri Milnerin Breakthrough Initiatives adlı layihəsi bu məsələyə yeni təkan verir. Vordenin dediyinə əsasən, xüsusi konsultativ qrup belə qənaətə gəlib ki, insanlardan kəskin dərəcədə fərqlənəcək intellektual canlılarla ən uğurlu ünsiyyət üsulu şəkillərdir. Məsələ burasındadır ki, bu qərar “çətinlik aysberqinin” yalnızca görünən üzüdür. “Bir və ya bir neçə şəkil göndərsək belə, onları necə kodlaşdırmalıyıq ki, şifrə ən uyğun formada oxuna bilsin?” – Vorden deyir.

Mütəxəssislər bununla yanaşı mesajın hansı üsulla göndərilməsinə aydınlıq gətirməlidirlər: radio, yoxsa lazer. İnformasiya ötürülməsi keyfiyyətinin artırılması və təkrarlanma tezliyi kimi mövzular da müzakirə olunmağa başlanıb. Vorden özü hesab edir ki, sadalanan problemlər təkcə alimləri deyil, bütün bəşəriyyəti narahat etməlidir.

Breakthrough Initiatives layihəsi çərçivəsində bir neçə istiqamət nəzərdə tutulur. Bunlar, işıq yelkənləri olan kosmik gəmilər donanması inşası (Breakthrough Starshot), yerdənkənar sivilizasiyalar üçün rəqəmsal mesaj hazırlanması (Breakthrough Message) və yaplanetli mənşəli siqnalların dinlənilməsi və qeydə alınması (Breakthrough Listen) kimi proqramlardır.

Qeyd edək ki, 70-ci illərdə yadplanetlilərlə tanışlıq məqsədi üçün kosmosa göndərilmiş mesajlarda müasir mütəxəssislər “seksizm” və “irqçilik” əlamətləri olduğunu bildiriblər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: