AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Mütəxəssislər: “Marsda kaloniya qurmaq mümkün deyil”

Mütəxəssislərin gəldiyi qənaətə görə, Marsda avtonom kaloniya qurmaq fikri nəinki yaxın, hətta uzaq gələcəkdə belə həyata keçməyə bilər. Bunun sosial-iqtisadi səbəbləri var.

Amerikalı sahibkar İlon Mask bu yaxınlarda Interplanetary Transport System konseptini təqdim etmişdi. Layihə çərçivəsində qırmızı planetə yüz nəfərlik ekipaj daşıya bilən kosmik gəminin yaradılması nəzərdə tutulur. Bu, hələ başlanğıcdır: SpaceX layihəsi gələcəkdə Marsa bir milyon Yer sakinini köçürməyi və beləliklə orada doğma planetdən tam müstəqil kaloniya yaratmağı planlaşdırır. İdeya müəlliflərinin dediyinə görə, belə addım ən əsas da Yerlə bağlı problemlərin (müharibələr, təbii fəlakətlər, ekstremizm və s.) qarşısının alınmasında əvəzsiz yardım təmin etmiş olacaq.

İndi isə ən prestijli elmi jurnallardan olan Nature nəşriyyatı Marsın kalonizasiyası planlarını mümkünsüz adlandırıb. Daha dəqiq desək, söhbət Marsda Yerdən tam müstəqil və avtonom şəkildə mövcud ola biləcək vahid kaloniyadan gedir. Mümkünsüzlüyün səbəbi sadədir – pul. Marsa ekspedisiyanı yalnız varlı ölkələr və böyük korporasiyalar təşkil edə bilər. Lakin onlar bunu elə belə etməyəcəklər. Nature müəlliflərinin qənaətinə görə, qırmızı planetin təbii sərvətlərinin istismarında sponsorlar kaloniyaçılardan öz eksklyuziv iştirakını tələb edəcəklər. Beləliklə Mars sakinləri öz sponsorlarından tam asılı olacaqlar və bu vəziyyət hər ekspedisiyada təkrar olunacaq. Kaloniyaçılar baza və həyat təminatını özləri qura bilməyəcəklər.

Tədricən Mars təsir sferalarına ayrılacaq və “mars siyasəti” Yerdə “münasibətlərin aydınlaşdırılması” hissəsinə çevriləcək. Bu, həm də Ayda inşa edilmə ehtimalı olan kaloniyalara aiddir.

İlon Maskdan savayı niderlandlı Bas Lansdorp da yer əhalisinin müəyyən bir hissəsinin Marsa köçürülməsi ideyasın həyata keçməsi üçün səy göstərir (Mars One), lakin mütəxəssislər maliyyə və texniki əsassızlıqlar səbəbindən bu layihənin də utopiyadan başqa bir şey təqdim etmədiyini bildirirlər.

Bir neçə gün əvvəl isə mütəxəssislər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kosmik siyasətindən bəhs ediblər. Prezidentin kosmik siyasət üzrə məsləhətçisi Robert Uolker qeyd edib ki, hazırki ABŞ höküməti kosmik layihələr arasında Marsa ilk insanın çatdırılmasına xüsusi diqqət ayırır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: