AstronomiyaBiologiyaElmi xəbərlərHəyatın təkamülü

Marsın ilk sakinləri uşaq doğmayacaqlar

“Mars One” layihəsinin təsisçisi, hollandiyalı Bas Lansdorp Marsın nəsil artırmaq üçün nə dərəcədə əlverişli olduğunu aydınlaşdırmaq üçün ilk öncə heyvanlar üzərində tədqiqatların aparılmalı olduğunu açıqladı.

Hollandiyalı kəşfçi Bas Lansdorp 2023-cü ildə Marsa köçəcək insan koloniyasının sağlam nəsil artıra biləcəyini təsdiqləmək üçün ilk öncə oraya heyvanları göndərib, yalnız onlar üzərində tədqiqatlar apardıqdan sonra qırmızı planeti koloniyalaşdırmağın nə dərəcədə mümkün olacağına dair açıqlamalar verdi. Marsın qarşımıza qoyduğu şərtlərin nəsil artırmaq üçün uyğun olub-olmadığı aydın olmayanadək orada insan uşaqlara sahib olmayacaq.

Lansdorp Moskvada təşkil olunan konfransda bunları dedi:

“Uşaq doğmağı tövsiyə etməzdim. Biz hələ ki orada hamiləliyin necə davam edəcəyi və embrionun nə qədər sağlam inkişaf edəcəyini bilmirik.”

“Mars One” layihəsi qarşıya 2023-cü ildə Marsda ilk pilotlu təcrübə keçirmək məqsədi qoyur. O vaxtadək seçiləcək 4 könüllü üçün Marsda yaşamağı mümkün edən bütün texnologiyalar düşünülmüş və yol xəritəsi hazırlanmışdır. Marsın ilk sakinləri olacaq könüllülər həyatlarının sonuna qədər orada yaşayacaqlar, hər saniyələri də Yerdə canlı yayımlanacaq. Artıq 200.000-dən çox insan layihədə iştirak etmək üçün müraciət etmişdir.


İstinad: RİA Novosti

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: