AstronomiyaElmi fantastikaHəyatın təkamülüMaraqlı

Kosmosda başqa həyat varmı?

Uzun illərdir insanları maraqlandıran ən vacib suallardan biri budur: kosmosda başqa həyat varmı? Bizdən başqa sivilizasiyalar mövcuddurmu?. Bu mövzuya dəqiq cavablar vermək olduqca çətindir. Bu günə qədər Yerdən kənarda başqa bir həyat əlamətinə rast gəlinməmişdir və  izlədiyiniz bütün filmlərdəki yadplanetli görüntüləri saxta və fantaziya məhsuludur. Amma baxa və ya görə bildiyimiz ərazi heç kainatın trilyonda biri deyil. Təkcə Süd Yolu qalaktikasında 200-400 milyard sayda ulduz olduğunu və kainatda Süd Yolu kimi milyardlarla qalaktika olduğunu düşündükdə olduqca kiçik bir sahəni müşahidə edə bildiyimiz aydın olur.

Son illərdə edilən kəşflərlə artıq uzaq qalaktikalar araşdırılmağa başlandı, Günəş sistemindən kənat planetlərin kəşfi də sürətləndi. Kosmosun bir çox yerində həyatın yaşıllaşması üçün lazımi şərtlərin mövcudluğu müəyyən olundu. Son hesablamalara görə yalnız Süd Yolu qalaktikasında Yerə oxşar 8 milyarddan çox planet mövcud ola bilər. Bu planetlərdə lazımi şərtlərin meydana gəlməsi nəticəsində həyat əlamətlərinə dair dəlillərin tapılması alimləri heyrətləndirəcək kəşf olmayacacaq, amma eyni zamanda çox böyük əhəmiyyət daşıyan, kainat haqqında yeni məlumatlar təmin edəcək tapıntı olacaq. Bəlkə də ən maraqlı sual başqa planetlərdə təbiət qanunlarının insanlar kimi ağıllı və kainatı qavrayan mədəni sivilizasiyalar təkamülləşdirib-təkamülləşdirə bilmədiyidir, daha doğrusu təkamülləşdirməsi üçün şəraitlərin olub-olmadığıdır. Belə olduğu halda, bizdən qat-qat inkişaf etmiş sivilizasiyalar mövcud ola bilər.

“Əgər bizdən daha çox inkişaf etmiş sivilizasiyalar varsa, niyə biz onları görə bilmirik ya da onlar bizimlə əlaqə qurmurlar, və ya gəlib planetimizi koloniyalaşdırmırlar?” Bunlar, insanları ən maraqlandıran suallardandır. Bu suallara verilə biləcək bir çox cavablar var, hansılar ki ehtimallar daxilindədir:

– Planetimiz inkişaf etmiş sivilizasiyalardan çox uzaqda ola bilər;
– Samanyolu qalaktikasında inkişaf etmiş yeganə sivilizasiya ola bilərik;
– Bizimlə əlaqə qura biləcək qədər inkişaf etməyə bilərlər;
– Bizimlə əlaqə yaratmaq üçün hər hansı bir səbəbləri olmaya bilər;
– Bizim qavraya bilmədiyimiz fərqli boyutlarda yaşaya bilərlər;
– Bizi özləri ilə müqayisədə 6 milyon il əvvəlki vəhşi əcdadımız kimi görə bilərlər;
– Bioloji həyatdan texnoloji həyata (kompyuter həyatı) keçid almış ola bilərlər;
– Planetlərini tərk edib köçəri kosmik həyat yaşaya bilərlər;
– Çoxları milyard və ya milyon illər əvvəl məhv olmuş ola bilər;
– Bizim onları koloniyalaşdırmağımızdan qorxa bilərlər və s.

Bir çox astrobioloqlarsa fərqli düşünür. İnsan növü bu yaxınlarda kosmik məkana daxil olub, hələ üzərindən bir əsr belə keçməyib. Bu qalsın bir yana, kainatda bizdən başqa canlıların olub-olmadığını araşdıran sahə – astrobiologiya daha da gəncdir. Astrobioloqlar hesab edirlər ki, kainatdaki fərqli üstün sivilizasiyaların bizi və digər nisbətən inkişaf etmiş sivilizasiyaları kaloniyalaşdırmaq üçün hər hansı bir səbəbləri olmamalıdır. Tariximizə nəzər yetirsək, insanoğlunun əsrlər keçdikcə daha da mədəniləşməsinə əmin ola bilərik, bu prosesin sonunda da “həqiqi sivilizasiya” qura biləcəyimiz inandırıcı görünür. Bizim kimi, inkişaf etmələri üçün lazımi şərtlərə sahib olan “kosmik qardaşlarımız” da bu yolu getmiş olmalıdır. Bəziləri bizdən daha geridə, digərləri isə daha irəlidə ola bilər. Müasir alimlər arasında fikir müxtəlifliyi olsa da, yenicə araşdırmağa başladığımız kosmik aləmin sivilizasiyalarının mədəni, hətta bizdən inanılmaz dərəcədə inkişaf etmiş növlər olduğu mübahisə obyekti olmaqla bərabər, qətiyyən şübhə altına da alınmır. Son olaraq, məşhur astrofizik, həmçinin ilk astrobioloqlardan olmuş Karl Saqanın bu sözlərini əlavə etmək istəyirik:

“Sübutun yoxluğu, yoxluğun sübutu deyil.”

“Əgər kainatda yalnızıqsa, nə qədər məkan boşuna sərf olunub.”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: