AstronomiyaBeyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Kosmik səyahətlərdə növbəti əngəl – ağılsızlıq

Siçanlar üzərində aparılan araşdırmaların nəticələri göstərir ki, kosmik şüalanma beynin neyron şəbəkələrində ciddi və uzunmüddətli pozuntular meydana gətirə və mürəkkəb məsələləri həll etmə potensialını azalda bilər.

Marsa uzunmüddətli uçuş və Qırmızı planetdə yaşayış çoxsaylı fəsadlara yol aça bilər ki, bunların da başında radiasiya dayanır. Kosmosu cənginə alan radiasiya axını qlobal maqnit sahəsi və sıx atmosfer kimi müdafiə sistemləri olmayan Mars planetinin səthinə qədər gəlib çatır. Kosmik gəmi və mars forpostları qurucuları bu məsələyə olduqca ciddi yanaşır və şüalanmanı “pərdələməyin” üsullarını düşünməyə çalışırlar.

Kosmik şüa hissəcikləri müxtəlif kütlə və enerjiyə malikdir və mümkün bütün yollarla onların qarşısı alınır. İnsanları xüsusilə ağır oksigen və titan ionlarından qorumaq çətindir. Kaliforniya universitetindən olan Çarlz Limolinin apardığı tədqiqatın nəticələri optimistik heç nə vəd etmir. Laboratoriya siçanları və siçovullarını şüalanma təsirlərinə məruz qoyub beyində meydana gələn pozuntuları araşdırdıqdan sonra, davranış və əqli bacarıqlarındakı dəyişiklikləri öyrəniblər.

Alimlərin dediyinə əsasən, radiasiyaya məruz qoyma hadisəsindən həm üç, həm də altı ay sonra heyvanlarda əqli problemlər ortaya çıxıb: yaddaş və tədqiq etmə aktivliyi zəifləyib, həyəcanlılıq isə artıb. Bu neqativ dinamika neyron strukturuna da təsirsiz ötüşməyib.

Histoloji preparatlar göstərir ki, şüalanma beyin qabığı neyronlarının morfologiyasını dəyişdirərək, mürəkkəb dendrit şaxələrini azaltmaqla yanaşı həm də sinaptik dəqiqlik və iltihab prosesləri əlamətlərinin zəiflədir. Mütəxəssislər əldə edilmiş nəticələrin gələcəkdə həyata keçəcəyi gözlənilən uzun kosmik səyahətlərin insan beyni üzərindəki təhlükələri mövzusunda əlavə dəlil formalaşdırdığını qeyd edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: