AstronomiyaBiokimyaElmi xəbərlərHəyatın təkamülü

Kometlər “amin turşusu fabrikləri” ola bilər

Kometlərin qədim Yer səthi ilə toqquşması nəticəsində kifayət qədər enerji istehsal oluna və böyük miqdarda amin turşularının formalaşması üçün primitiv karbohidrogen, ammiak, kükürd və həyatın digər “təməl elementləri” Yerə düşmüş ola bilərdi. Londonda yerləşən İmperial Kollecdən olan alimlər laboratoriyada süni Yerlə “mini-kometləri” toqquşdurduqdan sonra belə qənaətə gəldilər. Tədqiqatla əlaqədar məqalə 15 sentyabr 2013 tarixində Nature Geoscience jurnalında dərc edildi.

“Apardığımız iş göstərir ki, həyatın təməl elementləri Günəş sistemi daxilində olduğu kimi, onun sərhədlərindən kənarda da yığıla bilər. Problem bundan ibarətdir ki, həmin təməl elementlər yalnız müəyyən şərtlərdə birləşir. Xoşbəxtlikdən, belə proseslərin baş verə biləcəyi yerlərin siyahısını genişlətməyə nail olduq və Yerdə həyatın yaranması ilə əlaqədar daha bir çatışmayan hissəni tapdıq”, – İmperial Kollecdən (Böyük Britaniya) olan Zita Martins qeyd edir.


Martins və həmkarları laboratuar şəraitdə “mini-kometlərin” süni Yer səthi ilə toqquşmasının nəticələrini təhlil etdilər. Kometlərin rolunda buz qarışığı, CO2, sadə karbohidrogenlər, ammiak və digər birləşmələrdən ibarət kiçik şar çıxış edirdi. Bu şar qaz topununun çəlləyinə bağlanmışdı. Topdan süni Yerə atılan polad güllənin sürəti kometin Yerə yaxınlaşdıqda yığdığı sürəti xatırladırdı.

Topdan atəş açdıqdan və güllənin süni Yerlə toqquşmasından sonra planetoloqlar şarın qırıntılarının və səthin tərkibini araşdırmağa başladılar. Nəticədə məlum oldu ki, hətta aşağı sürətlə hərəkət edən obyektin toqquşmasından sonra buz əriyə və kometdəki orqanikanın böyük miqdarı alanin, qlisin, norvalin, izovalin və alfa amin yağ turşusu kimi sadə amin turşularına çevrilə bilər.

“Bu təcrübə bizə su və karbondioksid kimi sadə molekul qarışıqlarından daha mürəkkəb qarışıqlara – amin turşularına keçidin necə baş verə biləcəyinin sadə mexanizmini göstərdi. Bu, həyatın yaranmasının ilk addımıdır. Bundan başqa biz hələ növbəti mərhələnin necə baş verdiyini – amin turşularından zülal və digər mürəkkəb molekullara keçidi anlamalıyıq”, – Kent Universitetindən olan Mark Price deyir.


İstinadlar: Nature Geoscience , Nature World News

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: