AstronomiyaMaraqlı

Kainatda yalnızıq? Əgər yalnızsaq digər həyat formalarını nə məhv etdi?

Kainatda yalnız olub-olmadığımız sualı şübhəsiz ki başını qaldırıb səmanı seyr edən hər kəsin həyatında bir dəfə olsun düşündüyü bir şeydir. Saysız ssenariyə qapı açdığı üçün kimi insan bu suala maraq, kimisi isə qorxuyla yaxınlaşır. Mövzuyla bağlı edilən araşdırmaların isə indiyə qədər dəqiq bir cavab verdiyi deyilə bilməz. Kainatla bağlı edilən bəzi kəşflər kosmosda mürəkkəb (və ağıllı) həyat formalarının olma ehtimalını gücləndirərkən bəzi tapıntılar da əksi istiqamətdə bir vəziyyəti dəstəkləyir.

Yadplanetli ağıllı həyat formaları haqqında fikir irəli sürmək üçün kainatın ölçüləri haqqında fərziyyələrimizin olmağı zəruridir. Fizika və astronomiya elmləri sualın cavabı üçün ən çox əmək ortaya qoyan sahələrdəndir. Kainatdakı ağıllı həyat ilə bağlı önə sürülən ən məşhur müzakirələrdən biri fizikaçı Enrico Ferminin 1950-ci illərdə önə sürdüyü Fermi Paradoksundan doğulmaqdadır. Paradoks dünyadakı həyatın qaynağı olan günəşimizin kainatdakı digər ulduzlara görə olduqca gənc olduğunu və bizimkinə bənzəyən həyat şərtlərinin kainatın dərinliklərində milyonlarla il əvvəl təmin edilmiş ola biləcəyini dilə gətirir. Buna görə bu bizimkindən yaşlı olan bir mühitdə yaranan və inkişaf edən həyatın kafi zaman verildiyində dünyadakına bənzər bir müddət keçirməsi və mədəniyyətlər quracaq qədər inkişafı da yüksək bir ehtimaldır. Yəni bizdən yalnız bir milyon il əvvəl (kainat üçün qısa bir müddətdir) inkişaf müddətinə başlamış bir həyat formasının indiyə bütün kainatda galaktik bir hakimiyyət qurması və varlığının hiss edilə bilməsi lazımdır. Belə bir vəziyyətə rast gəlməməmiz (paradoksa görə) kainatda tək olduğumuzun göstəricisidir.

Fermi Paradoksunun depressiv dünyagörüşünə qarşı astrofizik Frank Drake 1961-ci ildə paradoksa cavab olaraq xüsusi bir tənlik inkişaf yaratmışdı. Drake tənliyi olaraq bilinən bu tənlik müxtəlif dəyişənlər üzərindən Südyolu qalaktikasındakı ağıllı həyat ehtimalını sorğulamaqdadır. Tənliyə əsaslanaraq Drake və həmkarlarının NASA-da 1961-ci ildə etdiyi hesablamalar ən az 20, ən çox 50.000.000 sivilizasiya nəzərdə tuturdu. Bu gün bu interval 2 – 280.000.000 arasına genişləmişdir.

Açıqcası, kainatdakı ağıllı həyat formalar işin bir sonrakı mərhələsi olaraq görülə bilər. Əvvəlcə soruşulması lazım olan kainatın nə qədərinin Yer üzərindəkinə bənzər bir həyata əlverişli olduğudur. Qüds Universitetindən Tsvi Piran və Barselona Universitetindən Raul Jimenezin etdikləri son araşdırma bütün kainatın yalnız 10%-nin kompleks həyat formaları üçün əlverişli olduğunu qarşıya qoyur.

Physics Review Lettersdə nəşr olunan nəzəri araşdırma kainatdakı həyatın olması ehtimalı Qamma şüası partlamaları (Gamma-Ray-Burst) üzərindən qiymətləndirir. Bilinən ən güclü partlamalardan olan Qamma şüası partlamaları əsasən qısa müddətli və uzun müddətli olaraq ikiyə ayrılır. Qısa müddətli partlamalar iki qara dəliyin bir-biri ilə toqquşmasında meydana gəlir və 2 saniyədən az davam edir. Uzun müddətli partlamalar isə bir ulduzun sönməsindən sonra meydana gəli və onlarla saniyəlik ömürə sahibdir (Bunlardan başqa, məqaləyə görə çox zəif və nisbilik sıx reallaşan partlamalara da “parlama” (flare) adı verilir).

Bu sayılanlar arasından çox nadir reallaşan ancaq böyük enerji saxlayan uzun davamlı qamma partlamaları ən təhlükəli olanlardır, çünki ortaya çıxan enerji planetimizin ozon təbəqəsini rahatlıqla yox edib, dünyanı yaşanmaz hala gətirəcək səviyyədədir. Piran və Jimenezə görə uzun müddətli qamma partlamaları kainatda bir çox bölgənin həyatdan yoxsul olmasının səbəbidir, bu partlamalar mövcud həyat formalarını yox etmiş ola bilər.

Araşdırmaya görə keçmişdə ölümcül bir Qamma şüası partlamaları Yerə təsir edəcək məsafədə reallaşmış ola bilər. Belə bir partlamanın son 5 milyard il içində 90%, son 500 milyon ildə isə 50% ehtimalla reallaşdığı düşünülür. Bu vəziyyət də yanaşma 500 milyon il əvvəl reallaşan və dünyadakı canlı növlərinin  70%-dən çoxunu yox edən Ordovician-Silurian Nəsil Kəsilməsi hadisəsini gündəmə gətirir. Digər bir deyişlə, dünya tarixində həyatın təhlükəyə girdiyi ən əhəmiyyətli dövrlərdən birinin məsulu yaxınlarda meydana çıxan bir Qamma şüası partlamaları ola bilər.

Ancaq Qamma şüası partlamaları hər daim qorxmamamız lazım olan bir hadisə deyil, çünki qalaktikamızdakı yüksək metal nisbəti bu partlamaların ehtimalını ciddi ölçüdə aşağı salır. Yaxşı bu partlamaların şiddəti göz önünə alındığında kainatın nə qədəri bizimkinə bənzəyir, karbon əsaslı bir həyata uyğundur? Piran və Jimenezə görə bu nisbəti yalnız 10%-dir.

Təbii ki bütün kainatın 10%nin dəa çox böyük bir sahəni əhatə etdiyi müzakirə edilməzdir. Ancaq bu vəziyyət bizim kosmosdakı ağıllı həyat ümidlərimizi (ya da qorxularımızı) istər-istəməz Fermi Paradoksunun pessimizminə yaxınlaşdırır. Buna baxmayaraq unutmamaq lazımdır ki, kosmosda reallaşan hadisələrin bu ədədlərdən çox fərqli ola bilmə ehtimalı da var. Radiasiyaya və qamma şüasına bizdən çox daha müqavimətli olan həyat formaları şübhəsiz Qamma şüası partlamalarından daha az təsirlənəcək və kainatın 10%-dən daha geniş bir bölgədə mövcudluq şansı tapacaqlar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: