AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Həyat ola biləcək planetlərin sayı daha çoxdur

Həyatın mövcudluğu üçün əlverişli olan planetlər Yerə oxşamaya da bilər. Belə planetlərdən bir neçəsində isə həyat üçün şərtlər Yerdəkindən daha rahat ola bilər. Astrobiology jurnalında dərc olunan məqaləyə görə cırtdan ulduzlar ətrafında dövr edən planetlərdə həyat ehtimalı yüksəkdir.

Həyat üçün əlverişli planetlərin axtarışları işində astronomlar əsasən Yerə oxşar obyektləri tapmağa çalışırlar. McMaster Universitetindən (Kanada) olan Rene Heller və Weber Dövlət Universitetindən (ABŞ) olan John Armstrong isə yaşayış ola biləcək planetlərin sayının hesab edildiyindən daha çox olduğu qənaətindədirlər.

“Digər planetlərdəki şərtlər həyatın yaranması və inkişafı üçün daha da əlverişli ola bilər. Üstəlik yaşayış ola biləcək tək yer planetlər deyil, həm də onların peykləridir”, – məqalənin müəllifləri olan Heller və Armstrong deyir.

Onlar hesab edir ki, astronomların nəzərə aldığı əsas parametr – planetlə ulduzu arasındaki məsafədən başqa, planetin səthinin temperaturunu müəyyən edən digər faktorlar da var. Bunlardan biri planetlə ulduzu arasındaki cazibə qüvvəsinin qarşılıqlı təsirləri nəticəsində meydana gələn “axın qüvvələridir”.

Bu qüvvələr planeti darta və sıxa bilər, nəticədə isə planet kifayət qədər qızışa bilər. Bunun ən gözəl nümunəsini Yupiter və peyki Europa arasındaki qarşılıqlı təsirlərdə görürük. Alimlər bu təsirin orbiti dairəvi vəziyyətə gətirəcəyini deyirlər, bu səbəbdən planet digər səma cismlərinin də təsirinə məruz qalmalıdır.

Həmçinin Yeri kütlə baxımından qabaqlayan nəhəng planetlərdə də həyat əlamətlərinə ehtimal var. Belə planetlərin dərinliklərindəki tektonik aktivliklər daha uzunmüddətlidir, səthi şiddətli radiasiyadan qoruyan maqnit sahələri daha güclüdür, atmosfer daha qalındır və daha hamar səth səbəbindən okeanlar daha kiçikdir.

Heller və Armstrong bir dəfə planetdə yaranmış canlılığın, oranın təbii şərtlərinin daha yaxşılaşmasına səbəb olduğunu düşünürlər. Məqalənin müəllifləri bu tip planetlərin, Günəşi ölçüdə geridə qoyan uzunömürlü ulduzlar ətrafında tapıla biləcəyi qənaətindədirlər. Bu namizədlərin roluna ən uyğun olanlar Günəş sisteminin qonşusu – “Alpha Centauri B” kimi narıncı cırtdan ulduzlardır. Qeyd etmək lazımdır ki, Alpha Centauri B sistemində Yerə kütlə baxımından oxşar bir planet dövr edir.

İstinad: Astrobiology , Phys.org

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: