AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Gənc kainatda həyat ola bilərdi

Böyük Partlayışdan (The Big Bang) 15 milyon il sonra kosmik mikrodalğa fonunun temperaturu 30 dərəcə selsiyə bərabər idi. 11 dekabr 2013 tarixində Phys.org saytında yayımlanan xəbərə görə, bu fakt o dövrün planetlərində (əgər onlar mövcud idilərsə) həyat üçün əhəmiyyətli suyun var ola biləcəyinə dair məlumatlar təmin edir.

Gənc kainatda həyat şəraitlərinin mümkünlüyü antropik prinsipi şübhə altına alır. Antropik prinsipə əsasən, biz mövcuduq, çünki bizim müşahidə etdiyimiz kainatın fundamental sabit dəyərləri həyatın yaranmasına əlverişlidir; çünki “yalnız bizimki kimi bir kainatda həyat var ola bilərdi”.

Yerdənkənar həyat axtarışında olan astrobioloq və astronomlar yalnız “həyat zonası” daxilində olan ekzoplanetlərə müraciət edirlər, çünki, dediklərinə görə bu, maye suyu dəstəkləyən məsafədir və o “zonadan” kənar, ulduzuna daha yaxın və ya daha uzaq məsafələrdə həyatın yaranması üçün bir sıra problemlər ortaya çıxır.

Harvard Universitetindən olan Abraham Loeb iddia edir ki, kosmos şərtləri hər zaman belə sərt olmamışdır. Gənc kainatımız plazma (yanar ion qaz) ilə dolu idi. Onun şüasını biz hələ də müşahidə edə bilirik – kosmik mikrodalğa arxa plan şüalanması.

Hal-hazırda kosmik mikrodalğa şüalanmasının temperaturu mütləq sıfırdan bir neçə dərəcə yüksəkdir. Lakin Loeb’in hesablamalarına görə Böyük Partlayış hadisəsindən yalnız 15 milyon il sonra kosmik temperatur daha isti idi, ki bu da qədim bütöv kainatı həyata əlverişli mühit kimi təqdim edir. Alim hesab edir ki, radiasiya temperaturu 0-30 dərəcə selsi arasında ola bilərdi və bu vəziyyət 2-3 milyon il davam edə bilərdi – maye suyun meydana gələ bilməsi üçün yetərli müddət hesab edilməlidir.

Loeb o dövrdə materiya sıxlığının daha yüksək olduğu yerlərdə və qısaömürlü ulduzların yaranmasının mövcud olduğu sayəsində belə planetlərin meydana gəlmiş ola biləcəyini düşünür. Kütləsi Günəşdən 10, hətta 100 dəfə yüksək qısaömürlü ulduzlar supernova partlayışları və ulduz küləkləri köməyi ilə ətrafı, planetlərin formalaşması üçün lazımlı olan ağır elementlərlə doldura bilərdi.


İstinad: Phys.org

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: