AstronomiyaElmi xəbərlər

Digər planet sistemlərinə nəzərən Günəş Sistemi daha nizamsızdır

355 ulduz ətrafında dövr edən 909 planetin yer aldığı araşdırmaya görə bizim planet sistemimiz nisbətən daha nizamsız quruluşa sahibdir.

Günəş Sistemi bizim  doğma evimiz sayıla bilər, amma araşdırmaçılar bizim sistemin digər panet sistemləri ilə müqayisədə elə də doğma sayıla bilinməyəcəyini aşkar ediblər. 355 ulduz ətrafında dövr edən 909 planetin yer aldığı araşdırmaya görə bizim planet sistemimiz nisbətən daha nizamsız quruluşa sahibdir. Digər sistemlər isə daha nizamlıdır.

Monreal Universitetindən astrofizik Loren Veysin rəhbərlik etdiyi araşdırmada başqa planet sistemlərində planetlərin ölçülərinin bir-birinə çox yaxın olduğu və planetlərin orbitləri arasında məsafənin demək olar ki, bərabər olduğu aşkar edilib.

Aşağıdakı Günəş Sistemi diaqramına diqqət yetirsəniz, müxtəlif növ planetlərə sahib olduğumuzu görəcəksiniz. Hər forma və ölçüdə planetə sahibdir bizim Günəş Sistemi. Planetlər arasında məsafədə də son dərəcə qeyri-bərabərdir.

Günəş Sistemi diaqramı

Araşdırmanın mexanizmi

Digər sistemlərdəki planetlərin ölüçləri və aralarındakı məsafə (böyük ölçüdə baxmaq üçün yeni səhifədə açın.

Əvvəllər alimlər bunun normal olduğunu düşünürdü, amma ekzoplanetlər haqqında daha çox şey öyrəndikcə (bunun da böyük qismi planet ovçusu Kepler teleskopuna borcluyuq) əvvəllər irəli sürülmüş bir çox hipotez çətin vəziyyətə düşdü.

Veys və komandası Kepler tərəfindən kəşf edilmiş minlərlə planetin bəziləri haqqında məlumatlardan istifadə edərək  Havay adalarında, Manua Kea dağındakı Kek Rəsədxanasında ətrafında 2025 planet dövr edən, 1305 ulduzun yüksək keyfiyyətdə spektral analizini aparıblar.

Keplerdən əldə olunan məlumatlardan istifadə edən komanda ulduzun önündən keçən planetlərin ölçülərini müəyyən ediblər. Planet ulduzun qarşısından keçərkən ulduzdan gələn işıq solğunlaşır və solğunlaşma nisbətinə görə ulduzun ətrafında fırlanan planetin diametrinin ulduzun diametrinə olan nisbəti hesablanır.

Üzərində araşdırma aparılan 909 planet 355 müxtəlif planet sisteminə aiddir və Yerdən 1000 – 4000 işıq ili məsafədə yerləşir.

Ortaya çıxan faktlar

Araşdırma nəticəsində araşdırmaçıların belə gözləmədiyi iki maraqlı fakt ortaya çıxdı: birincisi, planetlər öz qonşuları ilə eyni ölçüdə olmağa meyillidir, yəni digər sistemlərdə planetlər demək olar ki, eyni ölçüyə sahibdir. İkincisi, planetlərin orbitləri arasındakı məsafələr demək olar ki, bərabərdir.

Digər planet sistemlərindəki planetlər demək olar ki, eyni ölçüdədir və aralarındakı məsafə də bərabərdir, eynilə noxud qınındakı noxudlar kimi. Veys

Bu o deməkdir ki, əgər bir planetin ölçüsü və orbitinin uzunluğu bilinirsə, digər planetlər haqqında məlumat olmasa belə astronomlar həmin ulduz ətrafındakı planet sistemini nəzəri olaraq simulyasiya edə bilərlər. Bunu etmək üçün əvvəllər olduğu kimi xəyali planet yaradaraq onu sistemə yerləşdirmək, səhvləri düzəltmək və buna görə digər hesablama və işləri aparmaq lazım gəlməyəcək. Bu məlumatların köməyi ilə planet sistemləri haqqında daha dəqiq təxminlər irəli sürmək mümkün olacaq.

 

Həmçinin, araşdırma nəticəsinə planetlərin radiusu ilə ulduzun ölçüsü arasında elə də əlaqə olmadığını aşkar edildi. Yəni böyük ehtimalla ulduzun kütləsinin planetin ölçüsü üzərində bir təsiri yoxdur. Eyni zamanda planet sistemində müxtəlif ölçülərdə planet varsa, ulduza ən yaxın planetlər kiçik ölçüyə sahib olur. Xüsusilə, bu planetlərin dövretmə periodları azdırsa.

Araşdırma nəticəsində əldə edilmiş məlumatlar planetlərin, planet sistemlərinin yaranması haqqında ipucları təqdim etməklə yanaşı Günəş Sisteminin necə formalaşdığına dair məlumatlar da verir.

Ən çox qəbul edilən hipotezə görə planetlər yeni yaranmış ulduzun ətrafındakı qaz-toz dumanlığı diskinin gedərək sıxlaşması və cazibə nəticəsində bir yerə toplaşması nəticəsində əmələ gəlir. Əgər disk hissələri arasında məsafə nisbətən bərabərdirsə, yaranan planetlər arasında da məsafə bərabər olur.

Günəş Sistemi niyə nızamsızdır?

Yaxşı, bəs bizim Günəş Sistemi planetləri niyə belə müxtəlif ölçülərə, qeyri-nisbi orbit periodlarına sahibdir və aralarındakı məsafə bərabər deyil? Bunun səbəbinin Saturn və Yupiter olduğu düşünülür. Bu planetlər ilk formalaşan planetlər olduğu üçün daha sonra baş verən planet əmələgəlmə prosesinə də təsir ediblər. Və nəticə Günəş Sistemi planetləri digər planet sistemlərindəki planetlərə görə qeyri-nizamsız hala sahibdir.

Araşdırmaçıların irəlidəki planetləri digər plane sistemlərinə Yupiterbənzəri planetləri aşkar etmək və bu sistemlərdəki planetlərin ölçüləri, aralarındakı məsafə və orbital period nisbətlərini müəyyən etməkdir. Beləliklə, müşahidələr nəticəsində Günəş Sistemi planetlərinin nizamsız quruluşu haqqındakı hipotezlər sınanmış olacaq.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Via
ScienceAlert
İstinad
The Astronomical Journal.
Etiketlər
Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: