AstronomiyaElm

Daxilində qara maddə olmayan qalaktika – NGC 1052-DF2

Yel (Yale) Universitetindən olan bir qrup araşdırmaçı, daxilində "Qara maddə" olmayan bir qalaktika aşkar etdilər.

Yel (Yale) Universitetindən olan bir qrup araşdırmaçı, daxilində “Qara maddə” olmayan bir qalaktika aşkar etdilər. Bu kəşf “Qara maddə” adlandırdığımız materia formasının kainatda tamamilə sərbəst bir vəziyyətdə var olduğunu sübut edir.

Araşdırmaçıların sözlərinə görə bu kəşf astrofizika sahəsində geniş üfüqlərin açılmasına səbəb ola bilər. Qara maddənin həqiqi bir materia növü yox sadəcə qravitasiya sahəsinin kosmik səviyyədə yaratdığı bir illuziya olduğunu irəli sürən bir neçə teoriyanı çıxsaq ilk dəfədir ki, biz qalaktik səviyyədə qara maddənin bildiyimiz ən-ənəvi maddə forması ilə qarışmış formada olmadığını müşahidə edirik.

“Biz elə düşünürdük ki, Qara maddə hər bir qalaktikada mövcuddur və qalaktikaların başlanğıcının səbəbkarı məhz bu Qara maddədir”, – Nature jurnalındakı məqalənin müəllifi olan Piter Van Dokkum belə deyir. Van Dokkum əlavə edir ki, – “Bu bilinməyən və görünməyən substansiya istənilən qalaktikada daha çox üstünlük təşkil edən bir şey idi. Bu substansiyanın demək olar ki, mövcud olmadığı bir qalaktika tapmaq həqiqətən gözlənilməz oldu. Bu bizim indiyə qədərki qalaktikaların işləmə mexanizmi haqqındaki ideyalarımıza meydan oxuyur və Qara maddənin real olduğunu göstərir. O (qara maddə) qalaktikanın digər komponentləri ilə yanaşı sərbəst formada varlığını davam etdirir. Bu nəticə həm də qalaktikaların birdən daha çox yaranma formalarının ola biləcəyini göstərir.”

Bu araşdırmada Yel (Yale) Universitetindən, San Xose Dövlət Universitetindən, Toronto, Harvard Universitetlərindən və Maks Plank adına Astronomiya İnstitutundan olan elm insanları birlikdə iştirak etdilər.

“Bu diffuz damcılar kimi hər tərəfə yayılmış çox sıx ulduz topluluqları kimi görünürdü”, – Yel (Yale) Universitetinin aspirantı və müəlliflərdən olan Shany Danieli deyir. “Dragonfly teleskopu ilə işləmək mənim xoşuma gəlir, çünki bizə əvvəllər heç kimin görə bilmədiyi zəif strukturları görməyə imkan verir”.

Araşdırmaçılar Havaidə yerləşən W.M. Keck Rəsətxanasından istifadə edərək şarabənzər qruplar adlanan 10 ədəd çox sıx ulduz topluluqlarını izlədilər. Onlar aşkar etdilər ki, bu topluluqlar normalda olmasından daha az – 23000 km – sürətlə hərəkət edirlər. Daxilində Qara maddə olan qalaktikalarda belə topluluqlar ən azı üç dəfə daha sürətlə hərəkət etməlidir.

Yeni ölçmə metodlarından istifadə edərək arşadırmaçılar NGC 1052-DF2 qalaktikasının kütləsini hesabladılar. “Əgər hansısa Qara maddə varsa onun miqdarı həddindən artıq azdır” – Van Dokkum deyir. “Qalaktikanın kütləsinin demək olar ki hamısını onun daxilindəki ulduzlar təşkil edir və görünür ki, Qara maddəyə burada yer qalmır.” Araşdırmaçılar qalaktika haqqında ətraflı araşdırma etmək üçün Havaidəki Əkizlər Rəsətxanasından və NASA`nın Habbl teleskopundan istifadə etdilər. Əkizlər Rəsətxanası göstərdiki ki, qalaktika digər qalaktikalar ilə hər hansı qarşılqlı əlaqəyə sahib deyil. Habbl isə şarvari ulduz topluluqlarını aşkar etməyə və onlara qədər olan məsafəni ölçməyə kömək etdi.

“Mən Habbldan əldə edilən görüntüyə baxaraq 1 saatımı sərf etdim”, – Van Dokkum deyir. Bu çox nadir haldır, xüsusi ilə bu günlərdə üzərindən neçə illər keçdikdən sonra siz bir şeyin şəkilini əldə edirsiniz və deyirsiniz: “Mən əvvəllər heç vaxt bunu görməmişdim”. Bu möhtəşəmdir, nəhəng bir ləkə, hansı ki, siz onu izləyə bilirsiniz. Bu çox nadir haldır. Siz bu qalaktikanın arxasındakı bütün qalaktikaları görə bilirsiniz. Bu sözün əsl mənasında şəffaf qalaktikadır.”

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
Yale News
Etiketlər
Daha çoxu

Üzeyir Ağazadə

Elmin və elmi-rasional təfəkkürün kütləviləşməsi üçün çalışıram. Bir cəmiyyətin ictimai süur səviyyəsinin yüksəlməsi üçün rasional və azad düşüncə şərtdir. Öyrənək və bildiklərimizi digərlərinə də öyrədək beləcə birgə irəli addımlayaq.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: