AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Biri-birinə kritik dərəcədə yaxın iki ağır qara dəlik müəyyən edilib

Astronomlar, biri digərindən cəmi bir işıq ili aralığında yerləşən iki ağır kütləli qara dəlik aşkar ediblər ki, bu da astronomik ölçülərlə hesablandıqda olduqca yaxın məsafə deməkdir. Yeni tapıntı məkan və zamanı deformasiya edən bu qəribə obyektlərlə bağlı yeni məlumatlar təmin edə bilər, alimlər deyir.

2015-ci ilin payızında LIGO rəsədxanasının iki əkiz detektoru ümumi nisbilik nəzəriyyəsində proqnoz edilmiş qravitasiya dalğalarını müəyyən etmişdi. Alimlərin fikrincə, dalğalar böyük ehtimalla iki qara dəliyin qovuşması və orada daha ağır qara dəliyin formalaşması nəticəsində yaranmışdı. Qravitasiya dalğalarının səsi belə bir hadisənin kainatda “addımbaşı” baş verdiyini göstərir. Buna baxmayaraq elmə məlum olan oxşar nümunələr barmaqla sayıla biləcək qədərdir. Daha əvvəl qara dəliklərin qovuşması siqnalı 4C +37.11 qalaktikasında aşkar olunmuşdu.

İndi isə alimlər növbəti maraqlı mənzərə ilə qarşılaşdıqlarını deyirlər. Belə ki, Peqas bürcünün NGC 7674 adlı spiralvari qalaktikasında mürəkkəb radioteleskop eVLA köməyilə tapılmış iki ağır kütləli qara dəliyin aralarında bölüşdüyü məsafəsi kritik dərəcədə azdır – 1,1 işıq ili.

Qara dəliyin 2 min işıq ili uzunluğundakı quyruğunun araşdırılması zamanı qalaktikada bir deyil, iki radioşüa mənbəyinin olduğu müşahidə edilib. Parlaqlıq və sürət analizləri də bu fikri dəstəkləyirdi. Mütəxəssislərin rəyinə əsasən, qara dəliklərin bir yerdə kütləsi təxminən 36 milyon Günəş ağırlığına bərabərdir. Ağır kütləli qara dəliklər ümumi kütlə ağırlığı ətrafında tam dövrü 100 min il müddətinə tamamlayır.

Obyektlər Günəşdən 400 milyon işıq ili uzaqlıqda yerləşir ki, bu da analoji obyektlərlə müqayisədə sistemimizə daha yaxın məsafə hesab olunmalıdır. Lakin bu yaxınlıq belə alimlərə qravitasiya dalğaları ilə bağlı daha çox məlumat qazanmaq imkanı yaratmır. Bir sıra səbəblərdən dolayı onları nə “pulsar” detektorları, nə də perspektiv qravitasiya dalğaları detektoru ayırd edə bilməyir.

Qeyd edək ki, bu yaxınlarda alimlər Süd Yolu qalaktikasının mərkəzinə yaxın mövqedə yerləşən, təxminən 100 min Günəş ağırlığı kütləsinə malik qara dəliyin tapılması barədə açıqlama vermişdilər. Obyektin böyük bir ehtimalla Süd Yolu tərəfindən udulmuş naməlum qədim qalaktikaya aid aktiv nüvə qalığı olduğu bildirilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: