AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Ayın mənşəyi aydınlaşdırılır

Alimlər ilk dəfə Ayın milyard illər əvvəl nəhəng kosmik cismin Yerlə toqquşmasından yaranmış olduğuna dair dəlillər əldə etdiklərini bildirirlər. “Apollon” missiyası çərçivəsində amerikalı astronavtların Aydan Yerə gətirdiyi qayalıq nümunələri üzərində aparılmış analiz işləri onların, “Teya” adını almış hipotetik cismə aid mineral izləri daşıdığını göstərir. Mütəxəssislər tapıntı sayəsində illər əvvəl irəli sürülmüş Ayın 4,5 milyard illik tarixi ilə bağlı hipotezin nəhayət təsdiq edildiyini deyirlər.

Hipotetik planet yunan mifologiyasında ay tanrıçası Selenanın anası “Teyanın” şərəfinə adlandırılmışdır. Toz və qayalıqlarla örtülü Teyanın Yerlə toqquşması hələ Günəş sisteminin erkən formalaşma mərhələsində baş verib. 1980-ci illərin əvvəllərində təklif edilmiş bu hipotez indiyədək heç bir fakta əsaslanmırdı. Bir tərəfdən analizlər göstərirdi ki, Ay qayalıqları Yer mənşəlidir, digər tərəfdənsə kompüter modelləri Ayın əsasən Teyaya aid qayalıqlardan formalaşmış olduğuna işarə edirdi. Get-gedə bu hipotezə ümidlər azalsa da, nəhayət ki, alimlər daha dəqiq analizlər nəticəsində Ayın Yerə aid olmayan qayalıqlardan qurulduğuna dair sübutlar əldə etdilər.

“Biz, Yer və Ay qayalıqlarının izotop tərkibində cüzi fərqliliklər aşkar etdik ki, bu da toqquşma nəzəriyyəsini təsdiq edir”, – Göttingen Universitetindən olan Deniel Hertvarts qeyd edir.

Hertvarts və həmkarları tədqiqatda Yer və Aya aid qayalıqların izotop tərkibindəki oksigen fərqliliklərini dəqiqləşdirdikdən sonra nəticələrin Yer və Teyanın formalaşdığı qayalıqlar üçün identik olduğunu anladılar. Bu qəribə faktı izah etmək üçün mütləq Teyanın Yer yaxınlığında bir yerdə yarandığını və bu səbəbdən oxşar izotop tərkibləri olduğunu əlavə etmək lazımdır. Əgər belədirsə, o zaman Günəş sistemindəki planetlərin yalnız özünə xas kimyəvi tərkibi olduğuna dair hipotez təkzib edilməli olacaq.

Britaniya Açıq Universitetindən olan Maheş Manand isə əldə edilən sübutların hələlik kafi olmadığını və Ayın digər rayonlarına aid nümunələrin də gözdən keçirilməsinin vacib olduğunu deyir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: