AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq

Tarix ərzində insan göylərdə yaşayan “sehrli varlıqlarla” əlaqə yaratmağa çalışıb. İlk əvvəl tanrı və mələk, zamanla isə yadplanetli anlayışı formalaşıb. Elmin təmin etdiyi faktlarla onların da bizim kimi həyata əlverişli planetə, oksigenə, suya möhtac ola və texnoloji səviyyədə bizdən dəfələrlə üstün ola biləcəklərinə əmin olmuşuq.
NASA mütəxəssisləri verdikləri son sensasion açıqlamada Yer sakinlərinin çoxdan gözlədiyi yadplanetlilərlə əlaqə yaradılmasının cəmi iki onillik, yəni 20 il sonra sonra baş tuta biləcəyini bildiriblər.

Amerika Kosmik Agentliyi və Masaçusets Texnologiya İnstitutundan olan Sara Ziger 2035-ci ilədək yadplanetli sivilizasiyalarla əlaqə qurulacağına şübhə etmir. Alim qeyd edir ki, tezliklə elmi və texnoloji inkişafın qazandırdığı imkanlarla hansı ulduzlar ətrafında Yerə oxşar planetlərin mövcud olduğunu dəqiq və rahatlıqla anlayacağıq.

Yadplanetli sivilizasiyalardan yayılmış ola biləcək siqnalların qeydə alınması ilə aktiv olaraq məşğul olan Yerdənkənar Sivilizasiyaların Axtarışı üzrə Tədqiqat Mərkəzi (SETI) nümayəndələri yeni nəsil güclü teleskoplar və informasiya bərpası alqoritmi kimi üstünlüklərlə yaxın perspektivdə əsrlərdir qaranlıq qalmış bu sualın cavablandırılacağına ümid edirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: