Astronomiya

“20 il içərisində Yerdənkənar həyat tapacağıq”

25 dekabrda NASA-nın Ames Tədqiqat Mərkəzindən olan astrobioloq Christopher Mckay Kanada Televiziyası IDG‘yə açıqlama verdi: 

“Qarşıdaki 20 il içərisində Yerdənkənar Günəş sistemində yerləşən bir planetdə həyata əlamətləri tapa biləcəyimizə inanırıq.”


Yerdənkənar həyat axtarışlarına dörd fərqli planet və peyklərdə başladıqlarını deyən Mckay sözlərinə belə davam etdi: 

“Xüsusilə Mars, Europa, Enceladus və Titan marağımızı çox çəkir. Bu səma cismlərində həyatın başlaması üçün əlverişli şərtlər mövcuddur. Su və orqanik maddə kimi. Bu uyğun fiziki şərtlər əlbəttə ki Yerdəki kimi mükəmməl deyil. Amma məlumdur ki, Yerdə də olduqca ekstremal şərtlərdə həyatını davam etdirən bioloji həyat formalarına rast gəlmişik və bu bizi çox ümidləndirir. Bu dörd səma cismi də öz kateqoriyasında fərqli geofiziki quruluşlardadır. Bizə daha yaxın olması səbəbiylə Marsa çox sayda kosmik aparat və robot göndərdik. Bu robotlar bizə çox dəyərli məlumatlar qazandırdı. Xüsusilə Marsda suyun varlığı mövzusunda. Qarşıdaki bir neçə il içərisində bəhs etdiyim digər səma cisimlərinə də kosmik aparatlar göndərməyi planlaşdırırıq. İlk sırada Europa var. 2020-ci ilə qədər buzla örtülü bu əsrarəngiz peykə bir aparat göndərəcəyik . Bu kosmik aparat sayəsində insanlığın min illərdir verdiyi “Kainatda yalnızıq?” sualına bəlkə də bir cavab tapmış olacağıq. Bu səma cismlərində əgər bir həyat izi tapılsa sözsüz ki mürəkkəb strukturlu olmayacaq. Ehtimalla tapacağımız bu canlılar mikroskopik ölçüdə olacaq. Ancaq hər nə görünüşdə olursa olsun, tapacağımız hər bioloji həyat forması nümunəsi bizə Kainatda həyatın adi bir təbiət hadisəsi olduğunu göstərəcək. O vaxt Yerdənkənar həyat axtarışımıza fərqli üsul inkişaf etdirmək məcburiyyətində qalacağıq. İnsanlar çox vaxt mənə bu sualı yönəldir; “Yerdənkənar bir yerdə həyat tapılması bizə nə qazandıracaq?” Yerdənkənar bir planetdə həyatın aşkar edilməsi elmin bu günə qədər verdiyi bir çox suala cavab olacaq. Xüsusilə də Yerdə həyatın necə yarandığını anlamağımızı təmin edəcək. Günəş sistemi kimi sıravi bir ulduz sistemində Yerdənkənar bir başqa planetdə də fərqli biokimyəvi quruluşda həyat formaları tapıldığını təsəvvür edin. Bax o zaman biologiya sahəsində ən böyük kəşfi etmiş olacağıq.”


Qaynaq: Yaşamın Kökeni

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: