AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

11 işıq ili uzaqlığında Yerə maksimal qədər oxşar planet tapılıb

Günəş sisteminin "yaxınlığında" həyat və yaşayış üçün münbit şərtlərə malik ola biləcək "Ross 128 b" adı verilmiş Yerə oxşar planet tapılıb.

Astronomiya və elmi fantastika həvəskarlarına yaxşı xəbərlər var: kosmik ölçülərlə Günəş sisteminin “yaxınlığında” (11 işıq ili) nəzəri olaraq həyat və yaşayış üçün münbit şərtlərə malik olan Ross 128 b adı verilmiş Yerə oxşar planet aşkar edilib.

Məlum olduğu kimi, Günəş sistemindən kənar həyat iddiası sübuta yetirilməmiş hipotezdir. Böyük bir ehtimalla sistemimiz daxilindəki ikinci planet və ya peykdə yerdənkənar həyat əlamətlərinə rast gəlməyəcəyik. Mars planeti və Europa peyki kimi kosmik obyektlər arabir bizi şübhələndirsə də, heç bir dəlil təqdim etmək istəmirlər. Təəccüblü deyil ki, dünya alimləri böyük bir həvəslə məhz qonşuluqda yerləşən ulduzların ətrafını araşdırmağa üstünlük verir.

“İkinci Yer” roluna 2016-cı ildə tapılmış və artıq kifayət qədər məşhurluq qazanmış Proksima Sentavra b iddia edir. 4,22 işıq ili uzaqlığımızda yerləşən planet Yerə ən yaxın mövqedə yerləşən ekzoplanetdir və səthinin şərtlərinə görə Yerə ən oxşarı kimi dəyərləndirilir. Tapıntı qeydə alındıqdan bir müddət sonra isə alimlər ekzoplanetin ulduzu olan qırmızı cırtdan Proksima Sentavra-da güclü partlayışların olduğunu açığa çıxardılar. Bu isə öz növbəsində planetdə həyatın yaranması və inkişafı üçün lazımi şərtlərin mövcudluğuna şübhə ilə yanaşmağa əsas yaratmış oldu.

İndi isə Ksavye Bonfis və Avropa cənub rəsədxanasından (ESO) olan həmkarları kütləsi Yerinkinin 1,35-i təşkil edən Ross 128 b planetini aşkar etməyə nail olublar. Alimlərin dediyinə görə, partlayışlar baxımından qeyri-aktiv qırmızı cırtdan Ross 128 ulduzu ətrafında dövrə vurduğu üçün Günəş sisteminin 11 işıq ili uzaqlığında yerləşən ekzoplanetin səth şərtləri Proksima Sentavra b-dən daha əlverişlidir. Ross 128 yavaş fırlanan və zəif maqnit aktivliyinə malik ulduzdur.

Bu kiçik və soyuq ulduzun kütləsi ümumi Günəş kütləsinin cəmi 0,16-a, effektiv səth temperaturu isə 3192 kelvinə bərabərdir. Ulduz hal-hazırda Yerə doğru istiqamət alır və mütəxəssislərin hesablamasına görə 71 min il sonra Günəş sisteminə ən yaxın sistem olacaq. Öz növbəsində Ross 128 b planeti də Proksima Sentavra b planetini geridə qoyaraq, Yerə ən yaxın ekzoplanet adını alacaq.

Tapıntının müəllifləri yeni planeti “mülayim iqlimə malik ekzoplanet” adlandırmağa üstünlük verərək, potensial yadplanetli həyatı mövzusunda hələlik hər hansı bir fikir bildirməyin mənasız olduğunu qeyd edirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
BBC Русская Служба
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: