Elm

2016-cı il hansı elmi kəşflərlə yadda qaldı?

Elmi yeniliklər olduqca çoxdur. Dünyanın dörd bir yanındakı elm adamları və araşdırmaçılar insan yaşamının gedişatını dəyişdirməyə cəhd edir və möhtəşəm kəşflər edirlər. Bu baxımdan bir neçə gün sonra geridə qoyacağımız 2016-cı il elmi kəşflərlə zəngindir!

Bu yazımızda sadəcə elmi kəşflər deyil, insan həyatını asanlaşdıran və ona təsir edən tapıntılar və onların hekayələri də yer alır. 2016-cı ilin elmi kəşfləri sizin düşüncə sərhədlərinizi daha genişləndirəcək.

2016-cı il sözün əsl mənasında elmi kəşflərlə dolub-daşdı. Bunların nə olduğunu bilmək istəyirsinizsə, oxumağa davam edin.


 

Kəhrəbada tüklü dinozavr tapdıq

“National Geographic”in məlumatına görə Çin Geolojielmlər Universitetində araşdırmaçılar 8 dekabrda kəhrəba daxilində fosilləşmiş tüklü dinozavr parçası tapıblar. Lida Xingin rəhbərlik etdiyi komanda bu kəşfin quşlar və dinozavrların təkamülünü daha aydın hala gətirəcəyini düşünür. Aparılan araşdırmalara görə tapılan quyruq sümüyünün və tüklərinin quruluşu canlının uçması üçün yetərli xüsusiyyətlərə sahib deyil.


 

Dinozavr beyni fosili tapdıq

2004-cü ildə İngiltərənin Breksil şəhərində bir adam sahildə gəzərkən qəribə bir fosil tapdı. 2016-cı ildə bu fosilin dinozavr beyni hissələri ehtiva edə biləcəyi elan edildi. Fosil 130 milyon il yaşındadır və Iguanodonun bir qohumuna aiddir. Amma elm adamları hələ tələsmir, analiz edərək daha çox nəticə toplamağa çalışırlar. Yenə də möhtəşəmdir, deyilmi? Dinozavr beyni!


 

Ocotobot: Dünyanın ilk yumuşaq robotu

Harvard araşdırmaçıları tərəfindən qurulan bir qrup 25 avqustda Nature jurnalında dünyanın ilk yumuşaq robotunun yaratdıqlarını elan etdilər. 2 sm uzunluqda olan bu mexanik varlığın osminoq kimi 8 ayağı var və bu ayaqları hərkət etdirmək üçün kimyəvi reaksiyalar istifadə edərək xarici idarə olmadan işləyir. Yaradıcıları bu robotun robototexnika sahəsində yeni bir dövr başladacağına inanırlar.


İnsan beynin 100 yeni sahəsini tapdıq

İyul ayında edilən araşdırmalar daha öncə insan beyninin bilinməyən 97 bölgəsinin varlığını ortaya qoydu. Tapıntıları analiz edən bir məqaləyə görə tapılan bu hissələr daha çox zehni funksiyalarla bağlıdır.


 

Juno zondu Yupiterə çatdı

İyul ayında Juno zondu 540 milyon mil məsafə qət edərək Plutona çatdı. 2015-ci ildə “New Horizons”un etdiyi kimi Günəş sisteminin ən böyük planetinin tərkibi və təkamülünü öyrənmək üçün məlumat topladı.


Kainatın simmetriyasını pozan armud formalı nüvə

İyun ayında Qərbi Şotlandiya Universitetində fiziklər kainatın təbiəti  və zamanda səhayət haqqında öncəki nəzəriyyələri sarsıdan armud formalı nüvə kəşf etdilər. Bu nüvənin tapılmasından öncə bilinən bütün nüvələr simmetrik idi. Bu nüvənin kəşfindən sonra kainatın simmetrik olması haqqında nəzəriyyələr artıq doğru sayılmamağa başladı. Ya da ən azından təkrar nəzərdən keçirilməlidirlər.

Alimlərə görə nüvənin ucu bəlli bir yönə yönəlir. Buna əsaslanan nəzəriyyəyə görə bütün fəza-zamanda sadəcə bir yön vardır və fəza-zamanda səyahətlər imkansızdır.


Kosmosda həyat aminturşuları tapdıq

Araşdırmaçılar Südyolunun mərkəzindən 390 işıq ili uzaqlıqda nəhəng bir qaz buludunda kiral (sağ və sol əlli) molekullar olaraq adlandırılan mürəkkəb üzvi molekullar tapdılar. Bu niyə önəmlidir? Çünki propilen oksiddə olan kiral molekullar güzgü görüntüsünə malik olmaqla iki yerə ayrılırlar və bu xüsusiyyətləri həyat fundamentlərində, zülallardan fermentlərə qədər hər şeydə özünü göstərir.

Belə molekulların ulduzlararası kosmosda yarana biləcəyi və planetlərlə toqquşan kometlərlə daşına və həyatı başlada biləcəyi haqqında nəzəriyyələr mövcud idi. Bunlar Panspermiya nəzəriyyəsi altında birləşir. Ancaq indiyə qədər bu nəzəriyyələr haqqında belə bir sübut tapılmamışdı.


Yeni dörd element

2015-də 113, 115, 117 və 118-ci elementlər kəşf edilsə də adlandırılması uzun çəkdi. 113-cü element Yaponiyada tapılmış və “nihonyum” olaraq adlandırılacaq. 115-ci element Moskvada tapıldığı üçün “moscovium”, 117-ci element “tennessine”, 118-ci element isə rus fizik Yuri Oganessianın şərəfinə “oganesson” adlanacaq.


5-ci fundamental qüvvəni kəşf etmiş ola bilərik

Macarıstanda bir laboratoriya təcrübəsində 5-ci qüvvə mənasına gələ biləcək radioaktiv parçalanma anormallığı müəyyən edilib. Lakin kəşfin analiz edilməsi lazımdır. 2015-ci ilin sonlarına doğru yeni yüngül bir bozonun varlığına işarə edən məqalə yayımlandı. Berillium 8 qeyri-stabil atomundan ibarət litium lövhə protonla atəşə tutuldu və nəticədə litium parçalanmış, elektron və pazitron çütü yaranmışdı. Bundan əlavə gözlənilməz bir şəkildə yeni bir zərrəcik yaranmışdı. Bunun səbəbi reaksiyanın enerjisini artıran yeni fundamental qüvvə olduğu düşünülür.


1200-dən çox ekzoplanet kəşf etdik

Kepler teleskopu sayəsində yeni planetlər kəşf etmə imkanımız artdı. May ayında NASA kəşfedilən və təsdiqlənən 1284 planetin kəşf edilmiş bütün planetlərin sayından çox olduğunu açıqladı. Bunların bir çoxunun qayalıq və həyata yararlı bölgədə olduğu bilinir. Varlığından şübhənəlinən amma kəşf edilməyən yüzlərlə planet olduğu düşünülür.


SPACE X: Falcon 9 roketi tarix yazdı

8 apreldə SPACE X kosmosa atılmış roketi yenidən yerə endirərək tarixə adına yazdı. Hər dəfə kosmik əməliyyatlar üçün yeni kosmik roketlər inşa etmək yerinə bir roketi dəfələrlə istifadə etmək olduqca böyük qazanc əldə etmək deməkdir. Hər bir roketin ən az 10 dəfə istifadə edilməsi nəzərdə tutulur. Bütün bu işlərin səbəbi isə Marsda özünü təmin edə bilən insan koloniyası qurmaqdır. Lakin bu planın qarşısında duran əsas problem maddi xərclərin yüksək olması və yanacaq sərfinin həddindən çox olması idi. İndi Falcon 9 roketinin uğurundan sonra bu problemlər aradan qalxacaq.


Bildiyimiz ən uzaq qalaktika

Mart ayında Habl teleskopu bizə indiyə qədər gördüyümüz ən qədim qalaktikanın görüntülərini çəkdi. GN-z11 adlı qalaktika 13,3 milyard il öncə, yəni Böyük PArtlayışdan sadəcə 400 milyon il sonra yaranıb. Bu da bizə ilkin kainat haqqında dəyərli məlumatlar təqdim edəcəyi mənasına gəlir.


Marsa 30 dəqiqəlik yolçuluq

NASA araşdırmaçıları inanır ki, lazerləri istifadə edərək Mars səyahətini 30 dəqiqəyə qədər qısalda bilərik. Mars səyahətləri hazırda 3 ay çəkir. Bu metod kosmik vasitənin işıq sürətinin önəmli bir hissəsinə qədər sürətlənməsi üçün lazerləri istifadə etməyi nəzərdə tutur. Metod kiçik ölçülü cisimlər üçün bu 30 dəqiqə, kosmik gəmilər üçün bir neçə həftəlik səyahət imkanı təqdim edir.


 

Qravitasiya dalğalarını müəyyən etdik

1915-ci ildə Albert Eynşteyn Ümumi Nisbilik Nəzəriyyəsinin nəticəsi olaraq qravitasiya dalğalarının varlığını proqnoz etdi. Lakin bunun təsdiqlənməsi 100 il çəkdi. Daha öncə dolayı yollarla varlığı bilinən bu dalğaların varlığı iki qara dəliyin doqquşması vasitəsi ilə fevral ayının 11-də Lazer İnforemetr Qravitasiya dalğaları Obseratoriyasında (LIGO) birbaşa sübut edildi. Qravitasiya dalğaları kainatın təbiəti haqqında bizə olduqca böyük məlumatlar verə bilər.


Qara dəliklərin hadisə üfüqünün sirrini açmış ola bilərik

Güman edilir ki, qara dəliklərin sərhədi bir növ yüksək energetik hissəciklərdən ibarət “faervolldur” (alov divarı) və buraya yaxınlaşan hər şeyi sözün əsl mənasında yandıraraq, ona aid informasiyanı məhv edir. Qara dəliklərin hadisə üfüqündə (qara dəliklərin xarici və daxili üzləri arasındaki sərhəd) müxtəlif strukturların mövcud olduğuna dair digər hipotezlər də var ki, bunlar da informasiya paradoksunun həllini vəd edir.

Portuqaliyalı fizik Viktor Kardozo və həmkarlarının rəyinə görə, əgər hadisə üfüqündə oxşar strukturlar həqiqətən mövcuddursa, qara dəliklər toqquşduqda yaranan qravitasiya dalğalarının xarakteristikalarında özlərini bir növ “əks-səda” kimi büruzə verməlidirlər. Müəyyən enerji payı hadisə üfüqündə gecikəcək, qravitasiya siqnalı isə gözlənildiyinin əksinə daha “bulanıq” olacaq. Cahed Abedi və həmkarları tərəfindən göndərilmiş məqalədə oxşar “əks-sədanın” qeydə alındığından bəhs olunur.


Qonşuluğumuzda bildiyimizdən daha çox qalaktika var

Bekə görünür ki, öz qalaktikamızın yaxınlığında düşündüyümüzdən çox qalaktika va Südyolunun parlaqlığı ucbatından onları görə bilməmişik. Beynəlxalq Radio Astronomiya Araşdırma mərkəzində alimlər radio teleskopları istifadə edərk “Gizlənmə bölgəsi” adlanan zonanı araşdıraraq 883 qalaktika xəritələndirdilər. Bunların üçdə biri isə daha öncədən bilinmirdi. Kosmik arxabağçamızda yüzlərlə qalaktikanın tapılması adi bir şey deyil. Hətta kainatda bildiyimizdən 10 dəfə daha çox qalaktika mövcuddur.


9-cu planet mövcud ola bilər

“Astronomiya Jurnalı”nda Kaltek Universitetindən Broun və onun həmkarı Konstantin Batiqinin “Günəş sistemində 9-cu böyük planetin varlığına dair dəlillər” başlıqlı məqalələri yayımlandı.Təxminlərinə görə bu planet Yerdən 10 dəfə çox və ya Neptunun kütləsinin yarısı qədər kütləyə malikdir və həqiqətən də olduqca uzaqdır. Planet eksentrik bir orbiti, yəni çevrəyə çox az yaxın ellipsvari orbiti izləyir və heç bir zaman Günəşə 250 astronomik məsafədən artıq yaxınlaşmır. Orbitinin ən uzaq nöqtəsi isə 600-1200 astronomik məsafə vahididir.Bu planetə getmək 11-12 min il vaxt alar.Planetlər haqqında az bilinən faktlardan biri də onların sistemdəki digər cisimlərə təsir etməsi üçün kifayət qədər kütlə və cazibəyə mali olmasıdır. Broun deyir : “İl yarıma yaxın müddətli analizlərdən sonra biz müəyyən etdik ki, göy cisimlərinə təsir edən nəhəng bir planet var. Bu nəhəng planet Günəş sisteminin çox uzağındadır. Bu hesablamaları apararkən bunun təsadüfi olma ehtimalı 0,007%-dir.”


Çoxhüceyrəliliyə yol açan mutasiya

Araşdırmaçılar “eLİFE”-yayımladıqları məqalədə çoxhüceyrəliliyə yol açan mutasiyanı tapdıqlarına inandıqlarını bildiriblər. Bu mutasiya təkbaşına çoxhüceyrəliliyi yaratmasa da təkhüceyrəlilərin birlikdə əlaqə yaratmasına və işləməsinə imkan yaradır. Bu da müasir həyata yol açan təkamül üçün lazımlıdır.


Tamamilə qaranlıq maddədən ibarət qalaktika: Dragonfly 44

Əksər qalaktikalarda qaranlıq maddə hökmranlıq sürür. Bizim qalaktikanın kütləsinin də 95 faizi qaranlıq maddədən təşkil olunub. Lakin yeni tapılan bir qalaktika demək olar ki, tamamilə qaranlıq maddədən ibarətdir. Dragonfly 44 olaraq adlandırılan bu qalaktikanın yalnız 0.01 faizi bildiyimiz növ maddədən(molekullardan və atomlardan) təşkil olunub. Qaranlıq maddə işıqda görünmədiyinə görə biz sadəcə onun işıq üzərindəki qravitasiya təsirini və ulduzların hərəkətinə təsirini ölçə bilirik. Bu qalaktika çox dağınıqdır. O ölçü olaraq Süd Yolundan sadəcə bir az kiçikdir, amma bu qalaktikadakı ulduz sayı Süd Yolundakının yalnız 1 faizidir.  Qalaktikanın kütləsi nə qədər çoxdursa, ulduzlar o qədər sürətli fırlanır. Qalaktika daxilindəki ulduzların sürətlərinin paylanmasına baxaraq qalaktikanın nə qədər kütləyə sahib olduğunu öyrənə bilərik. Dragonfly 44 ətrafında dövr edən təxminən 100 ədəd ulduz qrupu var. Bunlar kiçik amma sıxlığı çox olan ulduz qruplarıdır və adətən qalaktikanın ölçüsü artdıqca, ulduz qruplarının sayı da artır. Bütün bunlar Dragonfly 44-ün Süd Yoluna yaxın bir kütləyə sahib olduğunu göstərir. Buna baxmayaraq ulduz sayının bu qədər az olmasını nəzərə alaraq belə nəticəyə gələ bilərik ki, bu qalaktikanın kütləsinin 99 faizi qaranlıq maddədən ibarətdir.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Yazı məlumatlandırıcılıq dərəcəsi

Yazının məlumatlandırıcılıq dərəcəsini qiymətləndirməklə bizə yeni ildə istiqamət göstərəcəyinizi unutmayın.

User Rating: Be the first one !
Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: