Digər

Yoxluqdan kainat

Modern kosmologiya elminin ən böyük nəzəriyyələrindən biri, bəlkə də birincisi kainatın Böyük Partlama ilə başlanmasıdır. Ancaq bu həm də saysız hesabsız sübutlarla pərçimlənmiş bir elmi kəşfdir. Sübutlar arasında Kosmik Arxafon Radiasiyası var. Bunu Böyük Partlayışın bir növ tərənnümü kimi düşünmək olar. Bundan başqa kainatda “partlayış qalığı” deyə adlandırılan aşağı tezlikli radiodalğalar, bundan başqa Helium 3, Helium 4, Deyterium elementləri mövcuddur. Bunların hər biri Böyük Partlayışın nəzəriyyəsinin düsturları ilə hesablana bilər.
Sıx-sıx verilən suallardan biri də Böyük Partlayışa nəyin səbəb olduğudur.  Daha doğrusu, burada tələb olunan bunun riyazi sübutudur. İllərdir fiziklər Böyük Partlayışın kainatı yoxdan var edecək bir kvant dalğalanması olduğunu bilsələr də bunu riyazi olaraq tam sübut edə bilmirdilər. 2014-cü ildə Çinin Wuhan Fizika və Riyaziyyat institutunda Dongshan və həmkarlarının araşdırmaları sayəsində nəticələr əldə edildi. Beləliklə bu məsələ “Wheeler-DeWitt” düsturunun xüsusi həll üsuluna əsaslanır. XX əsrin ilk yarısında bütün kosmoloqlar müasir fizikanın 2 əsas dirəyini (Kvant fizikası və Nisbilik nəzəriyyəsi) birləşdirməkdə çətinlik çəkirdilər. Hətta bəzən bu iki nəzəriyyənin bir-birinə tərs olduğu belə deyilirdi. Böyük kəşf 1960-cı illərdə əvvəllər bir-biriylə uyğunlaşmadığını dedikləri 2 böyük nəzəriyyəni John Wheeler və Bruce DeWitt riyazi çərçivədə birləşdirməsi ilə “Wheeler-DeWitt” düsturu ərsəyə gəldi. Dongshan isə bu düstur üçün yeni həll metodunu araşdırdı.
Zaman-məkan balonu
Burada etalon rolunda Heisenbergin qeyri-müəyyənlik prinsipi durur. Bu təlim yarı-sabit vakuumda (metastable false vacuum) kvant dalğalanmasının nəticəsində kiçik bir boş fəzanın yoxdan var olmasına yüksək ehtimal faiziylə icazə verirdi. Bu zaman iki ehtimal vardı : Fəza baloncuğunun sürətlə böyüməməsi halında kainatın içinə çökəcəyi, əgər sürətlə böyüyərsə bu zaman da geridönülməz şəkildə kainatın yaradılması və sonsuza doğru genişlənə bilməsi. Sual bu idi ki, Wheeler-DeWitt bərabərliyi buna icazə verirdimi? Dongshan bu məsələ barədə belə deyir: “Bir dəfə kiçik mütləq vakuum (true vacuum) baloncuğu yaranan zaman onun üstlü böyüməsinin mümkünlüyü sübut etdik” .
Üsul belə idi : Tamamilə bəlli radiusla təsvir edilən bir baloncuğun radiusunun genişlənmə dərəcəsini təyin edən bir riyazi düstur əldə edildi. Daha sonra baloncuğun geometriyası üçün 3 fundamental ssenari nəzərə alındı : Qapalı, açıq və düz. Bu ssenarilərin hamısında baloncuğun mütləq vakuumda üstlü genişləndikləri və dolayısıyla, kainatı əmələ gətirəcək böyüklüyə çatdıqları riyazi olaraq sübut edildi.
Bu üsulda kosmoloji sabit də nəzərə alınmışdı. Kosmoloji sabit nədir bəs? Bu fəza vakuumunun enerji sıxlığını təyin edən bir kəmiyyətdir. 1990-cu illərə qədər kosmoloji sabit “sıfır” qəbul edilmişdir. Daha sonra kainatın genişlənməsinin təcilinə səbəb olan bir sübut əldə edildi.
Dongshan və həmkarları kvant potensialının kosmoloji sabitlə eyniliyini və onun rolunu oynadığının fərqinə vardılar. Bu potensial XX əsrdə David Bohmun “Təkmilləşdirilmiş pilot dalğa qaydası” fikrinə əsaslanır. Bu qayda ənənəvi kvant mexanikası qanunlarına əlavə olaraq “kvant potensialı” adlı bir terminin də daxil edilməsidir. Kvant potensialı zərrəciyin həqiqi mövqeyini tapmağa çalışmaq kimi birşeylər üçün istifadə edilərsə bu zaman bu qayda kvant mexanikasını deterministik etmə təsirinə malikdir. Öncələr Bohmun bu fikirləri qəbul edilməsə də son riyazi kəşfdən sonra kainatın mənşəyi üçün önəmli bir parça kimi yerini aldı. Riyazi hesablar aşağıdakı kimidir:
received_1168243066561860received_1168243073228526

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: