Digər

Yeni nəsil spermalar: Transgenik heyvanlar

Doğulacaq uşağınızın xüsusiyyətlərini özünüz təyin etmək istəyərdiniz? Boyu 1,80 olsun, mavi gözlü olsun, ağıllı olsun və s. Bəs başqa nələr istəyərdiniz? Bir çoxumuzun arzusu əslində doğulacaq uşaqlarımızı proqramlaşdıra bilməkdir. Genetika elmi spermaları proqramlaşdırmada daha bir əhəmiyyətli maneəni aşır və atadan uşağa keçəcək genlər üzərində dəyişiklik edə bilir. Bu irəliləyişin əsas məqsədi isə tədqiqatçıların gələcəkdə uşaqda meydana gələ biləcək xəstəliklərin qarşısını ala bilməkdir.

London Krallıq Kollecindən olan tədqiqatçılarının apardığı araşdırmanın nəticələrinə əsasən, viruslar vasitəsilə siçan spermalarına bəzi DNT hissəcikləri əlavə olunaraq spermada istənilən genlər aktivləşdirilə və ya əlavə oluna bilər. Normal şərtlərdə hüceyrələr yad DNT hissəciklərini təhdid kimi görürlər və dərhal yox etməyə çalışırlar. Tətbiq olunan xüsusi üsullar sayəsində əlavə edilmiş DNT məhv edilmir və edilən müşahidələrə görə siçanlarda üç nəsil boyunca ötürülməsi baş verir.

Bu kəşf tibbdə bir çox xəstəliyin meydana gəlməsinin qarşısını əvvəldən almaq üstünlüyü qazandırır. Sperma DNT-si dəyişdirilərək çox sayda xəstəlik aradan qaldırıla bilər və orqan yenilənməsi kimi bir çox gizli qalmış xüsusiyyətimiz ortaya çıxarıla bilər. Tədqiqatçılardan prof. Avil Chandrashekran transgenik texnologiyanın bütün xəstəlik tədqiqatlarında və bioloji problemləri anlamada ən əhəmiyyətli vasitə olduğunu qeyd edir.

Chandrashekran və qrupu transgenik heyvanlar yaratmaq üçün lentivirusları istifadə etdi. İçlərinə yaşıl fluoressensiya zülalı kodlaşdıran genlər əlavə onunan viruslar siçan spermalarıyla eyni mühitdə gözlədildi və virusların bu spermalara yoluxması təmin edildi. Viruslara yoluxmuş siçan spermaları laboratoriya mühitində reallaşdırılan döllənmə işlərində istifadə edildi. Döllənmə nəticəsində əldə edilən embrionların 42%-ində yaşıl fluoressensiya zülalı tapıldı. Bu, viruslara yoluxmuş heyvanların 42%-inin transgenik olduğunu göstərdi. Yaşıl fluoressensiya zülalı testislər də daxil olmaqla siçanların bir çox toxumasında tapıldı. Daha da vacibi, süni olaraq köçürülən bu yaşıl işıq yayan zülallara yalnız transgenik heyvanlarda deyil, bu heyvanların balalarında və balalarının da balalarında rast gəlindi.



Tədqiqatın dərc edildiyi FASEB jurnalının baş redaktoru prof. Gerald Weissmann araşdırmayla əlaqədar bunları deyir:

“DNT ötürülməsində istifadə edilən dəyişdirilmiş spermalar yalnız elmi araşdırmalarda deyil, klinika tətbiq etmə sahəsində də çox böyük imkanlara sahibdir. Dəyişdirilmiş spermalar transgenik heyvan modellərinin inkişafını asanlaşdırır. Gələcəkdə isə klinika tətbiqlərində insanlara yardım edə bilər. İllərdir təsirli ola biləcək genetik müalicələri tapmağa çalışırdıq və çox sayda müsbət-mənfi nəticələr alırdıq. Əgər gələcək nəsillərə daha sağlam həyat verə biləcək spermalar istehsal etsək, tibbdə inanılmaz irəliləyişlərə imza atarıq.”


Qaynaq: ScienceDaily

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: