Digər

Ulduzun toqquşması zamanı qravitasiya dalğaları aşkar edildi

Amerika Birləşmiş Ştatları və Avropadan olan elm adamları 130 milyon il bundan əvvəl toqquşan Supernova ulduz partlaması nəticəsində meydana gələn “neytron ulduzlarının” qravitasiya dalğalarını aşkar etdilər.
 
Albert Eynşteynin məşhur nisbilik nəzəriyyəsinin mərkəzində yerləşmiş qravitasiya dalğaları və ortaya çıxan işıqları dedektorlar vasitəsilə ilk dəfə aydın bir şəkildə təyin edildi. Beləliklə, astronomlar qızıl və platin kimi ağır kimyəvi elementlərin neytron ulduzlarının bu şəkildə toqquşması nəticəsində kainata yayıldığını göstərdi. Qravitasiya dalğaları, biri biriylə toqquşan qara dəliklər və ulduz növələrinin çökməsi kimi kainatda baş verən şiddətli hadisələr nəticəsində kosmos-zamanın toxumasında müşahidə edilən hərəkətlər mənasına gəlir. Kosmosdakı bu dalğalar araşdırılaraq, “Böyük partlayışın” və keçmişin izlər axtarılır.
 
 
Böyük kəşfin mərkəzindəki dalğalar, ABŞ-da yerləşən LIGO laboratoriyası ilə İtaliyada Virgo adı verilən detektor vasitəsilə 17 Avqustda ölçüldü. Kaliforniyada yerləşən LIGO laboratoriyasının prezidenti David Reitze: “Bu, hamımızın gözlədiyi andı” dedi. LIGO detektoru, kainatdakı kosmik toqquşma və toqquşmalardan meydana gələn qravitasiya kiçik dalğalarını aşkar etmək məqsədi ilə,ABŞ-ın Luiziana əyalətində boş ağaclı bir ərazidə yerləşən Livingtona yerləşdirilmişdir. İki il əvvəl inkişaf etdirilən və yenilənən bu detektor, qara dəliklərin dörd toqquşmasını təyin edib.
 
 
Ulduzlar necə toqquşur?
Похожее изображение
Haqqında danışılan toqquşma, NGC 4993 adlanan qalaktikada, təxminən 1000 milyard kilometr uzaqlıqda yerləşən Hydra ulduz bürcündə baş verdi. 130 milyon il bundan əvvəl, dinozavrların planetimizdə yaşadığı zaman baş verən toqquşma o qədər uzaqdaydır ki,qravitasiya dalğaları və işıq bizə yalnız indi çata bildi. Böyük ulduzların partlayışı mənasına gələn Supernova zamanı kosmosa yayılan qalıq nüvələr bu ulduzları meydana gətirir. Bu ulduzlar 30 km-dən çox olmasa da, onların kütləsi Günəşdən təxminən 20 dəfə çoxdur. Üstəlik bir çay qaşığı həcmində olanlarının belə milyardlarla ton kütləsi var. Supernova zamanı ulduzların atomlarında proton və elektronlar, tamamilə neytronlardan ibarət obyektlər yaratmaq üçün birləşir. “Neytron ulduzunun” tərifi buradan gəlir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: