AstronomiyaElmi xəbərlərHəyatın təkamülüTexnologiya

NASA Europada həyat axtaracaq ilk kosmik cihaz nümunəsini təqdim edib

NASA mütəxəssisləri Yupiterin peyki Europaya avtomatik zond göndərməyi düşündükləri ilə bağlı bir neçə il əvvəl elm ictimaiyyətinə açıqlama vermişdilər. İndi isə ABŞ kosmik agentliyi rəsmi saytında dərc etdiyi məqalədə Europada həyat axtarışları aparacaq kosmik cihazın prototipini təqdim edib.

Europa – Günəş sisteminin nəhəngi Yupiterin altıncı peykidir. Enerji mənbəyi olan Günəşdən xeyli aralıda yerləşməsinə baxmayaraq, Yupiterin qravitasiya effektləri köməyilə nüvəsini qızdırdığı güman olunur. Bu yaxınlarda isə NASA mütəxəssisləri Europada aktiv qeyzerlərin olduğunu növbəti dəfə sübut etmişdilər.

Bütün bu məlumatlar bunu deməyə əsas verir ki, peyk Günəş sistemində yadplanetli həyat əlamətləri daşıya biləcək əsas namizədlərdən biridir. Sözsüz ki söhbət fantastik filmlərdən yaxşı tanıdığımız yaşıl klinqonlar və yeddiayaqlı heptapodlardan getmir. Alimlərin rəyinə görə, kainatda ən çox yayılmış həyat forması məhz bakteriyaya oxşar təkhüceyrəli orqanizmlərdir. Ancaq burası da var ki, hüceyrəli olub-olmadıqlarından danışmaq üçün də hələlik tezdir.

NASA-nın rəsmi saytında dərc edilmiş materialda yeni kosmik aparat olan eniş modulunun ilk görüntüləri və geniş izahı təqdim olunub. Cihazın Europada mühüm axtarışlar aparacağı deyilir. Buna baxmayaraq qeyd edilir ki, prototipin xarici görünüşünün tezliklə dəyişdirilməsi istisna deyil.

Hələlik qeyri-rəsmi olan Europa Clipper missiyası çərçivəsində eniş modulunu Europaya göndərmək planlaşdırılır. Uçuşun 2020-ci illərdə start götürəcəyi qeyd edilir. Missiyanın əsas vəzifəsi peykin ətraflı araşdırılması və həyat üçün nə dərəcədə əlverişli olduğunun aydınlaşdırılmasından ibarətdir. Bununla yanaşı Europada buzaltı okeanın mövcud olması ilə bağlı populyar hipotezin təsdiq edilməsi gözlənilir. Aparat peykin buzla örtülmüş səthindən problar götürdükdən sonra alimlər bir çox suallara aydınlıq gətirə biləcəklər.

İndi mühəndislər cihazla bağlı bir sıra aspektləri müzakirə edirlər. Mütəxəssislərin irəli sürdüyü versiyada peykin səthinə modulu paraşütsüz endirmək nəzərdə tutulur. Eniş üçün xüsusi alqoritmlərlə işləyən güclü mühərriklərdən yararlanmaq mümkündür ki, bu da eniş yerinin mühərrik tullantıları ilə çirklənməməsi üçündür.

Layihə hələlik rəsmi olaraq başlanmadığından modulla bağlı bir çox qaranlıq qalan məqamlar var. Lakin avtomatik planetlərarası stansiyanın taleyi indidən məlumdur: NASA cihaza quraşdırılacaq beş elmi aləti artıq seçib. Bu aparat Europanın orbiti ilə dövrə vuraraq, Yerə olduqca vacib məlumatlar ötürəcək.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: