Elmi xəbərlərHəyatın təkamülüTexnologiya

Hokinq: “Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər”

Məşhur astrofizik Stiven Hokinq bu yaxınlarda verdiyi açıqlamada inkişaf etdirilməkdə olan avtomat maşınlar və səs köməkçisi SİRİ kimi süni intellekt robotlarının insanlıq üçün təhlükəli ola biləcəyini bildirib. Astrofizikin dediyinə görə, süni intellektli robotların bizə qarşı təhlükəsini qiymətləndirməməyimiz bəşəriyyətin ən dəhşətli səhvi ola bilər.

“Bütün bu nailiyyətlərimiz növbəti illərdə gözlədiklərimizin fonunda qaralacaq. Süni intellekt bəşəriyyət tarixinin ən vacib hadisəsi olacaq. Amma əgər risklərdən vaxtında qaçmağı öyrənməsək, təəssüf ki, bu, sonuncu hadisə də ola bilər”, – Hokinq deyir.
Astrofizik hesab edir ki, gələcəyin süni intellektli robotlarının qarşısını ancaq elə robotlar ala bilər. Texnoloji eraya addım atmağımızla robotların inkişafı qaçılmaz hal alacaq. Texnologiyalar insanı üstələyərək maliyyə bazarını, elm sahəsini, silah hazırlanmasını, bir sözlə hər şeyi ələ alacaq.
Hokinq qeyd edir ki, süni intellekti yaratmağa başlamadan əvvəl bunun nələrə səbəb ola biləcəyini daha ciddi araşdırmaq lazımdır. Alim “şüurlu” robotların mövcud olduğu texnoloji gələcəyin dəhşətli ssenarilərindən uzaq durmağı təklif edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

2 rəy

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: