Texnologiya

Gələcək avtomatlaşdırılır, bəs bu işlərimiz üçün nə vəd edir?

Avtomatlaşdırma artan peşələrdə işçiləri əvəz etdikcə, işlərin kəmiyyət və keyfiyyətinə olan təsiri artacaq

Süni intellekt və robotların inkişafı yeni avtomatlaşdırma dalğası yaradır. Maşınlar mürəkkəb təfəkkür bacarıqları tələb edən müxtəlif çətinlikli tapşırıqlarda insanlar kimi işləyə bilir və hətta onları üstələyirlər. Bu proses ekspertlərin gözləntilərindən daha sürətli inkişaf edib. Təəccüblü deyil ki, işəgötürmənin kəmiyyət və keyfiyyətində bunun mümkün əks effektləri ciddi narahatlıqlar doğurur.

Donald Tramp administrasiyasına görə ticarət ABŞ-da istehsalat işlərinin itirilməsinə başlıca səbəb olaraq qalır.

Lakin iqtisadçılar son üç onillikdə ABŞ-da istehsalat işlərinin 80% itirilməsinə işçi sayının azaldılması və məhsuldarlığı artıran texnoloji yeniliklərin səbəb olduğunu, ticarətin isə ikinci yerdə gəldiyini deyirlər. Belə olan halda bir sual yaranır: biz texnologiyanın çoxlu işsizlər kütləsi və ya “işsiz gözəl həyat” yaratdığı, artan işçi kütləsinin təhsil və bacarıqlarına rəğmən orta sinif insanların qazancı qədər qazanmayacağı işsiz gələcəyə doğru gedirik?

Cavab hər ikisi də ola bilər. 1990-2007-ci illər arası bu mövzuda ən son geniş araşdırma avtomatik idarə edilən, yenidən proqramlaşdırıla bilən və çoxfunksiyalı sənaye robotlarının yayılması işəgötürməyə və maaşlara zərbə vurdu.

Avtomatlaşdırma artan peşələrdə işçiləri əvəz etdikcə işlərin kəmiyyət və keyfiyyətinə olan təsiri artacaq. Yeni “McKinsey Global İnstitute”nun tətqiqatına görə belə əvəzetmə üçün çoxlu yer var. 46 ölkəni və qlobal işçi qüvvəsinin 80 %-i əhatə edən tətqiqatın nəticəsinə görə yalnız 5 %-dən az iş yeri təmamilə avtomatlaşdırıla bilər. Lakin bütün iş yerlərinin 60 %-i bugünki texnologiyalara görə əsas tapşırıqların və fəaliyyətlərin ən azı 30 %-i avtomatlaşdırıla bilər.

Yaxın müddətdə avtomatlaşdırmaya ən çox həssas olan fəaliyyətlər “data” toplanması və emalı, həmçinin, strukturlaşdırılmış müntəzəm əl ilə görülən və fiziki fəaliyyətlər, proqnoz verilən ətraf mühit kimi müntəzəm idrak tələb edən tapşırıqlardır. Belə işlər indi ABŞ-da maaşların 51 %-ni əhatə edir və hotel və ərzaq servislərini, istehsalatı və pərakəndə ticarəti əhatə edən çox işçi işə götürən sektorlarda ən geniş yayılıb.

Makkinzeyin hesabatı bir tərəfdə tapşırıqların maaşları və tələb olunan bacarıq səviyyəsi arasında mənfi nisbətini,  digər tərəfdə də onların avtomatlaşdırması potensialını tapıb. Avtomatlaşdırma aşağı maaşlı müntəzəm tapşırıqları aşağı və orta bacarıqlı işçilərə tələbatı azaldır, texniki və problemyönlü bacarıqlar tələb edən abstrakt tapşırıqları yerinə yetirən yüksək bacarıqlı, yüksək qazanclı işçilərə isə tələbi artırır. Qısaca desək, texnoloji dəyişiklik bacarıqyönümlüdür.

Ötən 30 ildə,ə bacarıqyönümlü texnoloji dəyişiklik işəgötürmənin və maaşların polyariyasiyasını artırdı, orta işçilər real maaşlarının durğunluğu problemini yaşadılar və ali təhsil almayan işçilər real maaşlarında əhəmiyyətli dərəcədə azalmadan əziyyət çəkirlər. Bu polyarizasiya işçi gəlirlərinin paylanmasında bərabərsizliyi artırır, əvəzində isə,ə ümumi gəlir bərabərsizliyininin artımına gətirib çıxarır.

İşəgötürənə əmək haqlarında və gəlirlərdəki bərabərsizlik,  artan ağıllı robotların potensial effektləri barədə yaranan narahatlıq siyasətçilərə avtomatlaşdırmanın yavaşlamasına çağırışlar edir. Misal olaraq: robotlar üçün vergi tətbiqi. Belə siyasət innovasiyalara və məhsuldarlığa xələl gətirə bilər.

Texnoloji inkişafı qəfəsə salmaqdansa, siyasətçilər işini itirənlərə kömək etmək üçün tədbirlər görsələr daha yaxşı olar. Bunlara misal olaraq: əmək haqqı sığortası, gəlir dəstəyi və sosial təhlükəsizlik şəbəkəsi, həyatını yenidənqurmaq üçün kreditlər və portativ sağlamlıq daxil olan təhsil və təlim proqramları və pensiya mənfəətini misal göstərmək olar. Avtomatlaşdırmanın daha ədalətli paylanmasından əldə edilən gəlir və sərvətdən yararlanmaq üçün, daha qabaqcıl vergi və köçürmə siyasətlərinə də ehtiyac yaranacaq.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
World Economic Forum
Etiketlər
Daha çoxu

Murad Karimov

"Gələcək Dünya" bloqunun müəllifi. Çox da uzaq yox, yaxın gələcək çox dəyişəcək!

Bənzər yazılar

Rəy yazın

Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: