Texnologiya

Dünyanı tezliklə dəyişə biləcək 5 elmi layihə

Cərrahiyə əməliyatı edən robotlardan tutmuş skripka hazırlamaq üçün tor hörən hörümçəklərə qədər: elmin gələcəyi yaxındadır

Cərrahiyə əməliyatı edən robotlardan tutmuş skripka hazırlamaq üçün tor hörən hörümçəklərə qədər: elmin gələcəyi yaxındadır. Hər il London Kral Cəmiyyəti ümumi istifadəyə hazır olan qabaqcıl texnoloji və elmi nailiyyətləri qeyd edir. Burada 2016-cı ildə təqdim olunmuş siyahədan real həyatda istifadəyə hazır olan beş ən qəribə layihəni sizə təqdim edirik.

1. Kosmik zibilin yığılması

 

Boş raketlər, böyük ölü peyklər, şüşə qırıntıları və kiçik boya zərrələri kosmosda uçur. Bu, 7,000 tondan çox kosmik zibil kosmos erasının başlanğıcından bəri yığılıb. Bu əşyalardan əksəriyyəti hələ də Yerin ətrafında fırlanaraq fəal peyklərlə toqquşma təhlükəsi yaradır, hansı ki internet və mobil rabitə üçün həyati əhəmiyyətlidir. Belə hal bir dəfə baş verib və Yer ətrafında fırlanan kiçik fraqmentin necə fəlakətə səbəb ola biləcyini nümayiş etdirib. Beynəlxalq Kosmik Stansiya bu cür tullantılarla toqquşmamaq üçün müntəzəm olaraq mövqeyini tənzimləyir. İndi “RemoveDebris” missiyası xilasa gələcək. 2017-ci ildə start veriləcəyi gözlənilən layihə ilk dəfə olaraq kosmik zibili dartıb atmosferə gətirməyə cəhd edəcək. “Bu, elmi fantaziya deyil, bu real problemdir. Kosmosdakı bütün zibillər cazibə qüvvəsinə görə nə vaxtsa yerə enəcəklər, lakin bəzi hissələr Yerdən 1000 km yuxarıda olduğundan onların atmosfera daxil olması min illər çəkə bilər. Bizim bu qədər vaxtımız yoxdur, ciddi problemlər baş vermədən bunu həllə etmək üçün bəlkə də bizim sadəcə 10-20 ilimiz var,” Surrey Kosmos Mərkəzində “RemoveDebris” komandasından olan Dr Jason Forshaw BBC-ə bildirib.

 

 

 

Sınaqdan keçiriləcək zibilyığma texnologiyası çox sadə prinsiplə fəaliyyət göstərir. Bunlardan biri kosmos torudur, zibil toplamaq üçün istifadə edilən balıqçı toruna bənzəyir. Yaxalandıqdan sonra zibil kosmik gəminin arxasında Yerə gətirilir. Atmosferə daxil olduqdan sonra qırıntılar yanmağa başlayacaq, bütöv qalmış böyük hissələr isə nəzarət altında Sakit Okeana endirilməlidir. Digər sistem isə çərpələngə bənzər gümüşü cismdir. Ultra nazik membranlardan hazırlanmış cism gəmi kimi üzür, lakin külək əvəzinə Günəşdən gələn işıq protonları tərəfindən itələnir. Onun missiyası orbitdəki zibili dartaraq Yerə endirməkdir.

 

2 Ağcaqanad ovçusu

Onillərdir ki, alimlər Anofeles ağcaqanadına qarşı mübarizə aparırlar – bu həşəratlar malyariya xəstəliyinin yayılmasına səbəb olur. Xəstəlik dünya boyu milyonlarla insana yoluxur və hər il təxminən 438 min insanın ölümünə səbəb olur. İndi isə yeni hədə ortalığa çıxıb: ağcaqanadlarda onlara qarşı istifadə olunan kimyavi maddələrə qarşı müqavimət qabiliyyəti yaranır. Həşəratlarda insektisid müqavimət 60 ölkədə qeydə alınıb və xüsusilə də Qərbi və Şərqi Afrikada təhlükəli həddə çatıb. Ona görə də bu həşəratlarla mübarizədə ağcaqanadların davranışlarını anlamaq çox əhəmiyyətlidir.

 

 

“Biz ağcaqanadların yataq örtüyü ətrafında uçuşlarını izləmək üçün infrared kameralardan istifadə edirik. İlk dəfədir ki biz geniş miqyasda onların hərəkətlərini videoya köçürməyə nail olmuşuq,” Liverpool Tropik Təbabət Məktəbindən araşdırmaçı Josie Parker BBC-ə bildirib. “Ağcaqanad Gündəlikləri” layihəsi bu həşəratların yataq üzərindəki örtüklə nə qədər təmasda olduğuna və insektisidlərin yatan insanı dişləməkdə həşaratlara necə mane olmasına nəzər yetirir. “İnsektisidlərin təsir göstərməsi üçün onlar tora toxunmalıdırlar və və kiçik təmas yetərli deyil. Biz müəyyənləşdirməyə çalışırıq ki, onların ölməsi üçün nə qədər təmasda olmaları lazımdır,” Parker deyir. İndi bu araşdırma yeni, daha effektiv tor, lif və insektisidlərin hazırlanması üçün yol açacaq – minlərlə ölümün qarşısını ala biləcək sadə təkmilləşmə.“Tor fiziki baryera yaradır, anca onlar ağcaqanadları öldürməkdə işə yaramırsa həmin ağcaqanadlar kənarda gözləyəcək və oyanandan sonra səni dişləyəcək”.

 

3. 4D rentgenin sirrləri

Bu, maraqlı adı olan qəribə avadanlıqdır, 4D rentgen sinxrotron. Onun fuknsiyası da çox maraqlıdır: o, alimlərin cismlərin ürəyinə baxmasına imkan verir. Ondan böyük miqyaslı vulkan püsgürmələri haqda öyrənmək üçün maqmada və ya bəzi dondurmaların niyə daha yaxşı daddığını aydınlaşdırmaq üçün buz kristallarında istifadə edilə bilər. “Biz rentgen kompüter tomoqrafiyası adlı texnikadan istifadə edirik. Burada çox parlaq işıq cismlərin daxili strukturunu üç ölçüdə görməyə imkan verir. Biz istənilən cismin daxilinə baxa bilərik: ondan istifadə imkanları genişdir,” Manchester Universitetindən olan sinxrotron eksperti Dr Kamel Madi deyir. Sinxrotron şüası Günəş işığından 10 milyard dəfə parlaqdır və beləliklə də cismin daxilini müşahidə etmək üçün onu kəsməyə ehtiyac qalmır.

 

 

Digər tərəfdəki kamera şüanın ötürdüyü informasiyanı qeydə alır, yüksək keyfiyyətli görüntü halında. “Dördüncü ölçü” isə vaxtdır: alimlər geniş spektrdə temperatur, təzyiq və atmosferi əhatə edəcək şəraiti yarada bilərlər və cismlərin dəyişməsini müşahidə edə bilərlər. “Biz cismlərin morfologiyasını anlaya bilərik, beləliklə bu avadanlıq təyyarə və ya litium batareyası kimi şeylərin təkmilləşdirilmiş istehsalının sirlərini saxlayır,” Dr Madi BBC-ə bildirib. Bu texnika tibb elmi üçün də lazımlıdır, məsələn, insan bədənindəki implantın bədəndəki toxumalarla qarşılıqlı təsirini başa düşmək üçün.

 

4. Hörümçəkləri işə sal

Hörümçəyin zəhmətlə hördüyü tor gələcək nəsil biouyğun və davamlı cismlər üçün açar rolunu daşıyır. “Hörümçək toru təxminən 300 milyon ildir ki, mövcuddur və hörümçəklər maksimum nəticə üçün minimum materialdan istifadə edirlər,” Oxford Universitetindən bioloq Beth Mortimer deyir. Hörümçəklər əsasən ov üçün istifadə etdikləri toru proteyindən istifadə etməklə qururlar. Lakin araşdırma ipəyin molekulyar struktrunu üzə çıxarmağa kömək edir və hər gün onun insan üçün potensial yeni istifadə imkanları kəşf edilir. Təbiətdəki çox az cism hörümçək toru qədər enerji udma qabiliyyətinə malikdir, alim BBC-ə bildirib.

 

 

“İpək sintetik polimerlərə nisbətən min dəfə enerji səmərəlidir. İndi bunun iqtisadi səmərəliliyini öyrənməliyik,” Mortimer deyir. Bundan başqa ipək biouyğundur: tibbi sınaqlar ipək implantların insan diz qığırdaqlarının bərpasına tətbiqini göstərib. Hətta musiqiçilər də ondan sitifadə edə bilərlər. Hörümçək toru prototip skripkalarda sınaqdan keçirilib: həşərat tora düşəndə ordan çıxmaq üçün hərəkət edir, beləliklə tor hörümçəyə mesaj göndərir ki, nahar vaxtıdır.

 

5. Sümük inqilabı

Alimlər laboratoriyada kimyavi maddələrdən istifadə etmədən, sadəcə vibrasiya ilə süni sümük yaratmaq üçün texnologiya yaradıblar. Onlar bunu “nanozərbə” adlandırırlar: bu texnika sümük iliyindən hüceyrələri götürüb onları yüksək tezliklərdə “zərbə” endirir və sümüyə çevrilmələrinə imkan yaradır. Beləliklə yeni sümük hissələri xəstənin öz hüceyrələrindən əmələ gəlir – arzuolunmaz yan təsirləri olan kimyavi maddələrə ehtiyac olmadan. Bu metod sayəsində bədənin digər hissəsindən sümük nümunəsi götürmək üçün ağrılı əməliyyata ehtiyac qalmır və yeni hüceyrənin qəbul olunmama riski də yoxdur. Kiçik “nanozərbələr” bir saniyədə min dəfə baş verir və hüceyrəni təxminən 20 nanometr hərəkət etdirir.

 

 

Daha sonra ondan mövcud sümüklə birləşmə və ya sümük zədəsini sağaltmaq üçün istifadə edilə bilər. Hətta gələcəkdə xəstələri əməliyyata ehtiyac olmadan xəstini “nanozərbə” ilə müalicə etmək mümkün ola bilər. Bu sürətlə böyüyən sümük xərçənginin zəifləməsinə də kömək edə bilər. “Nanozərbə inqilabı” böyük hadisə hesab oluna bilər. Sümük dünyada ikinci daha çox transpalnt olunan toxumadır. Yaşlanan nəsil də bu ehtiyacı artırır. Komanda növbəti üç ildə bu üsulu insanlarda sınaqdan keçirməyi düşünür

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: