Digər

Teleskopumu necə düzəldə bilərəm?

Teleskop uzaqdakı bir obyekti yaxın göstərən bir alətdir. Bunu edə bilməsi üçün teleskopun uzaqdakı obyektdən işıq yığan (lupa və ya güzgü) bir cihazı vardır və toplanan bu işıq (obraz) ikinci bir cihazla gözlə baxılan linzaya fokuslanıb böyüdülərək gözümüzə çatdırılır. Evdə sadə bir teleskop düzəldə bilmək üçün aşağıdakı vəsaitlərə ehtiyac duyacaqsınız:

· İki ədəd böyüdücü lupa (2.5 – 3sm diametrində) biri digərindən böyük olsa daha yaxşı nəticə alınar. Kartondan düzəldilmiş bir boru (nə qədər uzun olsa o qədər yaxşıdır).
· Yapışdırıcı bint
· Qayçı
· Xətkeş ya da lent metrölçən
· Bir təbəqə üstü yazılı kağız – bu bir qəzet və ya jurnal səhifəsi ola bilər.

Böyük olan lupanı özünüz ilə qəzet səhifəsi arasında tutun. Kağız üzərindəki yazılar bulanıq görünəcək. İkinci lupanı (kiçik olanı) gözünüz ilə o biri lupa arasına tutun. Yazılar fokuslanıb aydınlaşana qədər bu ikinci lupanl irəli-geri hərəkət etdirin. Çap yazıların daha böyük və tərs (baş aşağı) göründüyünü görəcəksiniz.
Bir yoldaşınızın iki lupa arasındakı məsafəni ölçüb bir yerə yazmasını təmin edin. Karton borunuzun ön ucuna doğru 2,5 sm (böyük lupanın diametri qədər) genişliyində bir dəlik açın. Karton borunun hamısını kəsməyin. Bu dəlik böyük olan lupanızı tutacaq qədər olmalıdır. Yoldaşınızın qeyd olduğu məsafə qədər bir məsafəni birinci dəlikdən etibarən hesablayıb oraya ikinci bir dəlik kəsin. Bu ikinci dəlik də kiçik lupanın girəcəyi qədər olmalıdır.
Böyük lupa qabaqda, kiçik lupa arxada olmaq üzrə kəsdiyiniz dəliklərə yerləşdirin. Sonra bunları bintlə bərkidin.
Kiçik lupadann etibarən 1 – 2 sm buraxaraq balonun qalanını kəsin. Qəzet kağızı üzərindəki yazılara baxaraq sınaqdan keçirin. Fokuslanma üçün lupaların yerləri ilə yüngülcə oynamanız gərək ola bilər.
Budur, sadə bir teleskop əldə etdiniz! Bu teleskopunuzla ayı, bəzi qalaktikaları, hətta quşları izləyə bilərsiniz.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: