Digər

Təkamül və təbiət haqqında fikir irəli sürən müsəlman alimləri

Tarixdə 8-ci əsrdən 13-cü əsrə (bəzi mənbələrdə 18) qədər olan dövr İslam coğrafiyasının Qızıl dövrü olaraq bilinir.İslam dünyasinda mühəndislər,alimlər, filosoflar, iqtisadiyyatda, ədəbiyyatda, fəlsəfədə

Tarixdə 8-ci əsrdən 13-cü əsrə (bəzi mənbələrdə 18) qədər olan dövr İslam coğrafiyasının Qızıl dövrü olaraq bilinir.İslam dünyasinda mühəndislər,alimlər, filosoflar, iqtisadiyyatda, ədəbiyyatda, fəlsəfədə. Elmdə və texnologiyada köhnə adətlərə sadiq qalmaqla yenilərini əlavə edərək çir çox önəmli kəşflərə imza atmişlar.Bu yazımızda təbiətin, canlıların var olma səbəbi üzərində düşünmüş, yaşadığı dövrünə uyğun cavablar tapmağa çalışmış İslam alimlərindən bir neçəsinin düşüncələrini sizinlə paylaşacağıq.

 

Ilk öncə bir fikrə aydınlıq gətirək ki, tarixdə hər hansı bir fikrdən bəhs etmiş olmaq o fikrin qurucusu, yaradıcısı olmaq üçün kifayət deyil. Bir şeyi sadəcə olaraq düşünmək yetərli olmayıb, o firkrin sahibi olmaq üçün ərtaflı məlumata, fikrin quruluşunu dəqiq izah etmə qabiliyyətinə sahib olmaq gərəkdir. Buna görə də nə qədər antik dövrdə Heraklit, Anaksimand kimi filosoflar canlıların dəyişdiyi, sadə anlamda təkamülə uğradığı fikrini söyləmiş olsalar da, yenə də təkamül fikrinin atası Çarlz Darvin olaraq qalır.Çünki darvin bioloji təkamüldən sadəcə söz etməmiş, çıxdığı dünya səyahətində əldə etdiyi və araşdırdığı dəlillərlə təkamülün döğruluğunun elm dünyasina sübut etməyi bacarmışdır. Ondan sonra gələnlər sadəcə olaraq onun fikirlərini zənginləşdirə bilmişdilər.

 

Bütün bunlara rəğmən hazırki İslam coğrafiyasında bir zamanlar haqqında danışacağımız şəxslərin yaşamış olduqları, bu torpaqlarda nə vaxtsa yenə də eyni inkişafın baş qaldıracağına dair ümid verir bizə.

Əl Cahiz

781-869-cu illərdə (Darvindən 100 il əvvəl) yaşamış,Bəsrədə dünyaya göz açmış ərəb mənşəli elm adamıdır.Əsl adı əbu Osman Əmr ibn Bəhr əl-Kinani əl-Fuxaimi əl Basri olsa da (gözündəki qüsura görə) “şişkin göz” mənasini verən Əl-Cahiz ləqəbini götürmüşdür.Ömrünün sonuna qədər ilahiyyat, İslam fəlsəfəsi, zoologiya, heyvan psixologiyası, sosial psixologiya ilə dərindən maraqlanmış və bu mövzuları əhatə edən 200-ə yaxın kitab yazmışdır. Ən məhşur elmi əsəri 7 cilddən ibarət olan , 350-yə qədər canlı üzərində tədqiqat apardığı “Kitab al-Hayvan” (Heyvanlar kitabı) əsəridir. Bu kitab ərtaf mühitin heyvanlar üzərində təsiriindən, mühit şərtlərinin bir canlıda hansı dəyişiklikləri yarada biləcəyindən bəhs etməyə çalışan ilk əsər olaraq bilinir. Qida zəncirinin və mühitin heyvanın yaşamıası üçün nə qədər önəm daşıdığını xüsusilə araşdırmışdır.

“Siçan qida axtarışına çıxar ,qida axtarar , özündən kiçik quşları və həşəratları tapıb yeyər. Balalarını ilanlardan və quşlardan qorumaq üçün yeraltı tunellər qazar və orada gizlədər. llanlar siçan yeməyi çox sevir.İlanlar da özləriniözlərində böyük qunduzların və şirlərin təhlükəsindən qoruyar. Şirlər də tülkünü və özündən kiçik digər heyvanları qorxudur və yeyir. Varlıq başqasına yem olmaqdan ibarətdir. Bütün kiçik heyvanlar özündən kiçikləri yeyər amma böyükləri yeməz.İnsanlar da belədir. Allah bəzi canlıların ölümünü digərlərinin yaşama səbəbi etmişdir.”

“Bir ərazinin hava şəraiti pisləşərsə suyu da, torpağı da pisləşər.Bu hal heyvanların və insanların fitrətin dəyişər”

“ Neçə nəsil sonra qara ağa çevrilər, ağ qaraya?” (dəri rəngləri)

 

Kitabdan çıxarışlar göstərir ki əl-Cahiz nəsillər arasında fiziki xüsusiyyətlərin dəyişə biləcəyini və bu dəyişikliyin yumurta daxilində gerçəkləşdiyini , ətraf mühitin fiziki xüsusiyyətlərə təsir göstərə biləcəyini və təbii seçmə qanunlarının yaşamaq instinktinə təsir edə biləcəyini çatdırmağa çalışmışdır.

 

Əl-Fərabi

870-950 –ci illərdə yaşamış dünyaca məhşur elm adamı. Döğum yeri haqqında tam dəqiq məlumat yoxdur.Çoxları anadan olduğu yeri Əfqanıstan və ya Qazaxıstan olaraq göstərir. bəziləri isə onun türk və ya fars olduğun qeyd edir.Orta dövr İslam dünyasında Muallimi-Səni (İkinci Ustad) olaraq tanınırdı.Birinci ustad Aristoteldir.qərbdə Əlfərabius adıyla tanınır. Məntiq, riyaziyyat, fəlsəfə,təbiət fəlsəfəsi, psixologiya, musiqi, siyasət sahələrində elmini zənginləşdirmişdir. Haqqında yazılan bioqrafiyalarında 100-160 elmi əsəri olduğu qeyd olunur.ancaq bu əsərlərdən çox az qismi əlimizə çatmışdır.Bu kitablarından biri də “ Əl-Mədinətül-Fəzilə” (Fəziləətli şəhər-İdeal dövlət) adlanır ki, kitabda “Maddi cisimlərin mərtəbələri haqqqında” bölümündə canlıların sadədən başlayaraq bir-birinə çevrilərək mürəkkəbə doğru inkişaf etdiyini qeyd etmişdir.

 

“İlk olaraq ünsürlər ( hava od su torpaq) yaranmışdır. Daha sonra hər bir ünsürdən onunla eyni xüsusiyyətli cisimlər hasil olur. Daha sonra ünsürlər qarışaraq bir-birinə zidd cisimləri ortaya çıxarırı. Daha sonra bu zidd cisimlərin bir qismi yenə ya özləri ilə , ya da bir-biri ilə qarışaraq daha mürəkkəb cisimlər ortaya çıxarırlar.Beləcə qarışa-qarışa ilkin sadə tərkiblərdən daha mürəkkəb quruluşlu cisimlər ortaya çıxar.Nəticədə elə bir səviyyəyə çatar ki, cism ilkin tərkibindən tamamilə uzaqlaşar. Bu mərhələrin ilkində bitkilər, ən sonda daha qarışıq mərhələdə insanlar ortaya çıxar ki, ondan üstünü yoxdur”

 

Göründüyü kimi bu fikirlər müasir təkamül firkiylə tam olaraq tutşmasa da, yenə də canlılar arasındakı mərhələli inkişaf aid önəəmli firiklərdir. Canlıların statik, dəyişməz olaraq yaradıldığı fikrini deyil, mərhələli və təkamül yolu keçərək formalaşdığı fikrini müdafiə etməkdədir. Bu İslam tarixində təkamülün nə qədər önəmli yer tutduğuna və inkişaf etdiyinə dair gözəl nümunədir.

 

İbn Miskəvəyh (İbn Miskawayh)

930-1030-cu illər arasında iranda yaşamış İslam filosofudur. Fərabi məktəbinə mənsub olan elm adamlarındandır.Həyatı boyunca bir çox əsər yazmış və çox qismini də insan əxlaqı davranışına həsr etmişdir.Təbiətin qanunaquyğunluqları ilə bağlı düşüncələri Əl-Cahiz qədər elmi olmayıb , fəlsəfi aspektdən yanaşmışdır. Bu mövzuda yazdığı əl-Fəvz Əl Aşqar (Kiçik Uğur) adlı əsərində təbiətin inkişafınnın cansız maddədən bitkiyə,bitkidən heyvana. Heyvandan meymuna vəmeymundan insana doğru getdiyini qeyd etmişdir.Onun əsərini tədqiq edən Pr. Məhəmməd Həmdullah a.ağıdakı fikirləri söyləmişdir:

“ Miskəvəyhə görə Allah maddəni və gücü yaradıb. Maddə zamanla buxara və suya çevrilib. Bir sonraki mərhələdə minerallar ortaya çıxıb. Müxtəlif zamanlarda müxtəlif canlılar ortaya çıxmışdır. Daha sonra minerallardan bitkilər yaranmışdır. Bitkilər heyvani xüsusiyyətlər qazanana qədər təkamül keçirmiş və nəhayət erkək və dişi cinsləri ortaya çıxmışdır. Xurma ağacı birkilər aləminin ən yüksək, heyvanlar aləmiin ən alt seviyyəsində yer alır.”

 

Miskəvəyhə görə bitkilərin lif və köklərindən azad olması heyvanlar aləminə keçidin başlanğıcı olmuşdur.Heyvanlar aləmi dördayaqlılarda at, quşlarda şahin ilə ən üst mərtəbəyə çatmışdır.Ən sonda insanlıq mərtəbəsinin nümayəndəsi olan meymun yer alır.

“ Heyvan əslində heyvan olmayandan yaranmışdır.məninin özü heyvan olmadığı kimi.”

Bu şəxsin fikirləri müasir fikirlərlə müqayisədə çox da təsirli olmasa da,” hər şeyin ulduz tozudur” fikrini ilk mənimsəyənlərdən biri olması diqqətdən kənar qalmır.

 

İxvan Əl-Səfa ( Həqiqi qardaşlar) 10-cu əsr. Şəxsiyyətləri gizli olan bir neçə alimdən ibarət olan bu qrup mövzusu təbiət, riyaziyyat, astronomiya.,fəlsəfə və İslam elmləri olan 52 kitabdan ibarət Rasaili İxvan Əl-Səfa adlı ensiklopediyanın müəllifidir.hər ayın qabaqcadan müəyyən edilmiş 3 günü toplaşaraq müxtəlif mövzular haqqında müzakirələr aparmış və onları da 52 kitabda cəm etmişlər.Onların canlıların yaranma müddəti haqqında firikləri aşağıdakı kimidir:

 

“Üç aləm mövcuddur.Hər son nümayəndə özündən sonra gələn mərtəbənin ilk üzvünə bağlıdır. Minerallar özündən altdakı su və torpağa , onlar da aliminium-sulfat, dəmir—sulfata bağlıdır. Qızıl mineralların ən ali nümayəndəsi olub bitkilərə yaxındır.Bitkilər arasındda yosun ən aşağı mərtəbədə , xurma isə ən üst mərtəbədə yer alır. Xurma cinsiyyətin ortaya çıxması ilə heyvan və insanlar sirasındadır.ilbiz bitkilərə ən yaxın heyvandır.Fil isə ağıl baxımından insana ən yaxın heyvandır..”

 

İbn-Əl Heysəm

965-1039-cu illərdə yaşamış. Bəsrə şəhərində dünyaya göz açan müsəlman ərəb fiziki, riyaziyyatçısı və filosofu.vaxtının çoxunu din və elmə sərf etmiş bu şəxs optika elmini qurucusu olaraq anılır. İbn heysəmin istifadə etdiyi elmi metodları əsas götürərək onu “ilk elm adamı” olaraq da adlandırırlar.əqrb dünyasında Alhzaen adıyla tanınır. Nyuton və Keplerdən yüzlərəcə il əvvəl geosentrik fikrin döğru olmadığını, kainatda başqa sistemlərin də mövcud olduğunu və Dünyanın Günəş sisteminə tabe olduğunu söyləmişdir. Optika işıq mövzusunda ciddi sinaqlar keçirmiş hətta “İşıq şüasinin hərəkəti zamanı ən asan və qisa yoldan irəliləyəcəyi” firkini ortaya atmışdır. Beləliklə Pier de Fermatın (1601-1665) “Minimal vaxt prinsipi”-ni bir neçə il öncədən əsasın qoymuşdur. Həmçinin Nyutonun 1-ci qanununa yaxın fikirlər də söyləmişdir.

“ Hər cism hərəkətini dəyişdirəcək qüvvələr tətbiq olunmadığı zaman öz sabitliyini qoruyar və hərəkətini düz xətt boyunca davam etdirər”

İşığın böyük və sonlu sürətə sahib olduğunu və şüanın sınması hadisəsinin müxtəlif maddələr içindəki sürətin müxtəlifliyinə əsaslandığı kimi fikirlər söyləmişdir.

 

Əl-Biruni (Alberuni)

Adı dillərdə əzbər , əsl adı Əbu-Reyhan Muhamməd bin Əhməd əl-Biruni 973-1048 illər arasında indiki Özbəkistan-Əfqanıstan ərazisində yaşamış, dövrünün ən tanınmış İslam alimlərindəndir.Fizika ,riyaziyyat ,tibb ,təbiət elmləri, xronologiya və dil sahəsində özünü inkişaf etdirmiş və dəyərli əsərləri irs qoymuşdur.Bəzi mənbələrdə Hintoloq9 Hindistan mütəxəssisi) olaraq adı keçir.Səbəbi isə 1017-ci ildə Qəznəli Mahmudun Hindistana etdiyi 12-ci səfərində onunla birlikdə Hindistana getmiş və uzun illər oarad qalaraq araşdırmalar aparamışdır.Həmçinin Tarix Əl-Hind(Hindistan tarixi) əsərini də orada olarkən yazmışdır.Bu kitab mədəniyyətinin xırdalıqlarını izah etməklə bərabər , elm, iqtisadiyyat.,riyaziyyat, astronomik bilgilərdən də bəhs edir.Kitabın 47-ci bölümü aşağıdakı sözlərlə başlayır.Hası ki, burada Biruni coğrafi yayılma , təbii seçmə, süni seçmə haqqında fikirlərini bölüşür.

 

“”Dünya həyatı əkin (toxum) və toxumdan asılıdır. Hər iki hadisə zamanla artmaqdadır, və bu artım sonsuzdur, dünya sona çatsa belə. Bir bitki və ya heyvan sinfi öz nəslini və ya cinsini davam etdirmədikdə o sona çatmaqla qalmır, həmçinin bir və ya bir neçə nəslə və ya növə(növlərə) başlanğıc verir.Əgər belə olmasaydı tək bir növ bütün dünyanı işğal edəcək qədər artıb-çoxlaradı.Təbiət ayrıseçkilik etməz.Ağacların yarpaqalarının və meyvələrinin çürüməsinə icazə verər ki, digərlərinə yaranmaq üçün şərait yaransın ”

 

Əl Xazini

12-ci yüzilliyin əvvəllərində yaşamış, Mərv şəhərində doğulan Əbu əl-Fəth əl-Rəhman Mənsur əl-Xazini dövrünün tanınmış riyaziyyatçı, astronom və fiziki olmuş müsəlman elm adamıdır.Əsrinin seçilən alimi olan Ömər Xəyyamın şagirdi olmuşdur. Ən önəmli əsəri Xorasan Səlcuq Sulatnı Əhməd Səncərə ithaf etdiyi “Kitab Mizan Əl-Hikma” (Hikmətlərin tarazlığı) kitabıdır.Kitab kütlə mərkəzinin , güc-kütlə-sıxlıq anlayışları arasındakı fərqlərin, mexanika ve hidrostatika ilə bağlı tədqiqatların yer aldığı 50 bölüm və 8 cilddən təşkil olunmuşdur. Kitabda maddə və insanla bağlı belə bəhs olunur:

“İnsanlar filosoflardan qızılın mükəmməl bir maddə olduğu öyrəndiklərində onun müxtəlif mərhələrdən keçərək, çevrilərək bu hala gəldiyi fikrinə inanmağa başladılar.adi insanlara görə qizilin ilkin tərkibi qurğuşun, daha sonra qalay olmuş, bəzilərinə görə isə bu düyü idi sonra gümüş oldu və nəhayət qizil ortaya çıxdı. Halbuki filosoflar inasanın bir vaxtlar öküz olduğunu, daha sonra eşşəyə çevrildiyini ən son mərhələrdə ata və meymuna çevrilərək insanı var etdiyini demirdilər.”

 

Ibn Xaldun

1332-1406-cii illərdə yaşamış, Tunisli müsəlman tarixçi və filosofudur. Əsl adı Əbdürrəhman bin Muhamməd ibn Xaldundur.Ən taninmiş əsəri 1250 səhifədən ibarət tarix fəlsəfəsi,sosial elmlər, iqtisadiyyat, mədəniyyət tarixi, İslam elmləri və siyasi mövzuları əhatə edən “Muqaddimah” (Müqəddimə) kitabıdır.Bu əsərdə təkaül ilə bağlı fikirlər belə ifadə edilmişdir:

“ Yaradılışa diqqətlə nəzər salsaq görərik ki,ilk öncə maddə yaranmışdır. Maddə fərqli yollardan keçərək bitki və heyvanları formalaşdırmışdır. Mineralların son mərhələsi bitkilərin ilk mərhələsidir.eynilə ot və toxumsuz bitkilər kimi. Üzüm və xurma kimi bitkilərin son halları heyvanların ilkin formalaşdığı andır. Buradakı bağ son mərhələdəki hər bir qrupun bir üst mərhələyə keçmək üçün hazır olması deməkdir. Daha sonra heyvanlar aləmi sürətlə artar və çoxalar .nəticədə isə yaradılış pilləsinin ən son, ağıllı canlısı olan insan yaranar.İnsanların bu pilləsinə isə zəka və idrakın zəif olduğu meymunlarda aləmindən gəlinmişdir.”

 

Alimlərin araşdırdıqları ilə bugünkü təkamül anlayışımız arasında bənzərliklər və fərqliliklər təbii ki, vardır ancaq açıq şəkildə görülən şey, varlıqların davamlı bir çevrilmə halında olduğunun qəbuludur. Yuxarıda adı keçən şəxslər və əlavə olaraq Ərzurumlu İbrahiq Haqqı, Xınalızadə Əli Əfəndi ,Rağib Əl-İsfahani, Seyyid Əmir Əli, Mevlana Cəlaleddin Rumi kimi alimlər də daxil, çox İslam alimi, əsərlərində insanı və təbiəti, fiziki və ruhani bir bütünlük içində ələ almaqdadırlar. Təbiətin əsas hərəkətverici qüvvəsinin Allah olduğu qəbul görür, canlıların təkamülünü yalnız maddi səviyyədə izah etməyib, nəfsin də təkamül keçirdiyindən, hətta çox əsərdə insandan sonra gələn mələk mərtəbələrindən bəhs edilir. Bugünkü elmi baxış bucağımız, müşahidə və faktlar üzərində təcrübələrə söykəndiyindən, dini mövzular əhatə xaricidə qalır. Ancaq təbiət üzərinə baş yormuş ən əhəmiyyətli İslam alimləri təkamül proseslərin varlığından açıq şəkildə bəhs edir “Meymundan gəlmə” fikrinin heç də alçaq bir hal hesab etmirlər.Bu halın hər ağlı başında elm insanı üçün adi göründüyünü qeyd edirlər.. Hansı əsrdə və coğrafiyada yaşamasından asılı olmayaraq.

Tərcümə; Qədir Vahabzadə

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
evrimagaci
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: