Elmi xəbərlərHəyatın təkamülüTarix

Alim: “Xristianlığın yaranması meteorit düşməsi ilə əlaqəlidir”

Savl xristianları təqib etmək üçün Yərusəlimdən Dəməşqə yol alırdı ki, həmin vaxt göydən güclü işıq saçdığını fərq etdi.

ABŞ-dan olan astronom Uilyam Hartmanın gəldiyi qənaətə görə, 2000 il əvvəl Yerə düşmüş meteorit bu gün dünyada ən yayılmış din olan xristianlığın yaranmasının təməlini qoyub.


Savlın (xaç suyuna salınmazdan əvvəl Paveli belə adlandırırdılar) Dəməşqə səyahət edən zaman yolda aldığı vəhy və nəticəsi olaraq dinə gəlməsi xristianlıqdakı ən məşhur epizodlardandır. Savl xristianlara qarşı aqressiv münasibətləri olan fariseylərdən idi. Hətta belə bir hadisə də danışılır ki, sonradan həvari olacaq Savl, xristianların ilk şəhidi hesab olunan Stefanı Yərusəlimdə xristianlığı təbliğ etdiyinə görə daşqalaq edərək öldürmüşdür.


Savl xristianları təqib etmək üçün Yərusəlimdən Dəməşqə yol alırdı ki, həmin vaxt göydən güclü işıq saçdığını fərq etdi. Əhdi-Cədid kitabında “Müqəddəs həvarilərin əməlləri”-ndə bu, xüsusilə belə izah olunur: “Yolda, günün günorta çağı göydə, Günəşdən belə daha güclü parlayan işıq gördüm…”. Hartman hesab edir ki, bir neçə il əvvəl çelyabinsk meteoriti düşdükdə sakinlərin yaşadıqları anlar kitabda izah olunan təsvirlə eynidir. Savl ilk öncə işıq görür və zərbə dalğaları onu yerə yıxır. Ardından o, asteroidin partlayışını eşidir və bunun Məsihdən göndərilən vəhy olduğunu düşünür.


Bir neçə gün gözləri görməyən farisey Savlın görmə bacarığı yalnız Dəməşqə çatdıqdan sonra Ananiya ilə görüşdükdə yenidən bərpa olunur. Hartmanın dediyinə əsasən, Savl elektrooftalmiyadan əziyyət çəkmiş olmalıdır. Elektrooftalmiya gözlərə ultrabənövşəyi şüalarla zəngin intensiv işıq düşdükdə meydana gəlir.


Savlın dinə gəlməsi xristianlığın yaranması və yayılmasında olduqca vacib rol oynayıb. O olmasaydı, xristianlıq inancının gələcək taleyi bəlkə də tamam fərqli qurulardı. Hələlik alimlər Suriya ərazisində eramızın I əsrinə (həmin hadisənin o dövrdə baş verdiyi hesab edilir) aid ola biləcək hər hansı bir meteoritə rast gəlməyiblər. Dolayısıyla, Uilyam Hartmannın versiyası hipotez olaraq qalır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
New ScientistMeteoritics & Planetary Science
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: