Digər

Süni ilkin hüceyrəyə “can verildi”

Alimlər uzun müddətdir ki, kimyəvi birləşmələrdən ibarət “qədim Yer bulyonunda” ilkin hüceyrələrin (proto-hüceyrələr) replikasiyaya qadir canlı orqanizmlərə doğru necə inkişaf etmiş ola biləcəyini aydınlaşdırmağa çalışırdılar.

Science jurnalında dərc edilən xəbərə görə, Nobel mükafatı laureatı Cek Şostak əvvəllər yaratdığı süni ilkin hüceyrəyə limon turşusu duzu əlavə edərək onu “canlandırmağa” nail olub. Proto-hüceyrə artıq RNT molekulunu özbaşına istehsal edir, üstəlik bu prosesdə örtüyü dağılmır.

Təcrübənin əsas hədəfi “ilkin hüceyrə” modeli yaratmaq idi: onun örtüyü “müasir” molekullardan deyil, sadə yağ turşularından ibarət idi, hansılar ki qədim Yerdə mövcud ola bilərdilər. Lakin bu süni ilkin hüceyrə modelini təkmilləşdirmək lazım idi, çünki RNT molekulu sintez etməyə qadir deyildi və örtüyü dağılırdı.

Süni ilkin hüceyrəyə “can vermək” üçün alimlər RNT molekulunu sintez edən fermentlə əlaqəli maqnezium ionlarını əlavə etmək qərarına gəldilər. Yeganə əngəl bundan ibarət idi ki, ionlar ilkin hüceyrənin örtüyünü dağıdırdı. Şostak və həmkarları onu müxtəlif xelatorlar ilə qorumağa cəhd etdilər. Ən effektiv xelator limon turşusu duzu çıxdı. Belə ki, o, maqnezium ionlarının dağıdıcı hərəkətini aradan qaldırırdı, buna baxmayaraq ionlar yenə də RNT replikasiyasını təmin etməyə davam edirdi.

“Biz, yağ turşularından ibarət sadə örtüyü olan hüceyrədə RNT replikasiyası prosesini aktivləşdirməyin ən azı bir üsulu olduğunu göstərdik. Hesab edirik ki, qədim Yerdə limon turşusu duzunun reaksiyası kimi təsirləri olan sadə peptidlər mövcud olmalı idi. İndi onların axtarışındayıq”, – Şostak qeyd edir.


Həmçinin oxuyun:

Plastik hüceyrə yaradıldı
Nanomühərriklər canlı hüceyrə içərisində işlədi
Zülalların təkamülünü maraqlandıran yeni tapıntı

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: