Digər

Stiven Hokinqin xəstəliyinin səbəbi tapıldı

Tomas Cefferson Universitetindən olan alimlər dünya şöhrətli fizikin uzun illərdir əziyyət çəkdiyi xəstəliyinin nədən qaynaqlandığını açıqlayıblar.

Britaniyalı nəzəri fizik Stiven Hokinq yan amiotrofik skleroz (YAS) diaqnozu ilə yaşayır. Bu, kiçik addımlarla proqressivləşən və bu gün sağalmaz hesab edilən, mərkəzi sinir sisteminin degenerativ xəstəliyidir. YAS üst və alt hərəkət neyronlarını zədələyərək, iflic və əzələ atrofiyasına səbəb olur. Xəstəlik həyati təhlükə daşıyır –  nəfəs yollarının infeksiyaya yoluxması və ya nəfəs muskulaturası problemlərinin ölümlə nəticələnə biləcəyi ehtimalı olduqca yüksəkdir.

ABŞ-dan olan mütəxəssislərin gəldiyi qənaətə görə, xəstəliyin meydana gəlməsi C9orf72 geninin mutasiyaya uğraması ilə əlaqəlidir. Belə mutasiya nəticəsində orqanizmdə beyin neyronlarını məhv edən zülal yaranmağa başlayır. Təcrübədə yoxlanılan nümunələrin hər birisi 72 saat müddətinə ölüblər. Başda Devid Trotti olmaqla, alimlərdən ibarət qrupun əldə etdiyi mühüm məlumatlar xəstəliklə mübarizədə yeni ümidlər vəd edir. İndi tədqiqatçıların qarşısında növbəti hədəf dayanır. Belə ki, onlar təhlükəli zülalın hasilinin qarşısını ala biləcək mexanizmi hazırlamaq niyyətindədirlər.

Bir müddət əvvəl alimlər YAS diaqnozu qoyulan insanların vəziyyətinin, ilk növbədə, beyin kürəsinin motor neyronlarından asılı olduğu ilə bağlı qərar qəbul etmişdilər. Daha əvvəl isə bunun onurğa beynin motor neyronlarından asılı olduğu hesab edilirdi.

Həmçinin oxuyun:

Stiven Hokinq sağala bilər
Hokinq: “Sağalmaz xəstələrə intihar hüququ verilməlidir”
Stiven Hokinq: “İntellektual maşınlar bizi qabaqlayacaq”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: