Digər

Soxulcan dəlikləri mövcuddurmu?

Soxulcan dəlikləri olduqca maraqlı bir mövhumdur və nəzəri fizik Brayn Qrin onlarla bağlı 3 əsas şeyi bilməmiz lazım olduğunu bildirir:

  1. Eynilə bir tunelin dağın iki tərəfini bir-birinə bağlayaraq yolu qısaltdığı kimi soxulcan dəlikləri də kainat içərisində qısayollar yaradır. Eynilə dağdakı bir tuneldən keçməyin sizi dağın təpəsinə çıxıb, aşağı enib və ya ətrafından dolanıb arxasına keçmək kimi zaman itkisinin qarşısını aldığı kimi bir soxulcan dəliyindən keçmək də sizi zaman-məkan toxumasında həm koordinativ kosmos (en-uzunluq-yüksəklik:x,y,z), həm də zaman baxımından itkiniz olmadan normalda asan gedə bilməyəcəyiniz nöqtələrə xeyli asan gedə bilmənizi təmin edir.
  2. Soxulcan dəlikləri Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi sayəsində mümkün olmuşdur. Yəni nəzəri olaraq mümkündür. Ancaq əslində var olub-olmadıqlarına dair kimsənin fikri yoxdur. Amma əgər varsalar, öz üzərlərinə çökməmələri üçün strukturlarının çox xüsusi (eqzotik) bir maddə formasına sahib olması lazımdır. Yoxsa, nəzəri olaraq mümkün olsalar da, sırf təşkil olunduqları maddə uyğunsuzluğuna görə praktik olaraq mövcud ola bilməzlər. Buna görə bunun fizikanın olduqca spekulyativ bir sahəsi olduğunu bilin.
  3. Əgər soxulcan dəliklərinin iki ağızı bir-birindən fərqli hərəkətlərə sahibsə və fərqli cazibə sahələri daxilindədirsə, Eynşteynin Xüsusi və Ümumi Nisbilik Nəzəriyyəsi dövrəyə girir və “tunelin” iki ucunun sinxronizasiyasının pozulmasına səbəb olur. Məhz buna görə soxulcan dəliklərinin ucu bir-birindən fərqli zamanlara sahib olur. Bu da zaman səyahətini mümkün edir.

Nəticə olaraq, soxulcan dəlikləri bir zamandan digər bir zaman və bir məkandan digər bir məkana eyni anda açılan bir tunellər olaraq düşünülür. Bu da soxulcan dəliyini bir zaman maşını edir. Ancaq belə bir dəliyin həqiqətən var olub-olmadığına dair hər hansı bir fikirimiz hələ yoxdur.

Unutmamaq lazımdır ki, bir şeyin nəzəri olaraq var olması praktiki olaraq var olması ehtimalını əlbəttə ki, olduqca artırır, ancaq bunu təmin etmir. Lakin müsbət tərəfdən baxsaq nəzəri olaraq var olması mümkün olmasaydı, praktik olaraq da əsl həyatda belə bir şeyi görməyi gözləməmiz üçün bir səbəb olmazdı. Lakin bu anda böyük bir səbəb var: nəzəri olaraq mümkündür!

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: