Digər

Son məqsəd

Həyat ilk yarandığından bəri özü də bilmədən yalnız irəliyə gedir. İrəli dedikdə mütləq olaraq insanın inkişaf anlayışı nəzərdə tutulmur. Sadəcə kainatda zaman irəli axdıqca həyat da davam edir. Bəs yaxşı, həyat dedikdə nəyi nəzərdə tuturuq? Hüceyrəli olan hər bir varlığı? Bəs viruslar necə olsun? Viruslara canlı deyə bilərikmi? Axı onların öz hüceyrələri olmur, digər bir canlının hüceyrələri hesabına yaşayırlar. Növbəti sual: “yaşamaq” nə deməkdir? Əlbəttə ki, biz həyatı mikroskopik səviyyəyə gətirəndə insanın lüğətlərində olan bir söz vəziyyəti izah etməyə kömək etmir. Bəzilərinə görə yaşamaq şüurluluq və şüursuzluqdur. Bitkinin şüuuru yoxdur –o sadəcə olaraq kimyəvi reaksiyalar aparır və şüursuz şəkildə inkişaf edir. İronikdir, elə deyil? Çünki biz də eyni şeyi edirik. Bizim bədənimizin etdiyi kimyəvi reaksiyalar bitkinin etdiyi kimyəvi reaksiyalardan böyük ölçüdə fərqli deyildir. Maddələr sadəcə bir-birləri ilə təmas edir və kainat tərəfindən əvvəlcədən müəyyən olunmuş kimyəvi və fiziki qanunlara riayət edərək reaksiyalar əmələ gətirirlər. 

Bəs yaxşı, nədir bu həngamələr? Bu işlərin axırı nədir, həyat, biz hara gedirik? Biz daha geniş şəkildə düşünə bilən və hal-hazırda planetdə ən dominant varlıqlar olduğumuza görə nə etməliyik? Əgər oturub bir anlığına düşünsəniz, görərsiniz ki, sizin əslində elədiyiniz şeylərin əksəriyyətini eləməmək seçiminiz var.  Misal üçün, biz fəaliyyət göstərmək üçün enerji tələb etdiyimizə görə qidalanmalı, sosial varlıqlar olduğumuza görə digər canlılarla maraqlanmalı, idman etməliyik və sairə. Gəlin lazımlıq anlayışı bildirən şəkilçiləri götürək. Biz fəaliyyət göstərmək üçün enerji tələb etdiyimizə görə qidalanırıq, sosial varlıqlar olduğumuza görə digər canlılarla maraqlanırıq, idman edirik və sairə. Fərq harada oldu? Edilən işin lazımlığında. Biz heç nəyə məcbur deyilik. Biz sadəcə ölümə bir seçim kimi baxmırıq. Biz ölümün heç cür bir çıxış yolu olmadığını düşünürük. Amma həqiqətdə o bir seçimdir. Siz heç delfinlərin intiharları barədə olan hekayələri eşitmişinizmi? Onlar bəzən bilərəkdən nəfəs almağı dayandırır. Delfinlərin bunu bilərəkdən etməsini dəqiq deyə bilmərik düzdür. Lakin onların digər canlılardan daha şüurlu olduğu dəfələrlə təsdiq olunub və çox gümanki bu hərəkət bir düşüncənin əməlidir. 

Aydındır, bizim seçimimiz var. Ölmək və yaşamaq. Hansını seçməli və yaxud da ümumiyyətlə seçim etməliyikmi? Ölmək üçün və ya yaşamaq üçün səbəbimiz nədir? Niyə inkişafa can atırıq? Bu sualların cavabına bir çox insanlardan bir çox fərqli cavablar eşidəcəksiniz. Bu cavabların əksəriyyəti isə təsdiqlənməmiş ideologiyalarla dolu olacaq və sizə nəyinsə doğru, nəyinsə yanlış olduğunu deyəcək. Reallığa baxsaq isə, kainatın bizim “doğru” və “yanlış” vecinə olmadığını görəcəksiniz. Siz səsinizi itirənə qədər qravitasiyanın olmadığını bağırın, o asteroid qravitasiyanın qanunlarına izləyərək yerə çırpılıb sizi məhv edəcək. Ona görə əgər biz bir növ kimi inkişaf edib bu planeti tərk edib getmək istəyiriksə fərqli ideologiyaları bir qırağa qoyub bir yerdə işləməliyik. 

Astronomical_Art_Space_Shuttles_Leaving_the_Earth_medium

Deyək ki, hamı bir razılığa gəldi. Hamı axmaqlıqdan bir xeyir gəlmədiyini gördü və ağlını başına toplayıb bu yavaş-yavaş öldürdüyümüz planeti yaxın gələcəkdə tərk etməli olduğumuzu anladı. Düşünsənizə, kvadrilyonlarla günəş sistemləri, planetlər və biz sadəcə bir planetdə özümüzlə qısılıb qalmışıq. Nəyə can atırıq axı? Burada qalıb öz mənasız həyatlarımızı nə qədər davam edəcəyik? Bizi çöldə gözləyən bir böyük kainat var, bizsə qapını aça bilməyəcək qədər öz mənasız işlərimizlə məşğuluq. Axı bizim hər birimiz bu planetdə doğulub, inkişaf edib və sonra eyni şəkildə eyni planetdə öləcəyiksə niyə yaşayırıq? Əgər bizim hər birimiz bu dünyaya eyni cür gəlib-gedəcəksə, bu artıq təkamülün bizə verdiyi şansı zibilə atmaqdır. Biz şüurlu və belə bir şeyi bacara bilən varlıqlar olduğumuza görə indi hərəkətə keçməliyik ki, gələcəkdə şansımız daha çox olsun. 

Bu məqalənin məqsədi motivasiya xarakterli deyildir. İndiyənə qədər yazılanlar gəlib bir suala çıxmaq üçündür. Son məqsəd nədir? 

end

“İl 8956-dır. Kainatdakı insan sayı bütün növləri birlikdə götürdükdə onların 97%-ni təşkil edir. Bu gün insanlar növbəti 1272783485-ci qalaktikanı da  koloniləşdirdilər. İnsanların fərqli şəraitdə inkişaf etməsinə görə 43 milyon fərqli qruplara ayrılmışıq. Artıq insan sözü çox ümumi bir sözdür. Bizim artıq nə qidalanmağa, nə reproduksiyaya ehtiyacımız var. Biz inkişafın son mərhələsindəyik. Biz kainatın şahı olan ölümsüzlərik.”
                                                                                          -İnterqalaktik İnsan Birliyi Radiosu

Necə də mümkünsüz bir axmaqlıq kimi səslənir. Biz heç belə bir səviyyəyə çatmağı belə düşünməməliyik. Lakin kim deyə bilər, sabahısı gün nə olacaq? Gələcəkdə son məqsədimizin nə olduğunu düşünməyə heç dəyməzmi sizcə? Bir sivilizasiyanın son inkişaf mərhələsi. Bir növün istəyə biləcəyi hər şey. Nədir o? 

Bu sualı cavablandırmaqda çox acizik, çünki aciz varlıqlarıq. Eqomuzu hündürdən tutaraq öz doğru və yanlış anlayışlarımızı sorğulamırıq. Əslində isə elə bir anlayışın heç ümumiyyətlə mövcud olmadığını görərik. 

Son məqsəd—bu sizin istədiyiniz hər şey ola bilər. Bəzi ssenarilərdə özümüzə kompyuterlərə yükləyib “Matrix”-də sonsuz xoşbəxtlik yaşaya bilərik məsələn. Əsas iş heç bir əsas işin olmadığını anlamaqdır. İnsan və Kainat. Kainatın qanunları ilə oynayacaqsansa inkişaf edəcəksən, oynamayacaqsansa məhv olub sonsuz kosmosa qarışacaqsan. Bunların heç biri yanlış və ya doğru deyildir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Aqil Heydərli

Yaşıl Elm platformasında idarəçi və yazar kimi fəaliyyət göstərirəm. “Azərbaycan Dövlət Neft-Sənayə Universiteti”ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: