Digər

Ruhları biz yox, beynimiz görür

Sifətləri tanıma – ictimai həyatdaki ən vacib bacarıqlarımızdan biridir. İnsandan asılı olaraq bu sistem ehtiyac duyulduğundan daha artıq dərəcədə işləyə bilər, bu da insanın hər yanda “gözlər” və “ağızlar” görməsinə səbəb ola bilər. Beləcə hətta ruhlar olan fotoşəkillərə əsaslı izahlar vermək mümkünləşə bilər.

Bir çox insanlar fövqəltəbii hadisələrin baş verdiyinə inanır və elmin izah verə bilməyəcəyi ruhları gördüyünü düşünür. Görünür bu hadisələr insanın düşüncələrindən daha çox onun beyninin əvvəldən fövqəltəbiilikləri görmə bacarığından qaynaqlanır.

Canlıların funksionallığı üçün lazımlı olan beynin sürətli fəaliyyəti insanda məhdud informasiya çərçivəsində izahlar verməyə çalışır. Bu da səhvən mövcud olmayan obyektlərin həqiqi olduğu illüziyasına gətirib çıxarır.

Misal olaraq insanların qeyri-adi şəkildə sifətlər və obrazlar gördükləri qeyd edilə bilər. Yaşayan insanlar arasında hətta kartof çipsləri üzərində İsa Məsihin sifətini gördüyünü iddia edənlərə rast gəlinir. Bunun səbəbi nədir?

Sifətləri tanıma insan üçün olduqca əhəmiyyətli bir bacarıqdır. Beyin aktivlik qeydləri tədqiqatları göstərir ki, beynin çox böyük bir hissəsi sifətləri tanıma və üzərində işləmə funksiyasını yerinə yetirir. İnsandan asılı olan bu xüsusiyyət normadan artıq işləyə və insanın beynində əslində mövcud olmayan sifətlərin təsvirini verə bilər. Ruhların göründüyü iddia edilən fotoşəkillərin bu sayədə elmi olaraq izah olunması mümkündür.

İnsanlar gündəlik həyatda bir-birləri ilə qarşılıqlı ünsiyyətdə olurlar, bunun üçün də onlar qarşılarındaki həmsöhbətlərinin niyyətlərini anlamalıdırlar. Digər insanların davranışlarına səbəb müəyyən etmə beynin işinin bir sahəsidir, bu səbəbdən bir çox insanlar digərlərinin addımlarında əslində mövcud olmayan xüsusi səbəblər görməyə çalışırlar. Ehtimalla bu tanıma sistemi məhz ruhların mövcud olduqları inancı ilə əlaqəlidir.

Zürich Universiteti hospitalının neyrofizioloqu Bruqqer ruhlarla əlaqədə olduqlarını iddia edən xəstələrində beynin sağ yarımkürəsinin üstünlük təşkil etdiyini gördü.

İnsanın beyni sağ və sol yarımkürələrə bölünür. Sağ yarımkürə sifətləri tanıma, yaradıcı düşünmə, əyani təsvir, musiqi və s. funksiyalarını yerinə yetirir.

Üstünlük təşkil edən yarımkürənin müəyyən edilməsi testlərində bir punkt var. Bu punktda təklif olunan şəkildəki iki sifətdən hansının daha şən olduğu soruşulur.

A şəklindəki sifət sağ yarımkürəyə şən görünür, B şəklindəki isə sol yarımkürəyə gülür. İnsan əyani informasiyanı gözü ilə oxuyur və hər göz onu “üzərində işləmək” üçün beynin əks yarımkürələrinə ötürür, bu səbəbdən şəklin sol yarısı sağ yarımkürəyə göndərilir, sağ yarısı isə sol yarımkürəyə. Hesab edilir ki, sağ yarımkürənin üstünlük təşkil etdiyi insanlar sifətin sol hissəsini daha güclü qəbul edirlər, bu səbəbdən onlara B sifəti A sifətindən daha şən görünür.

Bruqqer bu təcrübəni bir neçə yüz xəstəsi üzərində apardıqdan sonra insanlardan hər birisi paranormal hadisələrə nə dərəcədə inandıqlarını təsvir etdilər. Təcrübənin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz sağ yarımkürənin daha üstün olduğu insanlarda fövqəltəbii hadisələrin yaşanmış olduğu qeyd edilir.

Qaynaq: RİA Novosti

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: