Psevdoelm

Ulduz falı (qoroskop) saxtakarlığı haqqında

Məşhur astrofizik və astrobioloq Karl Saqan “Hamımız ulduz tozuyuq” deyəndə hər hansı planetin hərəkəti insanın işinə, sağlamlığına və ya şəxsi münasibətlərinə təsir etdiyini nəzərdə tutmayıb. Özü də bir astrofizik olaraq onlara qarşı mübarizə aparıb. Lakin zaman-zaman özünü “ulduz falı” (qoroskop) peşəkarları adlandıran insanlara “rast gəlirik”. Əslində buna rast gəlmək demək olmaz, çünki bəhs etdiyimiz şey dünya əhalisinin demək olar ki, yarısının inandığı bir şeydir. Bəzən bu dırnaqarası peşəkarlara inananlar Karl Saqanın sözlərini xatırladıb “Axı biz kosmosun bir parçasıyıq” və əlavə olaraq özlərindən uydururlar : “Kosmosun bir parçasıyıq, ondan asılıyıq və bu asılılıq insanlara təsir edir”. Lakin kosmosun bir parçası olmaq hansısa planetin, ulduzun və ya istənilən hər hansı kosmik obyektin hərəkətinin hər hansı, “bürc” – deyə adlandırılmış, uydurma kateqoriyalara daxil edilmiş insanların həyatına təsir etmir.

Müasir bürclərdəki simvollar antik yunanların ulduzların düzülüşünü, sırasını xəyali bir xəttlə birləşdirilməsindən alınmış xəyali formalardır. Digər sivilizasiyalarda bu xəyali olaraq başqa simvollara bənzədilirdi.

Ulduz falı

Ulduz falı sınağı

İndi gələk ulduz falı adlanan şeyin niyə bu qədər populyar olmasının səbəbinə. Forer-Barnum effekti bu dırnağarası fenomenin, yəni ulduz falı fonomeninin yalanlarını izah edir. Bertram Forer ilk dəfə 1940-cı illərdə bu ulduz falı mövzusunu araşdırmışdır. Bununla yanaşı Fineas Barnumun araşdırması nəticəsində bəlli oldu ki, ulduz falçılarının arqumentləri geniş spektrlidir və buna inanmaq istəyən insan asanlıqla qəbul edir. Hər hansı bir spesifiklikdən söhbət gedə bilməz. Forer isə bu dırnağarası arqument və analizlərin insanlara uyğunluğunu elmi tətqiqatla araşdırdı. Şagirdlərə xarakter testi verdi və  bu testləri qiymətləndirmələrini istədi. Əslində isə, bütün şagirdlərə eyni şəxsi qiymətləndirmə testi verilmişdi. Burada 13 əsas maddə vardı.

  1. Sizdə digər insanların sizi sevməsinə və həsəd aparmasına meylli, şiddətli bir ehtiyac var.
  2. Özünüzü tənqid etməyi sevirsiniz.
  3. Öz xeyrinizə çevirmədiyiz böyük bir potensiala sahibsiniz.
  4. Bəzi şəxsi qüsurlarınız olsa da, öhdəsindən gələ bilirsiniz.
  5. Cinsi gözləntiləriniz sizin üçün problem yaradır.
  6. Kənardan baxanda özünüzü güclü və stabil şəkildə idarə edirsiniz, əslində narahat və qeyri-stabilsiniz.
  7. Bəzi vaxtlarda düzgün şeyi etdiyinizə və düzgün şeyi seçdiyinizə qərar verə bilmirsiniz.
  8. Hər dəfə biraz fərqlilik  istəyirsiniz, əgər məhdudiyyətlərlə qarşılaşsanız, özünüzü narahat hiss edirsiniz.
  9. Özünüzü kimsədən asılı olmayan, düşünən biri olaraq görürsünüz və başqalarının açıqlamalarınızı sübutsuz hesab edirisiniz.
  10. Düşündüklərinizi başqalarına deməyi ağıllı bir hərəkət hesab etmirsiniz.
  11. Bəzən pozitiv və sosialsınız, bəzən isə neqativ və asosial.
  12. Bəzi ehtiraslarınız olduqca qeyri-realdır.
  13. Təhlükəsizliyiniz sizin üçün həyatda əsas məqsədlərdən biridir
Ulduz falı

Şagirdlər 0-5 bal aralığında olan şkala üzrə 4.36 ortalama bal verdilər. Test bitdikdən sonra şagirdlərin hər birinə eyni kağızların verildiyi deyildi. Və bu yuxarıdaki maddələr astrologiya (qoroskop) kitabından tamamilə eyni olaraq götürülmüşdü. Şagirdlərin bu maddələri özlərinə uyğun görmələrinin çox sadə səbəbi vardı : o qədər geniş spektrli ifadələrdir ki, həyatımızın müəyyən perioduna uyğun gəlir. Tamamilə uyğun olmasa belə, azacıq da olsa bənzərlik daşıdığı üçün “yetərincə yaxşı təxmin” olaraq qiymətləndirmək olur. Bu araşdırmanın nəticəsi olaraq bu dırnağarası arqumentlərin işləməsini təmin edən 2 əsas faktor var:

  1. Pozitiv fikirlərin neqativ fikirlərə olan nisbəti, yəni pozitiv fikirlər çox olmalı, lakin şişirdilməməli
  2. İştirakçıların onları sınayan insanların düzgün və şəxsi cavab verəcəyinə inanması

Forer-Barnum effekti 5 noyabr 2012 ci ildə Minnesota Çoxfazalı şəxsiyyət testi ilə yenidən yoxlanılmışdır. Şagirdlərə həm doğru, həm saxta test nəticələri verilmişdir və hansı nəticənin özlərinə aid olduğunu demələri tələb edilmişdir. Əgər ulduz falları doğru idisə, o zaman gözlənilən şey şagirdlərin 80%-nin doğru olan test nəticələrini seçməsi idi ancaq əksinə 59% faizi saxta test nəticələrinin onlara uyğun olduğunu dedi. Təbii olaraq şagirdlər hansının saxta, hansının doğru olduğunu əvvəlcədən bilmirdilər və özlərinə uyğun olanı seçdilər. Bu isə qoroskop kitabından götürülənlərin seçilməməsi demək idi.

Forer-Bahnum effektini daha effektiv edən 3 əlavə faktor da aşkarlanmışdır :

  1. Sınaqdan keçiriləcək insanlar analizin və orada oxuyacaqlarının təkcə özünə aid olduğuna inandırılacaq və buna görə onlara inanmağa meylli olmalıdır.
  2. Həmin insanlar fala baxan, analizi edən, təcrübəni aparan adamın mövzuya hakim olduğuna inanmalıdır.
  3. Analizlər nəticəsində pozitiv analizlər daha çox olacaq, neqativlər faiz etibarilə azlıq təşkil edəcək.

Qoroskop ekspertləri illərdir, bu effektdən istifadə etməklə özlərinə biznes qurub insanların hisslərini istismar edirlər. Tragedikomik olan isə cəmiyyətimizdə onların maddi rifahının elm insanlarından qat-qat yuxarı olması və ən pisi isə onların sözlərinin daha çox diqqətə alınmasıdır. Fala inanmayan biri belə təəssüf ki, bəzən gündəlik qoroskop xəbərlərini oxuyub təsirlənir və gününü buna uyğun qurur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: