MaraqlıPsevdoelm

Təsadüf

Həyatda təsadüflərin olmadığı iddiasının insanlığın bir illuziyası olduğunu bilirdinizmi?

Mövzuya bir az daha yaxından baxaq. 1 katrilyon atomun olduğu bir su yığınından bir atomu lazer cihazımızla və elektromaqnit sahələrimizlə seçəcəyik. Bunlardan hər hansı birini seçmə ehtimalımız nədir? Cavab çox açıqdır:
1/1.000.000.000.000.000
Yəni katrilyonda bir. İndi özümüzü bu atomlardan birinin yerinə qoyaraq düşünək. Digər atomlardan hər birinin seçilmə ehtimalı bizim seçilmə ehtimalımıza bərabərdir. Yəni ”ədalətli” bir haldır. Daha doğrusu, şərtlər bütün atomlar üçün eynidir. Bu cür bir vəziyyətdə seçəcəyimiz atom daha əvvəldən təyin olunmuş bir atom olsaydı, əminik ki, bir çox insan bu hadisəsni ”fövqəladə bir təsadüf” olaraq görəcəkdi. Ancaq çox insanın burada etdiyi səhv ”…amma digər 999.999.999.999.999 atomlardan birinin seçilməsi daha ehtimallı idi!” kimi bir etirazdır. Burada mənimsəməmiz lazım olan şey hər bir atom üçün ehtimalları ayrı-ayrı ələ almaqdır. Beləcə, hər kəsin əslində müəyyən və eyni bir ehtimalda seçilə bilən olduğunu anlayarıq. ”Təsadüf” anlayışımız da beləcə ortadan qalxar.
Gündəlik həyatdan da saysız-hesabsız nümunə verə bilərik: Sizcə bir şosedə saatda 120 kilometr sürətlə gedərkən, qarşı yoldan gələn bir nəqliyyat vasitəsinin şinindəki bir parçanın vasitənin təkərinin yerdə olan bir çuxura düşməsindən ötəri qopub atılaraq sizin açıq olan şüşənizdən içəri girmə və başınıza dəyibb canınızı ağrıtma, bəlkə qəza etmənizə səbəb olma ehtimalı nə qədərdir? Bütün ehtimalları bir düşünün: Sizin şose üzərində ola biləcəyiniz saysız mövqedən, tam da parçanın atıldığı yerdə var olma ehtimalınız… Bəlkə sonsuzda bir… Orada, eyni zamanda qarşı yoldan gələcək vasitənin girə biləcəyi bir çuxurun olma ehtimalı (ancaq digər hər hansı bir çuxurun olmaması)… Şinin çuxura düşmə mövqeyindən, sizin mövqenizdən, qarşıdakı vasitənin mövqesindən, aranızdakı məsafədən, hava sürtünmə əmsalından, toqquşma enerjisindən və daha saysız faktordan ötəri cisimin sizə dəyəcək şəkildə havada uçması… Və daha çoxu. Ancaq olmurmu? Olur. Uzun yolda nəqliyyat vasitəsi istifadə edənlər bəlkə saatlarla yolda olurlar və bir ara, yol çınqllı və ya daşlı olmamasına baxmayaraq qarşı yoldan atılan bir daş şüşənizə dəyə bilər, açıqsa içəri belə girə bilər. Eyni nümunədə havada uçan bir böcək tam da o anda siz keçərkən bir neçə barmaq açıq olan şüşənizdən içəri girib diqqətinizi dağıda da bilər. Minlərlə faktorun bir araya gəlməsiylə bu hadisənin olma ehtimalının nə qədər kiçik olduğunu görə bilərsiniz.
Yaxşı bir başqa ehtimal… Piknikə getdiniz və ağaclar altında yemək yeyirsiniz. Cem çıxardınız və qabını yerə qoydunuz. O sırada sizdən 30 metr uzaqda, yerdən 15 metr yüksəklikdəki bir yarpaq budaqdan qopdu və külək ekoloji faktorlar vs. vəziyyətlərə bağlı olaraq yerə düşdü. Düz, cem qabını qoyduğunuz yerə… Yarpağın sahəsinə və düşə biləcəyi sahənin nisbətinə baxılsa katrilyonda bir ehtimal əldə edilər… Ancaq hamımızın başına bu tip hadisələr gəlmişdir.
Nərd oynayırsınız və üst üstə iki dəfə 6-6 atdınız. Tam ikinci 6-6 atışınızda qapınız döyüldü və qonşunuz gəldi. O da nərd oynamaq istəyir, ancaq zərlərini itirib. Sizdən zər istəyir. Görəsən, zərlərin o gəlmədən dərhal əvvəl 2 dəfə üst-üstə 6-6 düşməsiylə, qonşunuzun zər istəməsi arasında hər hansı bir əlaqə varmı? Əlbəttə xeyr. Yaxşı ya qonşunuzun sizə gəldiyi zaman hissəsi (1-2 dəqiqə) ilə gələ biləcəyi zaman aralığının (səhər 9 axşam 11 arası deyək) ehtimallı olaraq nisbətlənməsinin kiçicik bir ehtimal verdiyini bilirdinizmi? Sizin o sırada nərd oynama ehtimalınızı, o sırada edə biləcəyiniz saysız işə nisbətini hesaba qataq. Qonşunuzun o sırada nərd oynama ehtimalını edə biləcəyi digər saysız şeyə nisbətini də hesaba qataq. Qonşunuzun sizdən istəyə biləcəyi şeylər arasından, zər istəmə ehtimalını da qataq. Kiçik bir ehtimaldır. Ancaq reallaşır. Reallaşdığında da, digər ehtimalların olmasına nəzərən, bu “maraqlı rastlamaların” olması diqqətimizdən qaçmır. Yəni eyni qonşu şəkər tozu istəməyə gəlsəydi bəlkə də şüurumuz buna diqqət belə etməyəcəkdi; ancaq istənən zər olduğunda, beynimiz də o anda etdiyimiz iş və təsadüflər arasındakı əlaqəni sürətlə qurur və çaşmamıza səbəb olur. Çaşmamızın səbəbi açıqdır: beyin bu hadisələr arasındakı əlaqəni qurur; ancaq bu əlaqələr arasındakı səbəb-nəticə əlaqəsini qura bilməz. Çünki belə bir əlaqə yoxdur. Ancaq beyin səbəb-nəticə əlaqələri üzərinə qurulmuş nəhəng bir maşın olduğu üçün bu həllsizlik bizdə psixoloji bir narahatlıq yaradır, təsadüfü hadisələrin həyatımızda ola bilməyəcəyinə dair bir təəssürata səbəb olur. Buna görə təsadüfi olduğu açıq-aşkar olan mövzularda belə bir səbəb-nəticə əlaqəsi uydurma, konkret açıqlamalar tapa bilməsək də var olmayan, paranormal açıqlamalara yönəlməyə meylliyikdir. Çünki beynimiz uydurma da olsa bir cavab axtarır, özünü belə təmin (və təsəlli) edir.
Xaricə, çox uzaq bir ölkəyə getdiniz, məsələn ABŞ-a… Bir küçədə gedərkən, ibtidai sinif yoldaşınızla qarşılaşdınız. Bir düşünək:  200 ölkədən, 50 əyalətdən, 19.000 məskunlaşma yerindən, ikiniz də ola biləcək digər bütün zaman aralıqları yerinə, o anı “seçdiniz” və Yer üzərində ola biləcəyiniz saysız mövqe içindən eyni mövqedə rastlaşdınız. Bunun ehtimalı digər bütün kombinasiyaların və ehtimalların yanında sıfırdır. Amma oldu. Bu bir möcüzədirmi? Paranormal bir hadisədirmi? Fövqəltəbii bir müdaxilədirmi? Əlbəttə ki xeyr. İki fiziki struktur iki fiziki zaman və məkanda rastlaşdılar və bu iki strukturun bir-birini tanıması mövzunu “maraqlı” bir hala gətirdi. İki strukturun eyni anda, eyni coğrafi lokasiyada olması arasında heç bir səbəb-nəticə əlaqəsi yoxdur. Ancaq beynimiz bu qəribəliyi açıqlamaq üçün istər-istəməz səbəb-nəticə əlaqəsi yaratmağa ehtiyac duyur. Bu da ümumiyyətlə “Bu bir mesajdır.” kimi mistik əlamətlərlə izah edilir. Halbuki, heç bir əlaqəsi yoxdur.
Bu “təsadüf”lər marağımızı çəkir, çünki maraqlıdır. O yoldaşınızla fərqli hər hansı A və B nöqtələrində olma ehtimalınız da eyni nöqtədə olma ehtimalınız ilə əslində eynidir (əgər əvvəlcədən ortaq bir plan qurulmayıbsa). Ancaq bu anda rast gəlmədiyiniz birinin hər hansı bir yerdə olması kimsə üçün maraqlı deyil. Çünki sadəcə, “rastaşma” hadisəsi baş verməyib, ortada təəccüblənəcək bir şey yoxdur. Ancaq rastlaşınca inanılmaz bir təsadüf “mistik” bir şəkildə baş vermiş kimi görünür. Bu, açıq-aşkar bir anlayış illuziyasıdır. Anlayışda seçicilikdir!
Nümunələri sonsuz sayda artırmaq mümkündür. Hər hansı bir sözün etimoloji mənşə olaraq ya da sadəcə bir söz olaraq istifadə edilməsi onun qarşıladığı mənanın anlayış illuziyası olduğu həqiqətini dəyişdirməz. Bizlər “ehtimalı aşağı olan hadisələr” deyərik, ancaq bu hadisələrin baş vermə ehtimalı vardır və bu, təbii bir işləyiş müddətinin parçasıdır. Əgər təbiətdə bu ehtimalları qiymətləndirəcək bir zəka olmadığını fərz etsək, ”təsadüf” sözünün təbiət üçün nə qədər ”işə yarar” olduğunu -ya da olmadığını- anlayarıq. Təsadüflər ən sadə mənasıyla zehinimizin qavraya bilmədiyi mürəkkəblikdə hadisələri ifadə etmək üçün uydurduğumuz bir sözdür. Söz yalnız sadə mənasıyla olduqca rahat olsa da (buna görə bu qədər məşhurdur), eyni zamanda, müddət içərisində mənfi bir mənayla yüklənmişdir. Sanki həyatda və təbiətdə təsadüflər yoxmuş kimi bir təəssürat var. Bu səhvdir. Həyatımızda və təbiətdə bir-biriylə fiziki olaraq əlaqəli olmayan saysız hadisə vardır və bunların eyni zamanlı baş verməsi həyatımıza “təsadüflər” olaraq əks olunur. Eyni anda (və ya fərqli zamanlarda və ya sıralı olaraq) reallaşan hadisələrin bir-birləriylə birbaşa və ya bilvasitə olaraq əlaqəli olmaları lazım deyil. Bir çox hadisənin bir-biriylə hər hansı bir əlaqəsi olmamasına baxmayaraq, eyni zamanlı olaraq müəyyən şablonlar halında baş verə bilərlər və aralarında bir əlaqə varmış kimi qəbul etməmizə səbəb ola bilərlər. Bu səhvə yol verməmək və tərəfsiz bir mühakimə edə bilmək lazımdır.

Əgər həyatda təsadüflərin olmadığını iddia edirsinizsə, deməli, şəkildəki kimi bir-biriylə birbaşa heç bir əlaqəsi olmayan iki strukturun (sinirlər və qalaktikalar) bir-biriylə son dərəcə bənzər şəkillər meydana gətirməsini bütün detallarıyla bir-biriylə əlaqələndirib açıqlaya biləcəyinizi iddia edirsiniz (“Qalaktikalar bu şəkildə olduğu üçün sinirlər də bu şəkildədir” kimi…). İstəsəniz bunu etməyi bir yoxlayın. Əminik ki, edə bilməyəcəksiniz. Çünki arada  birbaşa bir səbəb-nəticə əlaqəsi yoxdur. Çünki həyatda təsadüflərə yer var.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: