Psevdoelm

Kaktuslar və kompyuter şüalanması

Mif: “Kaktuslar hər cür cihazdan, xüsusilə də kompüterdən yayılan radiasiyanın qarşısını alır. Buna görə kompüterlərin yanında kaktus saxlanılmalıdır.”


Həqiqət: Kaktusların digər hər hansı bir cisimdən daha çox radiasiya udduğunu göstərən heç bir elmi məlumat yoxdur. Bu mövzunun hələ də bir mif olmama ehtimalı varsa da aşağıda verəcəyimiz məlumatlar nəzərə alındığında mövzunun bir mif olma ehtimalı olmama ehtimalından çox daha yüksək görünür.

Məlumat-1: Bu mif 1980-ci illərdə İsveçrənin Chardonne şəhərində olan Geobiologiya institutunda edilən bir müşahidəyə (araşdırma deyil!) əsaslanır. Bu institutda işləyən və uzun saatlarını kompüterlər qarşısında keçirən mütəxəssislər baş ağrısı və həddindən artıq yorğunluq keçirirlər, laboratoriyalara kaktusların alınmasından sonra bu hallarına zaldığı müşahidə edilir. Bu məlumatın yayılması ilə qlobal ölçüdə olmasa da xüsusilə Şərqi Avropa ölkələrində kaktusların radiasiyaanı udduğu və qoruyucu bir qalxan funksiyası yerinə yetirdiyi iddiası yayılmışdı. Qərb Avropa və ABŞ-dakı bir çox kaktus istehsalçısı və mütəxəssisinin belə bir mifdən xəbəri belə yoxdur.

Məlumat-2: Hər cisim radiasiya yayır və radiasiya udur. Məsələn, siz də bu anda ətrafınıza ölçülə bilinəcək miqdarda radiasiya yayırsınız, ancaq əlbəttə ki, bu miqdar bir elektron cihazın yaydığına görə çox aşağı bir miqdardır. Eyni şəkildə siz, kompüter masanız, divarlarınız, klaviaturanız, yatağınız və ətrafınızda gördüyünüz digər bütün cisimlər ətrafımızda daim var olan radiasiyanı udurlar. Buna görə burada sual kaktusların radiasiyasiyanı udmaq mövzusunda digər cisimlərdən üstün olub-olmadığıdır. Belə bir tapıntıya işarə edən heç bir araşdırma edilmədiyi kimi kaktusların isti səhra mühitində radiasiyaya daha çox məruz qalmasından ötəri bəlkə bir az daha müqavimətli ola biləcəklərindən başqa buna dair heç bir məntiqli və elmi açıqlama yoxdur. Ancaq bu açıqlama doğru olsa belə bu kaktusun öz daxilini qorumasıyla açıqlana bilər, ətraflarındakı cisimləri də qoruma kimi bir xüsusiyyətləri olması o qədər də mümkün görünmür.

Məlumat-3: Bu anda heç bir kompüter ekranı gündəlik normal istifadə şərtləri altında insan sağlamlığına qeydə dəyər miqdarda təsir edə biləcək bir xüsusiyyətə sahib deyil. Əvvəllər istifadə edilən Katodik Şüa Balonu texnologiyasına sahib (qısaca “balonlu”) monitorlar saniyədə 60 dəfə ekranın bir elektron şüası tərəfindən vurulması ilə görüntü meydana gətirirdi. Bu elektron şüası ekrandakı bir nöqtəyə (pikselə) dəydiyində bu pikseli şiddətinə görə fərqli şəkillərdə işıqlandıraraq görüntünün meydana gəlməsini təmin edərdi. Beləcə bu an mövcud ekranlardan çox daha çox miqdarda radiasiya istifadəçiyə də təsir edəcək şəkildə ətrafa yayılardı. Bunun qarşısını məqsədiylə “ekran qoruyucu panellər” istifadə edilərdi. Ancaq günümüzdəki LCD və LED ekranlarda belə bir radiasiyaya səbəb ola biləcək heç bir reaksiya yoxdur. Bu monitorlarda görütü bildiyimiz “kiçik lampalar” (LED: Light Emitting Diode = İşıq yayan diod) ilə yaradılar. Bu günki kompüterlərdən yayılan radiasiya əhəmiyyət verilməyəcək qədər kiçikdir və təhdid edici ölçüyə çatacaq qədər kompüterdə işləmək demək olar ki, qeyri-mümkündür. Bu səbəbdən kaktuslar həqiqətən radiasiyanı udacaq xüsusi bir qabiliyyətə sahib olsalar belə bunu bu günki kompüterlərə qarşı istifadə etmək mənasız və gərəksizdir.

Məlumat-4: Günümüz texnoloji ünsürlərindən yayılan ən fundamental radiasiya ultrabənövşəyi şüadır. Bu şüa rentgen və ya qamma şüalarına müqayisə ilə son dərəcə aşağı enerjilidir və bədənin dərinlərinə nüfuz edə bilməz. Buna görə əgər ki bu cür radiasiya hər hansı bir “xərçəng” ilə əlaqələndiriləcəksə, bu ən çoxu dəri xərçəngi ola bilər. Ancaq bu cür bir xərçəngə gətirib çıxaracaq qədər kompüter ekranından radiasiya qəbul etmək mümkün deyil. Bu səbəbdən nə dəri xərçəngi, nə də bədənin içindəki orqanlarla əlaqədar hər hansı bir başqa xərçəng növündən müasir kompüterlər məsul tutula bilməz.

Məlumat-5: Kaktusların radiasiyaya qarşı əlavə qoruma təmin etdiyi iddiası içlərindəki yüksək su nisbətiylə də əlaqələndirilir. Su yaxşı bir radiasiya saxlayıcı kimyəvi maddə olduğu üçün kaktusların da qismən daha çox fayda verəcəyi iddia edilmişdir. Daha əvvəl də izah etdiyimiz kimi bunun doğru olma ehtimalı olsa da, bununla bağlı hər hansı bir elmi məlumat yoxdur. Ayrıca içlərindəki su miqdarına görə bitkiləri sıralayacaq olsaq, 94% ilə pomidor, 92% ilə qarpız, 91% ilə , 90% ilə qovun, 88% ilə şaftalı, 87% ilə ananas, portağal və böyürtkən, kaktusların ümumi ortalaması olan 85% su nisbətindən daha çox suya malikdir. Ayrıca yuxarıda izah etdiyimiz kimi hər cisimin radiasiya saxlayıcı olduğunu düşünsək, mütləq radiasiyadan qorunmaq istəyirsinizsə, ekranınızın önünə hər hansı bir şey, xüsusilə də pomidor ya da qarpız qoymanızı tövsiyə edə bilərik. Ekranınız radiasiya saçmasa da, xoş bir masa bəzəyi ola bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: