Psevdoelm

Beyin haqqında 10 mif


Beyin insan bədənindəki ən heyranedici orqandır. Mərkəzi sinir sistemimizә nəzarət etməsindәn tutmuş, hәrәkәt etmәyimizi, danışmağımızı, nəfəs almamızı və düşünməmizi təmin edir. Beyin eyni zamanda inanılmaz dərəcədə mürәkkәbdir, təxminən 100 milyard neyrondan (sinir hüceyrəsi) ibarәtdir. Beyinlə bağlı o qədər çox şey bilirik ki, tibbin və elmin fərqli bir neçə sahəsi onu araşdırmağa və müalicə etməyə həsr edilib. Məsələn beyindəki fiziki pozuqluqların müalicəsinə dair nevrologiya, zehni proseslərin və davranışın araşdırılmasıyla məşğul olan psixologiya və zehni pozuqluqlar ilə bağlı xəstəlikləri müalicə etməyi qarşısına məqsəd qoyan psixiatriya kimi. Bu sahәlәr bəzi xüsusiyyәtlәri ilә bir-biriylə üst-üstə düşməkdədir, bundan əlavə başqa sahələr də beynin araşdırılmasıyla məşğul olur.

Bu prinsiplər çox qədim zamanlardan bəri mövcuddur, buna görə də indiyə qədər beyinlə əlaqədar məlum hər cür məlumatı әldә etdiyimizi düşünə bilərsiniz. Ancaq heç bir şey bu düşüncə qədər həqiqәtdәn uzaq deyil. Minlərlə ildir, beynin hər sahəsini araşdırmaq və müalicə etməklə bağlı hələ bir çox sirli qalan xüsus mövcuddur. Ayrıca  beyin o qədər kompleksdir ki, onu daha aydın olması adına, necə çalışdığına bağlı məlumatı sadələşdirmәyә çalışırıq. Bütün bunların bir araya gəlməsi beyinlə əlaqədar bir çox mifin meydana gəlməsinə gətirib çıxarmışdır. Bunların çoxu da hələ aktualdır, çünki hələ hekayənin hamısını eşitmәmisiniz. İndi, birlikdə beyinlə bağlı ətrafda dolaşan 10 mifә baxaq və işə onun rəngiylə başlayaq:

1. Beyniniz bozdur.

Beyninizin rəngini heç düşündünüzmü? Əgər tibb sahəsində işləmirsinizsә böyük ehtimalla xeyr. Bədənimizdə qan, toxuma, sümük və müxtəlif mayelər şəklində iştirak edən göy qurşağının bütün rəngləri mövcuddur. Amma siz televiziyada və ya bir biologiya kabinetindә qabların içinə yerləşdirilmiş beyinlər görmüş ola bilərsiniz. Çox vaxt  bu beyinlər tamamilə boz olur, hətta sarımtıl bir rəng tonuna da ​​malik ola bilirlər. Əslində buna baxmayaraq, yaşamaqda olan canlı bir beyin- məsələn bu anda kəllənizin içində olan kimi – darıxdırıcı və monoton bir boz rəngdən ibarət deyil, eyni zamanda ağ, qara və qırmızı rənglər də daxildir.

Beyin haqqındakı bir çox mif kimi, bu da həqiqətin əslində yalnız bir hissəsinә daxildir; çünki beynin çox hissәsi həqiqətən də bozdur. Bəzən bütün beyinə “boz maddə” deyilir. Sirli romanların yazıçısı Aqata Kristinin məşhur dedektivi Herak Poirot tez-tez “kiçik boz hüceyrələr”indәn bəhs edər. Boz hüceyrələr onurğa beynindәn başqa baş beynin də bir çox hissəsində yer alır ki, bu boz hüceyrələr neyronlar kimi fərqli növ hüceyrələrdən meydana gəlir. Ancaq beyinә eyni zamanda boz maddələri bir-birinə bağlayan ağ maddә, yəni sinir lifləri də daxildir.

Qara komponent, “substantia nigra” deyilən (və təxmin etdiyiniz kimi Latınca olan) qara maddədir. Qara olmasının səbəbi isə “basal ganglia”nın bir parçası olan neyromelanindir – bu xüsusi piqment növü eyni zamanda dəri və saça da rəngini verər. Son olaraq da qırmızı rəngimiz var, bunun da səbəbi beyindəki bir çox qan damarıdır. Yaxşı, mühafizә altında saxlanılan beyinlәr, mәsәlәn Albert Enşteynin beyni niyә boz rәnglidir, rәngli deyil? Buna sәbәb beyini mühafizә edәn qoruyucu maddәlәrin tәsiridir.

İndi rəngdən səsə keçək – bir sonrakı mifimiz musiqi zövqünüzü təkrar qiymətləndirmәnizә sәbәb ola bilər.

2.Motsart dinlәmәk sizi daha ağıllı edәr

Bir radioda klassik musiqi kanalını açıb bir opera dinlədiyinizdə ya da Motsart kimi böyük bir bəstəkarın sinfoniyasını dinlərkən özünüzü daha mədəni hiss etmirsinizmi? Klassik musiqi, şeir və digər sənət növlәri ilә əlaqәli DVD, video və digər məhsullar istehsal edәn Körpә Enşteyn adlı firmanın milyon dollar hәcmindә bir satış payı var. Valideynlər də bu məhsulları alırlar, çünki (Körpə Motsart DVD və CD-ləri kimi) qiymәtli sənət əsərləriylə tәmasda olmanın uşaqlarının zehni inkişafı üçün müsbət təsir edə biləcəyinə inanırlar. Hətta inkişaf etməkdə olan döl üçün klassik musiqi CD-ləri dizayn edilir. Klassik musiqinin beyin gücünüzü artırdığını qarşıya qoyan bu görüş o qədər məşhur oldu ki, bu vəziyyət “Motsart təsiri” olaraq adlandırıldı. Yaxşı, bu mif necə başladı?

1950-ci illərdə Albert Tomatis adındakı bir qulaq-burun-boğaz həkimi eşitmə və danışma pozuntusu olan insanlara kömək etmək üçün Motsartın musiqisinin istifadə edilməsinin müvəffəqiyyətlə nəticələndiyini söyləyərək bu trendi başlatdı. 1990-cı illərdə Irvinedә California Universitetindəki 36 şagirddən ibarət olan bir araşdırmada şagirdlərə bir IQ testi (zəka testi) etmәdәn əvvəl 10 dəqiqə boyunca bir Motsart sonatı dinlədildi. İşAraşdırmanı icra edən Dr.  Qordon Şava görə tələbələr IQ nәticәlәrindә 8 ballıq bir artım oldu. Beləliklə, “Motsart təsiri” doğulmuş oldu.

Dan Kampbel adındakı bir musiqiçi bu ibarәnin müәllif hüquqlarını aldı və bu anlayışa əsaslanaraq bir sıra kitab və CD buraxdı, eyni zamanda Georgia, Florida və Tennesse kimi kimi ştatlarda körpələr və digər kiçik uşaqlar üçün klassik musiqi mövzusunda pul ayrıldı. Campbell və digərləri, “Motsart dinləmənin sağlamlığınızı belə artırar” iddiasını belə müdafiə etdilər.

Buna qarşı Irvinedәki California Universitetindəki orijinal araşdırma elmi arenada mübahisəli bir vəziyyətdə idi. Araşdırmada iştirak edən bir araşdırmaçı olan Dr. Frances Rauscher əslində özlərinin bunun kimsəni daha ağıllı edəcəyi istiqamətində bir iddiaları olmadığını ifadə etdi,hətta Rauscher əyalətlərin pulu musiqili proqramlara xərclərin ayrılmasının daha yaxşı olacağını söylədi – həqiqətən də bir alət çalmağı öyrənmənin konsentrasiyası özünə inamı və koordinasiya inkişaf etdirdiyinə dair dəlillər vardır.

Əlbəttə Motsartın sizə zərər verməyəcəyi qətidir, hətta əgər bir şans versәniz hәtta xoşlana bilәrsiniz, ancaq bu sizi daha ağıllı etməyəcək.


3.Bir şey öyrəndiyinizdə beyninizdə yeni qırışlar yaranar.

Beynin necə göründüyünü düşündüyünüzdə “qırışlar”la örtülü, ehtimalla yuvarlaq şәkilli, iki loblu boz bir kütləni gözünüzdə canlandırırsınız. İnsanlar bir növ olaraq təkamül keçirəndə beynimiz bizi digər heyvanlardan fərqli edəcək yüksək funksiyaları meydana gətirə bilәcәk üzrə böyüdü. Ancaq beyin bədən ölçümüzlә mütənasib ola biləcək ölçüdə bir kəlləyə uyğun ola bilər dərəcədə kiçik qala bilmək üçün böyüdükcə öz içinə doğru hәcmini artırdı. Əgər bütün bu girinti və çıxıntıları düzlәşdirә bilsәdik, beyin bir yastıq örtüyü ölçüsündə olardı. Bu çıxıntılara “gyri”, girintilәrә isə “sulci” deyilir. Bu girinti və çıxıntıların bəzilərinin adları belə vardır və adamdan adama görünüşləri də fərqliləşməkdədir.

Buna baxmayaraq əslində başlanğıcda belə qırışlı bir beyinlə başlamırıq, erkən inkişaf dövrlərində bir dölün olduqca hamar bir beyni vardır. Ancaq döl böyüdüyündə neyronları da böyüyərək beynin fərqli bölgələrinə gedər, burada sulci və gyrilәri yaradarlar. 40 həftəlik olduğunda beyin bu anda sizin sahib olduğunuzdakı şəklini almışdır (təbii ki daha kiçikdir). Yəni biz bir şeylər öyrəndikcə qırışlarımız artmaz. Doğulduğumuzda sahib olduğumuz qırışlarla həyatımızı keçirərik, əlbəttə ki beynimiz sağlam qala bildiyi müddətcə.

Bir şeylər öyrəndikcə beynimiz dəyişər – ancaq bunlarla sulci və gyri inkişaf etdirmək şəklində olmaz. Buna “beyin elastikliyi” deyilir. Siçanlar kimi heyvanların beyinlərinin, onlar bir şeylər öyrəndikcə dəyişməsinin araşdırılmasında araşdırmaçılar sinapslar (neyronlar arası keçidlər) və neyronları dəstəkləyən qan hüceyrələrinin saylarının artdığını tapmışlar. Bəziləri də yeni xatirələr yarandıqda yeni neyronlar yaratdığımız inanmaqdadır, lakin bu bizim kimi məməlilər üçün hələ isbat edilməmiş bir haldır.

Televiziya şoularında, filmlərdə və ya reklamlarda gizli mesajlar olduğunu hiss etmisinizsә bir sonrakı mifimiz sizin üçün maraqlı olacaq.

4. Subliminal mesajlar yoluyla öyrənə bilərsiniz.

Hökumətin, böyük şirkətlərin ya da medianın bizə həqiqətən nə söyləməyə çalışdığıyla bağlı Subliminal mesajların istifadə edilməsi anlayışı şübhə doğurur. Subliminal (şüurlu qəbul etmənin әksi demək olan şüuraltı mənasındadır) bir mesaj şüuraltımıza işləyərək davranışımıza təsir edәcәk görünüşlər və səslər ehtiva edən mesaj deməkdir. Bu ibarәni ilk istifadə edən bir satış araşdırmaçısı olan James Vicary olmuşdur. Vicary 1957-ci ildə, Nyu Cersidə göstərilən bir filmin içinə mesajlar yerləşdirdiyini ifadə etdi. Bu mesajlar saniyənin 3000-də 1-də göstərilir və filmi izləyənlərin Coca Cola içib popkorn yeməsini söyləyirdilər.

Vicary-ә görə kino salonunda kola satışları 18%, popkorn satışları isə 57% artmışdı, yəni Subliminal mesajlar işə yarayırdı. 1950-ci illərin sonunda və 1970-ci illərin başında nəşr olunan kitablar da Vicarynin istehlakçıları öz məhsullarını almaq üçün razı etməsinə yarayan texnikalarının necə istifadə edilə biləcəyindәn bəhs edirdi. Bəzi radio və televiziya reklamlarında Subliminal mesajlar istifadə edildi, lakin bir çox kanal və professional firma bunları qadağan etdi. 1974-cü ildə isə FCC (Federal Communications Commission-Federal Əlaqə Komissiyası) Subliminal reklamçılığı qadağan etdi.

Yaxşı mesajlar işə yaradımı? Vicarynin bu işin tapıntıları haqqında yalan söylədiyi sonradan ortaya çıxdı. Təqib edən araşdırmalara görə bu mesajların, məsələn bir Kanada televiziya kanalında program zamanı yerləşdirilən “Dərhal Zәng Edin” mesajının tamaşaçılar üzərində heç bir təsiri olmadığı ortaya çıxdı. 1990-lardakı məşhur Judas Priest iddiasında intihar edən iki gəncin ailələri gənclərə bunu bir mahnının etdirdiyini söyləmişdilər, ancaq mәhkәmә hakimin bununla əlaqədar heç bir elmi dəlil olmadığını söyləməsiylə nəticələndi. Bununla yanaşı bəzi insanlar hələ də musiqidə və reklamlarda gizli mesajlar gizlәndiyini iddia etməkdədir.

Yəni, yatarkən dinlədiyiniz özünə-yardım kasetlərinin sizə yəqin ki, bir zərəri olmaz, ancaq sizin siqareti atmanıza köməkçi olmadıqları da deyilə bilər.

İnsan və digər heyvanların beyinlərinin ölçüsünün bir əhəmiyyəti vardırmı? Cavabı tapmaq üçün sonrakı mifimizә baxaq.

5.İnsan beyni әn böyük beyindir.

Bir çox heyvan beyinlərini insanların da edə biləcəkləri şeylər üçün istifadə edə bilər, məsələn problem həll etmək üçün yaradıcı yollar tapmaq, mənlik fәrqliliyi sərgiləmək, digərlərinə qarşı empati göstərmək və necə alət istifadə etmәyi öyrənmək kimi. Bununla birlikdə elm insanları bir insanı nəyin ağıllı etdiyini göstərəcək sabit bir göstәrici tapmamışlarsa da, ümumiyyətlə insanın yer üzündəki ən ağıllı varlıq olduğu üzərində həmfikirdirlər. Bizim “daha böyüyün daha yaxşı olduğu” inancına sahib cəmiyyətimiz dә buradan yola çıxaraq insanın bütün heyvanlar arasında ən böyük beynə sahib olduğunu nəzərdə tuta bilər, çünki biz ən ağllıyıq. Amma əslində vəziyyət tam olaraq belə deyil.

Orta hesabla insan beyninin ağırlığı 1361 qramdır. Başqa bir ağıllı heyvan növü olan delfinin da beyni ortalama eyni ağırlıqdadır. Lakin ümumiyyətlə bir delfinlә eyni zəka səviyyəsinə sahib olmadığı qəbul edilən bir ispermeçet balinası da (dişli balinaların ən böyüyü) 7800 qramlıq bir beynə malikdir. Kiçik beyinlər şkalasına gəlsək, bir oranqutan beyni də 370 qramdır. İtlər də orangutanlar da olduqca ağıllı heyvanlardır, ancaq beyinləri kiçikdir.

Bütün bu müqayisələrdə əhəmiyyətli bir şeyə diqqət etmiş ola bilərsiniz. Ortalama bir delfinin ağırlığı 158.8 kiloqramdır, ispermeçet balinası 13 tona qədər çıxa bilər. Ümumi olaraq bir heyvan nə qədər böyükdürsə kəlləsi də o qədər böyükdür, təbii olaraq beyni də elə. Tazılar xeyli kiçik itlәrdir, ən çox 11.3 kiloqram olarlar, bu səbəbdən beyinlərinin də daha kiçik olacağı nəzərdə tutula bilər. Beynin ölçüsü və zəka arasındakı əlaqə beynin tam ağırlığıyla əlaqədar deyil, beyin ağırlığının bədən ağırlığına nisbətiylə bağlıdır. İnsanlar üçün bu nisbət 1ə 50-dir (1/50). Məməlilərin çoxu üçün 1/180, quşlar üçün 1/220-dir. İnsan beyni digər heyvanlara görə bədənə nisbətlə ən çox ağırlığa malikdir.

Zəkanın ayrıca beynin fərqli hissələri da əlaqəsi vardır. Quşların, balıqların ya da sürünənlərin əksinə məməlilərin çox böyük serebral korteks vardır. Mәmәlilәrdәki serebellumda yaddaş, ünsiyyət və düşünmə kimi üst səviyyə funksiyalardan məsul olan serebral yarımkürә vardır. İnsanlarda beyinlərinə nisbətlə digər bütün məməlilərdən daha böyük serebral korteks vardır.

Diqqət! İndi qorxu verici olan başqa bir beyin mifinә baxacağıq.


6.Başınız kəsildikdən sonra da beyniniz aktiv qalar.

Tarixdə bir dövr, gilyotin sayəsində baş kəsmə ən seçilən edam üsulu olmuşdur. Bir çox ölkə artıq bu tətbiqdən imtina etsә də hələ də bəzi dövlətlər, terroristlər və digərləri tərəfindən həyata keçirilir. Bir insanın başını kəsməkdən daha alçaq bir şey yoxdur. Gilyotinin ortaya çıxma məqsədi də onsuz da sürətli və göstәrişli olaraq daha insani şəkildə öldürә bilmәk olmuşdur. Lakin nə dərəcədə bir sürətdən bəhs edirik? Əgər başınız kəsilsə hələ görməyə ya da onu hərəkət etdirməyə davam edə bilərsinizmi, yalnız bir neçə saniyəliyinə də olsa?

Bu anlayış yəqin ki, ilk olaraq Fransız İnqilabı dövründə ortaya çıxmışdır, yəni gilyotinin yaradıldığı dövrdə. 17 İyun 1793-dә Charlotte Corday adında bir qadın, bir inqilabçı, radikal jurnalist və siyasətçi olan Jean-Paul Marata sui-qəsd təşkil etdiyi üçün gilyotinlə edam edilmişdir.  Bıçaq enib Cordayın başına düşdüyündə cəlladın köməkçilərindən biri başı yerdən qaldırıb yanağına yumruq atmışdır. Şahidlərə görə Cordayın gözləri dönərək adama baxmış və üzü haqsızlığa uğrama vә hirs ifadəsini göstərmişdir. Bu hadisədәn sonra inqilab əsnasında edam edilən insanlardan kəsmə anından sonra gözlərini qırpmalarını izlənmişdir, şahidlərinə görə də 30 saniyә әrzindә göz qırpılmaları yaşanmışdır.

Baş kəsmə əməliyyatı tarixindә şüurun davamlılığını göstərən məşhur bir hekayə də 1905-ci ilə qədər geri gedər. Fransız həkim Gabriel Beaurieux Languille adlı bir adamın başının kəsilməsinə şahid olmuşdur. Onun ifadəsinə görə dərhal edamdan sonra “göz qapaqları və dodaqlar … nizamsız aralıqlarla beş-altı saniyə davam edən ritmik sıxılmalar nümayiş etmişlər”. Dr. Beaurieux başı kəsilən adını söylədiyində “göz qapaqlarının hər hansı bir spazmodik sıxılma xaricində yavaşca qalxdığını” və “göz bәbәklәrinin yönəldiyini” ifadə etmişdir. Bunu ikinci dəfə də təkrar etmişdir, ancaq üçüncü dəfə adını səslədikdə bir reaksiya ala bilməmişdir.

Bu hekayələr bir insanın başı kəsildikdən sonra yalnız bir neçə saniyə belə olsa şüurunu davam etdirә bildiyi fikrini vurğulayır. Buna baxmayaraq günümüzün müasir anlayışında həkimlərin böyük bir qisimi yuxarıda göstərilən reaksiyaların əzələlərin reflekslər daxilində sıxılması olduğunu, şüurlu və qəsdli olmadığına inanırlar. Ürəklə buna görə oksigenlə əlaqəsi qalmayan beyin bir anda komaya girərək ölməyə başlayır. Dr. Harold Hillmana görə şüur ​​”beyin içindəki qan itkisinə görə ehtimalla 2-3       saniyə içində ölər“.

Yəni baş kəsilməsindən sonra bir insanın hələ şüurlu qalması tamamilə qeyri-mümkün olmasa da çox da ola biləcək şey deyil. Hillman bununla birlikdə ağrısız gilyotin fikrinə də qarşı çıxır. Ona görə “Beyin və onurğanın o qisimdəki toxumalarla birlikdə kəsilərək ayrılması nəticəsində ölüm meydana gəlir. Bu da kəskin və yəqin ki, ciddi bir ağrıya səbəb olur“. Bu vəziyyət də gilyotin başda olmaq üzrə baş kəsmənin bir çox ölkədə qəbul edilə bilən bir edam üsulu olaraq tәtbiq edilmәmәsinin səbəbidir.

Əslində, başınız çiyinləri üzərindəki yerində dayanarkən də düzәldilә bilinmәyәcәk şəkildə zərər görə bilər. İndi, beyin xәsarәtinin nə qədər uzun müddət davam edə biləcəyinə baxaq.

7.Beyin xәsarәtlәri hər zaman qalıcıdır.

Beyin xәsarәti həddindən artıq dərəcədə qorxulu bir şeydir. Bu qədər sirli və inanılmaz olmasına baxmayaraq beyin əslində çox kövrək və bir çox fərqli yaralanmağa açıq bir quruluşdadır. Beyin ziyanına səbəb olan şeylər bir infeksiyadan bir avtomobil qəzasına qədər müxtəliflik göstərər və özündə də beyin hüceyrələrinin ölümü mənasını verər. Bir çox insan üçün beyin ziyanı deyincə ağla gələn, qalıcı olaraq həyata girən ya da heç olmasa qalıcı fiziki ya da mental qeyri-kafiliyi olan insan görünüşləridir.

Lakin əslində vəziyyət hər zaman belə deyil. Beyin xәsarәtinin bir çox növü vardır və xəsarətin bir insana tam olaraq necə təsir edәcәyi beyindəki mövqeyinə və ciddilik ölçüsünə görə dəyişər. Yüngül səviyyədə bir beyin ziyanı məsələn bir beyin sarsıntısı ümumiyyətlə beynin kəllə içində yellənərək qanama və cırılma meydana gətirməsi meydana gəlir. Beyin kiçik yaralanmalarla çox yaxşı dərəcədə başa çıxma qabiliyyətinə malikdir, insanların əksəriyyəti kiçik bir beyin yaralanması keçirsə də qalıcı bir çatışmazlıqlar olmaz.

Ancaq ziyanın ciddiliyi şkalasının digər ucunda beynin yüksək dərəcədə xәsarәtlә qarşılaşması vardır. Bəzən içəridə yığılan qanın və ya təzyiqin azaldılması üçün cərrahı müdaxilə lazım ola bilər. Ciddi bir beyin xәsarәti alan hər xəstə qalıcı və dönüşü olmayan nəticələrlə qarşılaşır.

Yaxşı ya şkalanın bu iki ucu arasında iştirak edənlər? Bəzi beyin xәsarәtli insanlar bir müddət qeyri-kafiliyə sahib ola bilər, amma sonra qismən yaxşılaşa bilər. Əgər neyronlar xәsarәtә uğrayar və ya ölsə təkrar yaranmazlar – lakin sinapslar, bir başqa deyişlə neyronlar arasındakı bağlantılar təkrar meydana gələ bilər. Qısaca, beyin neyronlar arasında yeni cığırlar yaradar. Bununla birlikdə beyində başqa vəzifələri boynuna götürən bəzi bölgələr xәsarәtli bölgələrin vəzifəsini boynuna götürərək zaman içində xəstənin eyni şeyləri etməyi təkrar öyrənməsinə yol aça bilərlər. Beynin qıvrımları haqqındakı mifdә bəhs edilən beyin elastikliyi fenomenini xatırlayırsınızmı? Xəstələrin da təkrar danışma ya da hərəkət qabiliyyətlərini müalicə yoluyla qazanmaları bu şəkildə olur.

Xatırlamağımız lazım olan əhəmiyyətli şey beyin haqqında hələ bilinməyən bir çox şey olduğudur. Bir insana beyin xәsarәti diaqnozu qoyulduğunda həkimlərin xəstənin nə dərəcədə yaxşılaşa bilәcәyini tam olaraq bilmələri hər zaman mümkün deyil. Xəstələr həkimləri hər zaman tәәccüblәndirә bilmәkdә, günlər, aylar, hətta illər sonra edә bildiklәriylә bütün gözləntiləri aşa bilirlәr. Bütün beyin xәsarәtlәri daimi deyil.

Beyin xәsarәtindәn bəhs etmişkən, bir sonrakı mifimizdə narkotiklərin beynimiz üzərindəki təsirlərinə baxacağıq.

8.Narkotik istifadəsi nəticəsində beyninizdә oyuqlar meydana gələ bilər

Fərqli növdən narkotik maddələrin beyninizi necə təsiri çox mübahisəli bir mövzudur. Bəzi insanlar, yalnız çox ciddi narkotiklərin qalıcı təsirləri ola biləcəyini söyləyir, bəziləri isə ilk dəfə istifadədә belə beyində bəzi qalıcı xәsarәtlәr meydana gəldiyini iddia edir. Aktual bir araşdırma marixuana kimi bir narkotik istifadə etmənin yalnız kiçik ölçülü yaddaş itkisi yaratdığını ortaya qoymuşdur, amma başqa bir araşdırma da ağır marixuana istifadə etmənin qalıcı olaraq beynin bəzi qisimlərini büzüşdürüb kiçildә bilәcәyini ifadə edir. Mövzu kokain ya da ekstazi kimi narkotiklərdən istifadə etməyə gəlincə bəzi insanlar ciddi olaraq beyninizdə oyuqlar meydana gələ biləcəyinə inanır.

Əslində beyninizdə bir oyuq meydana gətirə tək şey fiziki zədəfir. Araşdırmaçılar narkotik istifadəsinin beyində qısa və uzun müddətli dəyişikliklər meydana gətirdiyini söyləyir. Məsələn, narkotik istifadəsi beyində dopamin kimi neyrotransmitter (beyində ünsiyyəti təmin edən kimyəvi maddәlər) təsirini azalda bilər, tam olaraq da buna görə istifadәçilәr eyni duyğunu yaşamaq üçün gedərək daha çox narkotikə ehtiyac duyurlar. Neyrotransmitter səviyyələrindəki dəyişiklik bunun yanında neyronların funksiyalarında problemlərə də yol aça bilər. Bunun geri dönüşünün olub-olmadığı da mübahisəli bir mövzudur.

Digər tərəfdən New Scientist jurnalının Avqust 2008 sayına görə bəzi narkotiklərin uzun müddət istifadəsinin beyində bəzi strukturları böyüdərək qalıcı olaraq dәyişmәlәriylә nəticələnir. Bu iddiaya görə bu vəziyyət narkotik asılılarının davranışlarını dəyişdirmənin bu qədər çətin olmasını da açıqlamaqdadır.

Fərqli narkotiklərin beyni uzun vədәdә necə təsiri ilә bağlı müzakirələr davam etsә də bir şeydən əmin ola bilərik: Heç bir narkotik beyində oyuqlar meydana gətirməz.


İndi, spirtin beyninizə nə etdiyinə bir baxaq.

9.Spirt beyin hüceyrələrini öldürür

Sərxoş bir insanı müşahidə spirtin beyni birbaşa təsiri barədə razı olmanız üçün kifayətdir. Kifayət qədər içən insanlarda digər bir çox yan təsirlə birlikdə danışıq pozulmağa başlayır, hərəkətlər və ağlı icra etmə fərqliləşir. Bunların bir çoxu baş ağrılarından, mədə bulantısından və digər bəzi naxoş yan təsirlərdən əziyyət çәkmiş olur. Yaxşı, həftə sonu bir az içki içmənin ya da bəzi hallarda uzun içmə prosesinin beyin hüceyrələrini öldürəcək qədər təsiri vardırmı? Yaxşı ya daim və tez-tez içki içən alkoqoliklərin vəziyyəti?

Bu ölçüdə deyil. Alkoqoliklərin belə bu spirt içmə vəziyyəti beyin hüceyrələrinin ölümüylə nəticələnməz. Amma dentrit deyilən neyron uclarının pozğunluğuna yol aça bilər. Bu da neyronlar arasında siqnalların çatdırılmasında problem yaranmasına səbəb olar. Hüceyrənin özü xəsarət almaz, lakin hüceyrənin bir başqasıyla qurduğu ünsiyyət fәrqlilәşә bilir. Buffalo Universitetində anatomiya və hüceyrə biologiyası professoru olan Roberta J. Pentneyә görə bu ziyan da əksər hallarda geri qayıdacaqdır.

Alkoqoliklər Wernicke-Korsakoff deyilən bir nevroloji pozuqluq inkişaf edir, bu da beynin bәzi hissәlәrindә neyronların itkisinin bir nəticəsidir. Bu sindrom yaddaş problemlərinə, konfiziona (baş qarışıqlığı), göz iflicinə, əzələ koordinasiya qeyri-kafiliyinə və amneziyaya səbəb ola bilər. Ölümə də yol aça bilər. Buna baxmayaraq bu pozuqluğa da spirtin özü gətirib çıxarmaz. Bu vəziyyət təməl bir B Vitamini olan thiamine (tiamin) in əskikliyinin nəticəsidir.Həddindən artıq spirt istifadəsi ümumiyyətlə qeyri-kafi bəslənmә, ayrıca bədənin tiamini absorbsiya etməsinә də maneə törədə bilməkdədir.

Qısaca, spirt əslində beyin hüceyrələrinizi öldürmәmәsinә baxmayaraq həddindən artıq miqdarda istifadə etmək beyninizə zərər verə bilər.

Bu ilk on siyahıını oxuyarkən beyninizin nə qədərini işlətmədiniz? Bir sonrakı mifimiz hamısını açıqlayacaq.

10.Beynimizin yalnız 10%-i istifadə edirik.

Bizə ümumiyyətlə, beynimizin yalnız 2—10%-i istifadə edirik deyilər. Albert Eynşteyn və Margaret Mead kimi məşhur şəxslərin adları də bu halla bağlı şeylərdən bəhs edərkən istifadә edirlər. Bu mif ehtimalla beyinlə əlaqədar ən məşhur mifdir, bunun səbəbi də bir ölçüdə mediada daim bu ifadənin yayılmasıdır. Yaxşı bunun qaynağı nədir? Bir çox qaynağa görə bunun səbəbi 1900-cu illәrin əvvəlində Amerikalı bir psixoloq olan William Ceymsin “ortalama bir insan öz potensialının çox kiçik bir miqdarını aşkar edə bilər” cümləsidir. Bir şəkildə bu cümlə, beynimizin yalnız 2—10%-ni istifadә edә bildiyimiz şəklindəki mifә çevrilmişdir.

İlk baxışda bu baş qarışdırıcıdır. Niyə hamısını istifadə etmiriksə, bədənimizə nisbətlə ən böyük beynə sahib olan heyvan bizik? Bir çox insan kitablar yazaraq və bəzi məhsullar satılaraq qalan 88-90%-ni istifadə edilə bilinmәdiyi iddiasına çırmalanaraq atlamışdır. ESP (Extra Sensual Perception – Duyğu Xatici Alqılama) kimi kimi psixi qabiliyyətlərə inananlar bu qabiliyyətlərin beynin qalan hisəsində yer aldığını söyləyirlər.

Amma əslində bu doğru deyil. Beyində 100 milyard neyrondan əlavə bir çox növdən digər başqa hüceyrələr də vardır və bunlar davamlı istifadə edilir. Beynimizin kiçik bir qisiminə gələcək bir xəsarətdə belə, zərərin yerinə görə çatışmazlıq əmələ gətirə bilər, yəni beynin yalnız 2—10%-ni istifadə edərək funksiyasını davam etdirməsi qətiyyən mümkün deyil.

Beyin tәhıillәri bizim nə etməyimizə baxmayaraq beynimizin daim aktiv olduğunu göstərmişdir. Müəyyən bir anda bəzi bölgələr digərlərindən daha aktivdir, amma bir beyin xəsarətinə sahib deyilsənsə beynimizdə aktiv olmayan bir bölüm yoxdur. Bir nümunə: Bir masada oturub buterbrod yediyinizi düşünün, yəni ayaqlarınızı istifadә etmәdiyini. Bu, buterbrod ağızınıza aparmağa, çeynәmәyә və udmağa konsentrasiya olursunuz deməkdir. Amma bu ayaqlarınızın işləmədiyi mənasını verməz – o bölgələrdə hələ qan axışı kimi fəaliyyətlər vardır, o sırada ayaqlarınızı hərəkət etdirmәsәniz belə.

Yəni beynin sahəsini düşündüyünüzdə gizli, sizə əlavə potensial təmin edə biləcək bir yer yoxdur. Ancaq beyin haqqında öyrənəcək daha bir çox şey vardır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: