Psevdoelm

Bermud üçbucağı: Həqiqətlərin yox olduğu yer

Bermud Üçbucağı (digər adıyla Şeytan Üçbucağı) gəmi və təyyarələrin sirrli bir şəkildə buxarlaşıb ya da sulara batıb sirrə qədəm basdığı deyilən və uc nöqtələri Bermud, Florida və Puerto Ricoda olan bir üçbucaqdır. Təkinsiz olduğundan Şeytan Üçbucağı adıyla da adlanan Bermud Üçbucağı Şimali Atlantik okeanının qərbindəki bir bölgədir: uc nöqtələri Bermud, Florida və Puerto Rikodadır. Hər bir kənarı 1.600 km-ә (1.000 milə) yaxındır.

Bu ad ilk dəfə yazıçı Vinsent Qaddis tərəfindən ucuz bir kişi jurnalı olan “Argosy“da 1964-cü ildə istifadə edilmişdir. Təbiri ilk istifadə edən Qaddis olduğu halda daha çox bilinən bir adla 10 il sonra dünyaca məşhur olmuşdur. Ailəsi məşhur dil təhsil dərsləri silsiləsinin yaradıcısı olan Çarlz Berlitz fövqəltəbii hadisələrlә də çox maraqlanırdı. Berlitz yalnız Atlantidanın hәqiqi olduğuna deyil, ayrıca, bir şəkildə onun bu üçbucaqla əlaqəli olduğuna da inanırdı. Bu nəzəriyyəni 1974-də nəşr etdiyi çox satılan “Bermud Üçbucağı” kitabında ortaya atdı. Sirr o vaxtdan bəri minlərlə kitab, jurnal, televiziya proqramı və internet saytında yayımlandı.İllər içində sirri açıqlayan bir çox nəzəriyyə ortaya qoyuldu. Bəzi yazarlar Berlitzin Atlantida haqqındakı düşüncələrini daha da irәlilәdәrәk əfsanəvi şəhərin bəlkə də dənizin dibində olduğunu və gəmi və ya təyyarələri batırmaq üçün məşhur “kristal enerjisi”ni istifadə etdiyini ortaya qoydular. Daha xəyalpərəst digər təkliflər isə zaman qapıları (kainatın kosmos-zaman quruluşundakı bir yarığın niyə okeanın bu işlək qisimində açıldığı heç açıqlana bilmədi.), yadplanetlilər və onların sualtındakı iqamətgahlarıdır. Buna qarşı bəzi yazarlar olduqca nadir görülən və az bilinən, ancaq tam mənasıyla təbii hadisələrdən qaynaqlanan, təbiət elmlәri ilә bağlı olan bir açıqlama olduğunu düşünürlər. Məsələn: dənizin altında böyük miqdarda var olduğu bilinən yanıcı metan qazı gəmi və ya təyyarələri yox edə bilər. Bəlkə gəmi və ya təyyarənin tam yanında səthə çıxan böyük bir metan qabarcığının ildırım ya da elektrik qığılcımıyla alovlanması onları iz buraxmadan batıra bilər. Bu nəzəriyyəylə bağlı bir neçə aşkar məntiq problemi var, bunlardan biri metanın təbii olaraq ətrafımızda onsuz da var olması və bu günə qədər heç belə bir dağıdıcı hadisənin reallaşmamasıdır.

Bəzi yazarlar da gözlənilməz azğın qabarma-çəkilmə dalğaları fikrini irəli sürürlər. Və ya pilotları çaşdırıb istiqamət tapma problemi yaradan və bir şəkildə onların okeana batmalarına səbəb olan sirrli bir geomaqnit pozuntuları da ola bilər, ancaq yenə də pilotlar elektronik istiqamət tapma olmadan da təyyarəni istifadə etmək üzrə tәlim keçirlәr və ayrıca, nəzəriyyə gəmilərin ortadan tamamilə yox olmasını açıqlamır. Doğrusu, Amerika Donanmasının bu fikirin axmaqlığını ortaya çıxaran bir internet səhifəsi var:
Bermud Üçbucağının maqnit kompasın həqiqi şimalı göstərdiyi iki yerdən biri olduğu doğru olmayan bir iddiadır. Normalda kompas maqnetik şimalı göstərir. Həqiqi şimalla maqnetik şimal arasındakı fərq maqnetik sapma olaraq bilinir. (…) Keçmişdə bu maqnit sapmaları Bermud Üçbucağı bölgəsini təsir etdisə də dünyanın maqnit sahəsindəki dalğalanmalara görə on doqquzuncu əsrdən bəri bu sapmalar müşahidə edilməmişdir.
Bu peyk görüntüsü mərkəzi Atlantik Okeanında, Bermudun şərqində olan böyük bir dəniz qarışıqlığına aiddir.

“Yox olan həqiqət”in sirri
Bütün bu açıqlamaları qəbul etmədən əvvəl bir skeptik (şübhəçi) və ya elm insanı daha fundamental bir sual soruşmalıdır: Həqiqətən, açıqlanması lazım olan bir sirr varmıdır?
Leri Kusç adında bir jurnalist tam olaraq bu sualı soruşdu və çaşdırıcı bir cavabla qarşılaşdı: Bermud Üçbucağındakı qəribə yox olmalarla bağlı bir sirr yox idi. Kusç “sirrli yox olmaları” ətraflı şəkildə, təkrar-təkrar araşdırdı və hekayənin əslində bir hadisənin səhvən hekayələşməsi, hekayənin beləcə dəyişərəək və şişirdilərək yayılması və ya bəzi vəziyyətlərdə tamamilə uydurma olduğunu aşkar etdi, bunların hamısı da yoxlanılmış və təsdiq edilmiş kimi təqdim edilən məlumatlar idi.

Hər şeyi açıqlığa qovuşduran “The Bermud Triangle Mystery – Solved (Bermud Üçbucağının sirri həll edildi)” kitabında Kusç çox az sayda yazarın mövzu haqqında həqiqi bir araşdırma etmə zəhmətinə qatlandığını, çox yazarın daha əvvəlki yazarların etdiyi kimi məlumatı başqasından alıb eynilə istifadə etdiklərini ifadə edir. Təəssüf ki, Berlitzin dilə olan uyğunluğu etibarlı araşdırma və detallı məlumat əldə etmə mövzularında müşahidə edilmir. Fövqəltəbii hadisələrlə, xüsusilə də Bermud Üçbucağıyla bağlı kitabları səhvlər, yanlışlar və elmi olmayan psevdo nəzəriyyələrlə dolu idi. Bir baxıma, Bermud Üçbucağı böyük ölçüdə Çarlz Berlitzin səhvlərinə görə ortaya çıxmışdır. Kusç daha sonra Berlitzin araşdırmasının etibarsızlığı və başdansovdu edilməsi haqqında bunu deyəcəkdi: “Əgər Berlitz bir gəminin qırmızı olduğunu demiş olsaydı, gəminin başqa bir rəng olma ehtimalı haradasa bir qətilik daşıyardı.

Bəzi hadisələrdə bu akuatik üçbucaq qəbiristanlıqda itdiyi iddia edilən gəmi və təyyarələrin qeydləri belə yoxdur, bir yazarın xəyal dünyası xaricində heç var olmamışlar. Başqa hadisələrdə gəmi və təyyarələr kifayət qədər həqiqi idilər, ancaq Berlitz və digərləri onların “sirrli bir şəkildə yox olmaları”nın şiddətli fırtınalar əsnasında reallaşdığına laqeyd yanaşdılar. Digər hadisələrdə isə vasitələr Bermud Üçbucağının sərhəddlərindən çox uzaqda batmışdılar.

Ayrıca, Bermud Üçbucağının içində olduğu sahənin, yolçu və yük gəmilərinin tez-tez keçdiyi bir bölgə olduğunu ifadə etmək önəmlidir. Məntiqən, yalnız təsadüfi bir şansla belə, Cənubi Atlantik kimi daha az nəqliyyatın olduğu bir bölgəyə nəzərən bu bölgədə statistik olaraq daha çox gəminin batması gözlənilir.

Bermud Üçbucağı barədə axmaqlıqlar onlarla ildir qəti olaraq ortaya çıxarıldığı halda hələ yeni kitablarda “həll edilməmiş sirr” olaraq təqdim edilir, təbii ki, bunu edənlər əksəriyyətlə gerçəklərdən çox sensasional hekayələrə maraqlı yazarlardır. Nəticədə zaman qapılarına, Atlantida, batmış UNO gəmi və yadplanetli qərargahlarına, geomaqnetik pozuqluqlara, qabarma-çəkilmə dalğalarına və ya başqa bir şeyə müraciət etməyə ehtiyac yoxdur. Bermud Üçbucağı sirrinin çox daha sadə biraçılaması var: başdan sovma edilən araşdırma və axmaq sirr alveri edən sensasional kitablar.

Bencamin Redford “Skeptical Inquirer” elm jurnalının köməkçi redaktoru və “Scientific Paranormal Investigation: How to Solve Unexplained Mysteries (Fövqəltəbii hadisələrin elmi araşdırması: Açıqlanmamış sirrləri həll etmə yolları)” adlı kitab da daxil olmaq üzrə 6 kitabın yazıçısıdır. İnternet saytı benjaminradford.com -dur.

Qaynaq: LiveScience

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: