Psevdoelm

Ay psevdo nəzəriyyələri

İnsanoğlu bundan 40 il əvvəl, 20 İyul 1969-cu ildə Aya ayaq basdı. Ancaq insanlıq üçün böyük olan bu addımın ardından fərziyyələr heç dayanmadı.



Aralarında elm adamlarının da olduğu bir çox adam əslində Aya heç enilmədiyini, çəkilən görüntülərin Hollivudda xüsusi mütəxəssislər tərəfindən hazırlanan bir dekorasiyada çəkildiyini irəli sürmüşdülər.
1969-cu ilə qədər Sovetlər Birliyi kosmosa ilk vasitəni ilk canlını və ilk insanı müvəffəqiyyətli şəkildə göndərməyi bacarmışdı. Şübhəçilər kosmos yarışında rəqibindәn geri qalan ABŞ-ın geri qalmamaq üçün bu “filmi” çəkdiyini iddia edir.

Keçən 40 il içində bu iddiaya dəlil olaraq bir çox şey göstərildi. Bu “dəlillərə” isə elm adamlarından və NASA-dan açıqlama gəldi.

“Aya eniş filminin” ən iddialı dəlilləri və bunlara gətirilən açıqlamalar belədir:

NƏZƏRİYYƏ 1: BAYRAQ NECƏ DALĞALANDI? 

Ayda atmosfer yoxdur, buna görә dә külək meydana gəlməz. Buna baxmayaraq sancılan bayraq dalğalanır.

CAVAB:
Bayraq dirəyə bərkidilib. İlk bərkidildiyində bayraq dalğalanmadı, yalnız bərkidildi sırada cazibә təsiri səbəbi ilə dalğalanma hərəkəti etdi. Videolarda bayrağın dalğalanmasının astronavtlar dirəyi buraxdıqdan qısa müddət sonra dayandığı və elə qaldığı, dalğalanmadığı da görülür. Bayrağın dalğalanırmış kimi əks olunan görünüşünə də anbarda saxlanarkən ya da vasitədən çıxarılarkən ibarət yaranan qırışıqlıqlar səbəb olub.

NƏZƏRİYYƏ 2: AYAQ İZİ ÇOX DİQQƏTƏ ÇARPAN OLA BİLMƏZ

Aldrinin ayaq izi nəm olmayan bir atmosferdə yaş quma basılmış kimi dəqiq görünür.

CAVAB:
Ay səthi silikat duzuyla örtülüdür. Bu, xüsusi maddəyә görә atmosferi olmayan Ayda izlər dəqiq görünə və uzun illər mühafizə edilə bilər. Astronavtlar da səthi “talk pudrası ya da yaş qum kimi” deyərək xarakterizə etmişdilər.

NƏZƏRİYYƏ 3: NİYƏ KRATER YARANMADI? 

16 millimetrlik filmdə vasitənin meydana gətirdiyi bir krater ya da dağılmış toz görünüşü yer almır.

CAVAB:
Vasitənin enişi asanlaşdırmaq üçün istifadə etdiyi irəli yönlü reaktiv eniş sistemi yerə enmədən əvvəl kəsildi. Bu səbəblə vasitənin eniş sistemi yalnız Ay modulunun öz ağırlığını tarazlamaq üçün istifadə edildi və eniş çox yavaş oldu. Aydakı cazibə qüvvəsi Yerdəkinin altıda birinə bərabərdir. Ayrıca, üzərindəki tozların altında Ay torpağı çox sıx və möhkəmdir. Buna görə Ay modulunun görülə bilən bir krater meydana gətirməsi söz mövzusu deyil. Sonradan görüntülərdəki kölgələr araşdırıldı və Ay modulunun 10-15 santimetrlik bir oyuq meydana gətirdiyi hesablandı.

NƏZƏRİYYƏ 4: MODULUN İZİ HARADADIR? 

17 tonluq eniş modulu diqqətə çarpan bir iz buraxmamasına baxmayaraq astronavtların ayaq izi necə bu qədər diqqətə çarpan idi?

CAVAB:
Əvvəla, eniş modulunun ağırlığı Ayda 3 ton olur. Əlbəttə astronavtların ağırlığı çox daha aşağıdır, ancaq astronavtların ayaqqabılarının səthi modulun bir metr uzunluğundakı ayaqlarına görə çox daha kiçik bir sahəyə malikdir. Buna görә astronavtların torpağa etdiyi təzyiq vasitəninkindən çox daha çox oldu. Həmçinin modul bərk səthə eniş etmişdi. Astronovtlar isə moduldan endikdən sonra tozlu sahəyə ayaq basdılar. Bu beton üzərinə enən vertolyot və qumda gəzən insanın izləri kimi də müqayisə edilə bilər.

NƏZƏRİYYƏ 5: TOZ OLMAMALI İDİ 

Ay modulunun ətrafında eniş mühərrikləri tərəfindən püskürdülən toz olmamalı idi.

CAVAB:
Burada görülən tozlar moduldan gəlmir. Bunlar bir neçə santimetr böyüklüyündəki mikrometeorlardır.

NƏZƏRİYYƏ 6: SOPLODA ALOV YOXDUR

Ay modulunun enişi əsnasında soplodan çıxan alov görünmür.

CAVAB:
Ay modulu itələyici güc olaraq “Aerozine 50” və “diazot tetroksid” istifadə etdi. Bu maddələr demək olar ki, transparan soplo qazı ortaya çıxarır.

NƏZƏRİYYƏ 7: NİYƏ ULDUZ YOXDUR? 

Çəkilən fotoşəkillərdə heç ulduz yoxdur? Ayrıca, astronavtlar dönüşdə keçirdikləri mətbuat konfransında heç ulduz görmədiklərini açıqladılar.

CAVAB:
Fotoşəkillәrin çəkildiyi sırada Günəş yuxarıda idi. Fotoaparatlar gün işığına görə pozlanmaya nizamlanmışdı. Ayrıca, Günəş işığının Ay səthində səbəb olduğu əks olunma səbəbiylə ən parlaq ulduzların belə görülməsi çətin idi.

NƏZƏRİYYƏ 8: RADİASİYA 

Astronavtlar Van Allen Radiasiya Qurşağı və kosmosdakı radiasiyaya görә həyatda qala bilməzdilər.

CAVAB:
Ay modulu Van Allen qurşağından 30 dəqiqədə keçdi. Bu müddət içində və sonrasında astronavtlar ümumiyyətlə modulun aliminium gövdəsi tərəfindən qorundular. Astronavtların vəzifə əsnasında məruz qaldıqları bütün radiasiya  nüvə enerji stansiyalarında işləyən işçilərin məruz qaldığı radiasiyadan çox deyildi.

NƏZƏRİYYƏ 9: RADİASİYA FİLMLƏRİ NİYƏ POZMADI? 

Kamera və fotoaparatdakı filmlər radiasiya səbəbiylə pozulmuş olmalı idi.

CAVAB:
Filmlər radiasiyadan qoruyucu xüsusi qutularda saxlandı.


NƏZƏRİYYƏ 10: FOTOŞƏKİLLƏR ÇOX KEYFİYYƏTLİDİR

Fotoşəkilər gözlənilməz ölçüdə keyfiyyətlidir.

CAVAB:
NASA-nın əlində Ayda olan əsnada çəkilən və keyfiyyəti yüksək olmayan bir çox fotoşəkil də var. NASA yalnız ən yüksək keyfiyyətdəki fotoşəkilləri nəşr etdi.

NƏZƏRİYYƏ 11: KÖLGƏLƏR UYĞUNLAŞMIR 

Bəzi fotoşəkillərdə kölgələrin yeri və rəngi uyğunlaşmır.

CAVAB:
Ay səthindəki kölgələr səth şəkillərindəki kələ-kötürlük, geniş bucaqlı linzaların səbəb olduğu pozulma, Günəş ilə Yerdən gələn işıqların əks olunması və Ay tozlarının təsirindən meydana gəlirdi. Bütün bu komponentlər bəzi fotoşəkillərdə kölgələrin fərqli təəssürat vermələrinə səbəb oldu.


NƏZƏRİYYƏ 12: QAYALARDAKI “C” HƏRFİ 

Bəzi fotoşəkillərdə qaya və torpaq üzərində “C” hərfi formasında işarələr var. Bu da mühitin insanlar tərəfindən yaradılan bir dekorasiya ola biləcəyi mənasını verir.

CAVAB:
“C” şəkli fotoşəkil çəkərin çapı əsnasında ortaya çıxdı və orijinal filmdə bunlar iştirak etmir.

NƏZƏRİYYƏ 13: SƏHNƏ İŞIQLARI 

Buzz Aldrinin qaya və daş nümunələri toplarkən çəkilən fotoşəkilin sol üst küncdə işıq kürələri görünür. Bu da fotoşəkilin hazırlanmış bir səhnədə çəkildiyini, işığın da səhnə işığı olduğunu ağıllara gətirir.

CAVAB:
Fotoşəkilin çəkildiyi sırada Günəşin Ay səthi ya da ağ astronavt geyimindən etdiyi əks olunma bu cür işıqlara səbəb oldu.


NƏZƏRİYYƏ 14: FOTOAPARAT HARADADIR ?

Fotoşəkillərdən birində Buzz Aldrinin kaskasından əks olunan Neil Armstronq və Ay modulunun görünüşü görünür. Ancaq görünüşdə fotoaparat yer almır.

CAVAB:
NASA mütəxəssisləri fotoaparatın astronavtın sinəsində olduğunu açıqladı.

NƏZƏRİYYƏ 15: ƏŞYALAR HARADADIR? 

Astronavtlar vəzifə sonunda bayraq ilə bəzi qurğu və əşyalarını Ayda buraxdıqlarını açıqlamışdı. İndiyə qədər ən inkişaf etmiş teleskoplardan əldə edilən görüntülərdə belə bu komponentlər görülməyib.

CAVAB:
Hələ bu kiçik əşyaları göstərəcək bir teleskop yaradılmayıb.

NƏZƏRİYYƏ 16: GEYİMLƏRİN VENTİLYASİYASI NECƏ İŞLƏYİR? 

Kosmos geyimlərindəki ventilyasiya atmosferin olmadığı mühitdə işləməz.

CAVAB:
İstifadə edilən ventilyasiya sistemi yalnız vakuumla birlikdə işləyə bilərdi. Su astronavtların kürəyində olan xüsusi tankdakı kiçik dəliklərdən tez kosmosa doğru sublimləşdi və bu şəkildə astronavt geyimlərinin ventilyasiyası təmin edildi.

NƏZƏRİYYƏ 17: NİYƏ YALNIZ ABŞ VƏ NİKSON ZAMANINDA? 

Aya edilən altı enişin hamısı köhnə ABŞ başçısı Richard Nixon zamanında ABŞ tərəfindən reallaşdırıldı.

CAVAB:
Aya ilk dəfə ABŞ endikdən sonra digər ölkələr, xüsusilə də Sovetlər Birliyi Aya enən “ikinci” ölkə olmaq üçün “astronomik” həcmdə xərcləri gözə almadı. Niksondan sonra digər ABŞ başçıları da yüksək xərclərə görə Ay vəzifələrinə önəm vermədilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: