Psevdoelm

Astral səyahət

İddiaçı: Ruhunuz yuxu əsnasında bədəninizdən ayrılaraq o anda fərqli yerlərdə baş verən hadisələri anlıq olaraq görə bilər, astral bədəninizi gələcəyə göndərərək gələcəkdən məlumatlar ala bilərsiniz. Buna astral səyahət deyilir.

Həqiqət: Elmdə nə “astral bədən” nə də “ruh” anlayışları var. İkisi də saxta elmin var etdiyi mistisizm anlayışlarıdır. Edilən heç bir araşdırmada astral səyahət etdiyini iddia edənlərin etmədiyini düşünənlərdən daha yüksək faizlə hadisələri belə bildikləri göstərilməmişdir. Tam tərsinə, astral səyahət iddiasında olanların faizlərində, təxmini doğru bilmə faizindən (50%) belə aşağıdır.

Məlumat-1: Astral Səyahət (Astral Projection) insanların səhv yuxu tərifindən qaynaqlanan və mistik bilgilərdən duyduğu zəiflikdən doğan bir mifdir. Əsasında Lucid Dreaming (yarı-oyanıq yuxu) təcrübəsinin səhv izah olunmuş versiyasıdır. İndiki vaxtda həqiqətən Astral Səyahət ilə əlavə məlumat sahibi olan kimsəyə rast gəlinməmişdir. Üstəlik bu iddianın isbat edə bilənə 1 milyon dollarlıq bir mükafat var (Ceyms Randi Vəqfi).

Məlumat-2: Lucid Dreaming (yarı-oyanıq yuxu) beynin yuxu vəziyyətinə tam olaraq keçə bilməməsinə baxmayaraq bədənin yuxu vəziyyətinə keçməsi nəticəsində meydana gəlir. Bu vəziyyətin pis bir versiyası yuxu apnesi (qarabasma olaraq bilinər) görülməkdəykən, müsbət yuxular görüldüyündə “Lucid Dreaming” olaraq xatırlanır. Bu hadisə əsnasında beynin yuxu rejiminə keçməsi lazım olan bölgələri işi davam etdirər və ətrafdan gələn məlumatlar yarı şüurlu olaraq analiz edilməyə davam edər. Buna görə əgər bu dövrdə yuxu görülsə şüurumuz “yarı şüurlu” olaraq bu yuxuları da fərq edəcək, buna görə duyğu orqanlarımızla bu yuxunu nəzarət etməmiz mümkün olacaq.Bu, yarı-şüurlu yuxu təcrübəsidir və düzgün bir şəkildə çalışılaraq öyrənilə biləcək bir qabiliyyətdir.

Məlumat-3: Astral Səyahətin elmdən kənar olmasının səbəbi “ruh” anlayışının isbatsız olaraq qəbul edilməsi və bu anlayış üzərindən yola çıxılaraq ruhun zamana və məkana asılı olmadan keçmişə, bu günə və gələcəyə gedib, hər hansı bir bölgəyə istənildiyi kimi çata biləcəyi arqumentinin qəbul edilməsidir. Halbuki elmdə ruh deyə bir anlayış yoxdur, ayrıca elmi olaraq gələcəyi və hətta indiki zamanda, fərqli coğrafi ərazidəki bir hadisəsi yuxu əsnasında görmənin bir yolu yoxdur. Astral Səyahət etdiyini iddia edən insanlar yalnız özlərini yuxularında gördükləri bir Lucid Dreaming təcrübəsi yaşamış fərdlərdir. Bu həqiqəti şişirdərək diqqət çəkməyi və ya xəyal güclərini təmin etməyi hədəfləyirlər.

Məlumat-4: Yarı-oyanıq yuxu əsnasında fərd əslində beyni tam olaraq yatmadığı üçün şüurludur, lakin bunun tam olaraq fərqində deyil. Bu səbəbdən oyandığında və gördüyü yuxunu xatırladığında yuxunu nəzarət etdiyini hesab edər. Əslində həqiqətən nəzarət etmişdir, çünki şüuru yarı-açıq olduğu üçün “nə düşünəcəyinə” qərar verə bilər, bu da vizual məlumat olaraq, yəni yuxu olaraq beynə əks olunar. Ancaq eyni zamanda da idarə edə bilməz, çünki yuxularda çox vaxt qarşımıza çıxan üzlər və görünüşlər şüuraltından təsadüfi seçilər.


Məlumat-5: Randi Vəqfinin astral səyahət iddiasında olan kəslər üzərində edilən araşdırmada şəxsin əvvəl astral səyahət etməsi istənmişdir. Şəxs astral səyahəti əsnasında Yupiter planetinə gedib oradan məlumat aldığını iddia etmişdir. Bu arqumenti sonrasında da özündən 65 fərqli məlumat alınmışdır. Edilən araşdırmalar nəticəsində bu məlumatların 11 dənəsinin doğru geri qalan hamısının isə ya tamamilə ya da qismən səhv olduğu təsbit edilmişdir. Bu 11 doğru cavabın da 1 dənəsi bazardakı hər hansı bir kitabda ola bilməyəcək qədər orijinal, 7 dənəsi aşkar bir şəkildə bilinən gerçəklər, 4 dənəsi isə hər hansı bir istinad kitabından öyrənilə biləcək gerçəklərdir. Şəxsin verdiyi məlumatlardan 30 dənəsi tamamilə səhv, 9 dənəsi təsbit edilə bilməyəcək qədər üstü bağlıdır, 5 dənəsi elmi fərziyyə, 10 dənəsi isə qismən yanlış məlumatdır. Bu müvəffəqiyyət faizi 37% -dir ki, planetlər haqqında ön məlumatlı bir insan Yupiter ilə bağlı 65 məlumatı uydursa ehtimalla 50%-lik bir müvəffəqiyyət əldə edəcək. Buna görə sınaq tam bir müvəffəqiyyətsizlik ilə nəticələnmişdir.

Məlumat-6: Fərqli universitetlərdə də bənzər təcrübələr edilmiş və heç birində həqiqi bir fövqəlbədən təcrübə yaşanmadığı, hamısının sadə yuxularınmürəkkəb açıqlanmasından doğulan səhvlər olduğu və istisnasız hamısının yarı-oyanıq yuxudan ibarət olduğu göstərilmişdir. Qısaca Astral Səyahət saxta alimlərin yenə elm üzərində oynadıqları uşaq oyunundan və pəri nağılından ibarətdir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: