Psevdoelm

Ağıllı Dizaynın doğumu




Ağıllı Dizayn hərakatı mərkəzi ABŞ-da Vaşinqton əyalətinin Seattle şəhərində olan DI-nin (Discovery Institute  yəni Kəşf institununun) CSC (Center for Science and Culture yəni Elm və Mədəniyyət Mərkəzi) hissəsini tərəfindən ortaya qoyulmuşdur. DI 1990-cı ildə Xristianlığı müdafiə etmə məqsədiylə, qazanc məqsədi güdməyən bir düşüncə (think tank) quruluşu olaraq qurulmuşdur. CSC hissəsi isə 1996-cı ildə Ağıllı Dizayn hərəkətiylə əlaqədar araşdırmalar etmək və yayılmasını təmin etmək məqsədiylə qurulmuşdur. CSC-in qısa və uzun dövrlü planlarını və hədəflərini izah edən Xəncər Sənədində (Wedge Document) Xəncər Strategiyası izah edilir. Bu sənəddə təməl hədəf olaraq bu iki maddə iştirak edir:

  • To defeat scientific materialism and its destructive moral, cultural and political legacies.
  • To replace materialistic explanations with the theistic understanding that nature and human beings are created by God.



Azərbaycancaya çevirmək lazım olsa məqsədlərini belə ifadə edə bilərik:

  • Elmi materializmi və dağıdıcı mənəvi, mədəni və siyasi mirasını məğlubiyyətə uğratmaq
  • Materialist açıqlamaları təbiətin və insanların Tanrı tərəfindən yaradıldığı teistik anlayışı ilə dəyişdirmək.



Ayrıca bu sənəddə təməl hədəflərin xaricində 5 illik və 20 illik hədəflər də qoyulmaqdadır. Bunların arasında Ağıllı Dizaynın; “elm dünyasında basqın olaraq qəbul edilən bir nəzəriyyə halına gətirilməsi”, “dini, mənəvi, mədəni və siyasi həyatın içinə yaxşıca işləməsi” kimi bəzi hədəflər də mövcuddur. Daha detallı məlumat istəyənlər bu Xəncər Sənədinə buradan baxa bilərsiniz. Bu vaxt bu strategiyanın adının niyə “xəncər” olduğunu maraqlananlar ola bilər. Xəncər sənədində bu belə açıqlanır: “Materialist elmi nəhəng bir ağac qəbul etsək strategiyamız bir xəncər kimi vəzifə görməsi üçün hazırlandı. Bir xəncər nisbətən kiçik olmasına baxmayaraq, ən zəif nöqtəsinə vurulduğunda bir ağac gövdəsini ikiyə ayıra bilər.”Bu strategiya sənədi DI-in təməl məqsədinin elmdə hakim olduğunu söylədikləri materialist dünyagörüşünün yox edilməsi və yerini dini, teistim bir dünyagörüşünün alması olduğunu açıqca ortaya qoyur. Burada materialist dünyagörüşü olaraq gördükləri şey əslində təbiətdə olmuş və ya olmaqda olan hadisələrin təbii səbəbləri olması lazım olduğu fikiridir. Bu görüşün yerinə təbii hadisələrə fövqəltəbii şərhlər gətirilməsini yəni “tanrı” anlayışının elmin içinə girməsini istəyirlər. Yəni qısaca DI-in təməl məqsədi kainatın və canlıların hamısının tanrı tərəfindən birdən yaradıldığı fikirinin elm tərəfindən qəbul edilməsidir. Bu fikilərin məktəb və universitetlərdə öyrədilməsi də bu hərəkətin ən əhəmiyyətli və kritik məqsədlərindən biridir. Amma önlərində Birləşmiş Dövlətlər Konstitusiya Məhkəməsinin 1987-ci ildə yaradılış elminə (creation science) qarşı aldığı “müəyyən bir dini inancı təlqin etməyə istiqamətli təhsil tədris edilə bilməz” qərarı bir maneə təşkil etməkdədir. Bu səbəblə Ağıllı Dizayn hərəkətini izah edərkən “tanrı” sözünü istifadə etməməyə diqqət göstərirlər. Onsuz da bu səbəblə hərakatın adı “Ağıllı Dizayn”dır. Bu dizaynı edən şeyə də “Ağıllı Dizaynçı” deyirlər və bu dizaynçının tanrı olmaq məcburiyyətində olmadığını söyləyərək yaradılışçılıqdan fərqli elmi bir hərakat olduqlarını göstərməyə çalışırlar. Bu sayədə Ağıllı Dizaynın orta məktəb, lisey və universitetlərdə şagirdlərə izah edilməsini təmin etməyə çalışırlar.

Of Pandas and People (Pandalar və İnsanlar)



Bu nöqtədə səhnəyə “Of Pandas and People” kitabı çıxır. Bu kitab ilk nəşri 1989, ikinci nəşri isə 1993-cü ildə edilmiş, məktəblərdə biologiya dərs kitabı olaraq oxudulmaq üçün yazılmış bir kitabdır. Kitabın içində ağıllı dizayn düşüncələri izah edilir. Canlıların bir anda bu günki halları ilə ortaya çıxdıqları və ağıllı bir dizaynçı tərəfindən hazırlandıqları izah edilir. 15 il boyunca bu kitabın oxudulduğu bir çox əyalətdəki məktəblərdə müzakirələr oldu. Bəziləri bu kitabın oxudulmasını qəbul edərkən, bəziləri reaksiyalar səbəbiylə bu kitabı dəyişdirdilər.

Bu reaksiyaların ən böyüyü isə 2004-cü ildə Pennsylvania əyalətindəki Dover qəsəbəsində bölgə məktəb müdriyyətinin “Of Pandas and People” kitabını istinad kitab olaraq təsdiqləməsi və 9-cu sinifdəki şagirdlərə oxutmasıyla ortaya çıxdı. Tammy Kitzmillerin başçılıq etdiyi 11 valideyn məktəb əleyhinə məhkəmə iddiası açdı. İddia 26 Sentyabr 2005-ci ildə başladı. İddiaya 2002-ci ildə Corc W. Buş (bilindiyi kimi özü önəmli bir AD dəstəkləyicisidir) tərəfindən vəzifələndirilmiş olan Hakim John E. Jones baxdı. İddiada 21 gün boyunca iki tərəfin şahidləri də dinlənildi (iddiadakı bütün ifadələrə buradan baxa bilərsiniz). İddia əsnasında maraqlı bəzi şeylər ortaya çıxdı. “Of Pandas and People” kitabınının nəşrdən əvvəlki qaralamaları iddiada dəlil olaraq təqdim edildi. Kitabın əvvəlki qaralama versiyalarının adları belədir:


  1. Creation Biology (1983)
  1. Biology and Creation (1986)
  1. Biology and Origin (1987)
  1. Of Pandas and People (1987, yaradılışçı versiyası)
  1. Of Pandas and People (1987, ağıllı dizayn versiyası)



Bütün bu kitablar araşdırıldığında çox maraqlı bir şəkildə “yaradılış” ilə “ağıllı dizayn”, “ağıllı yaradıcı” ilə “ağıllı dizaynçı”, “yaratma” ilə “hazırlama” sözlərinin əvəzləndiyi görülür. Ən son nəşr edilən versiyaların isə bütün “yaratma”, “yaradıcı” dini xatırladan sözlər ‘hazırlama” sözü və törəmələriylə dəyişdirilmiş olaraq qarşımıza çıxır (bununla əlaqədar sənədlərə buradan və buradan  baxa bilərsiniz).Hələ iddianın nəticəsi müəyyən olmadan 8 Noyabrda Dover məktəb təşkilatı seçkisi edildi və AD tərəfdarları təşkilata seçilə bilmədi. Beləcə təşkilatdakı 9 adamdan hamısı AD tərəfdarı olan 8-i dəyişdi. Daha sonra 20 dekabr 2005-ci ildə Hakim Jones qərarını 139 səhifəlik olduqca detallı bir mətn olaraq açıqladı (açıqlamanın tam mətninə buradan baxa bilərsiniz).Hakim Jonesin qərarındakı bəzi əhəmiyyətli nöqtələr belə yekunlaşdırıla bilər (aşağıdakılar tam tərcümə deyil):Müdafiə şahidlərinin etirazlarına baxmayaraq AD dini bir arqument olaraq təyin olunur.İddiadakı dəlillər AD-nin yaradılışçılığın soyundan olduğunu göstərməkdədir.İddiada əldə edilən dəlillər əzici bir şəkildə AD-nin dini bir görüş, yaradılışçılığın yenidən etiketlənilmiş halı olduğu, amma elmi bir nəzəriyyə olmadığını göstərməkdədir.AD-nin elm olub olmadığı sualıyla da maraqlandıq və elm olmadığı, özünü yaradılışçı, yəni dini sələflərindən ayıra bilmədiyi nəticəsinə vardıq.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: