Psevdoelm

Piramidaları yadplanetlilər inşa etdi yalanı

Misir Piramidaları zamanının ən böyük məzar strukturları və arxitektura baxımdan bir şah əsər olaraq qiymətləndirilə bilər. Həm nəhəng ölçüləri, həm də görünüşlərinin yaratdığı təsir ilə, çox insanın bu məzarları dünya xarici varlıqlarla əlaqələndirmələri normal sayıla bilər.

 

Bəzi piramidaların (xüsusilə ən böyük 3 dənəsinin) mövqelərinin səmadakı ulduzları (orion) istinad alınaraq təyin olunduğu bir gerçəkdir. Misirli rahiblərin bir çox müasirləri kimi yaxşı bir səma müşahidəçisi olduğu, ulduzların və planetlərin hərəkətləri haqqında doğru təxmin və hesablamalar etdikləri bilinir.

 

Yenə qədim Misir inancında ulduzlar böyük yer tuturlar. İnandıqları tanrıları ulduzlarla əlaqələndirilər. Bu səbəbdən “yarı tanrı” olaraq düşündükləri padşahlarının məzarlarını inşa edərkən, göydəki bürclərin yerdəki izlərini yaratmaq istəmələrini adi qarşılamaq lazımdı. Bizim cəmiyyətimizdə ölülərimizin başlarını həmişə eyni istiqamətə çevirərək qibləyə doğru dəfn etməyimiz qədər normal.
sci-fi-egypt-fantasy-hd-wallpaper-2560x1440-8357Psevdoelmin arxasından qaçanlara görə piramidalar bu şəkildə inşa edilmiş olmalıdı.

 

Yarı tanrı bu kralların dəfn edildiyi piramidalarda yatan adamın müqəddəsliyi, o piramidanın inşasında çalışanlar üçün “dini” bir motivasiya da təmin edirdi. Bu səbəblə çox uzun illər ərzində davam edən tikintidə işləmək,pul qazanmaqla yanaşı dini bir öhdəçilikləri yerinə yetirmək olaraq da görülürdü. Bu da, işçi tapmaq çətinliyi çəkmədən bitmək tükənmək bilməyən piramida inşaatlarının davam etməsini təmin edirdi. Bu tikintidə çalışan işçilərin aldıqları ödənişlərin, yedikləri içdiklərinə qədər hər şey dövrün Misirli səlahiyyətliləri tərəfindən qeydə alınmış və günümüzə qədər gəlib çatmışdır. Məsələn işçilərə içki olaraq gündə 1 litr qədər “pivə” verildiyini qeydlərdə görürük.

 

Misir piramidalarının bəzilərinin ulduzlar istinad alınaraq edilmiş və dizaynlarında bəzi xüsusi ölçülərin istifadə edilmiş olması, “xarici dünya”, yaxud “köməksevər yadplanetlilər” ilə bir əlaqəsi olduğu mənasını vermir. Üst-üstə daş yığılaraq edilmiş bir quruluşu görüb; “bunu insan etmiş ola bilməz” demək eyni texnologiya ilə Ayasofya, Səlimiyə strukturları inşa edə bilən insan ağlına təhqirdir.

Yazımızı, yenə elm xarici dairələr tərəfindən “yadplanetlilər olmadan inşa edilməsi qeyri-mümkün” deyə bilinən Misir abidələrinin Türkiyədə Sultanəhməd meydanında inşa edilmiş olanlarının üzərində yazılanlarla bitirək:

 

Şimal-qərb tərəfi:
“18. sülalədən yuxarı və aşağı Misirin sahibi 3-cü Tutmosis, tanrı Amona qurbanını təqdim etdikdən sonra Horusun köməyiylə bütün dənizləri və çayları hökmü altına alaraq hökmdarlığının otuzuncu ili bayramında bu sütunu daha nə qədər zamanların gətirəcəyi bayramlar üçün inşa etdi.”

 

Şimali tərəfi:
“Gizli və müqəddəs adın hər təcəllisinə sahib olan tanrı Amona qurbanını təqdim etdikdən sonra, ondan yardımlar istəyərək cənubun dostu, dinin nuru iki tacın (aşağı və yuxarı Misir) sahibi, qüdrətli hökmdar ölkəsinin sərhədlərini Mesopotamiyaya qədər aparmağa əzm etdi. ”

 

Cənub-şərq tərəfi:
“Günəşin doğulduğu sırada sahib olduğu qızıl rəngləri dünyaya yayan Horusun verdiyi qüvvəti, sərvəti, qüvvətli sevgi, hörməti daşıyan və aşağı və yuxarı Misirin tacına sahib olan və şəxsən Günəş tərəfindən seçilmiş olan firon, bu əsəri atası Ra üçün inşa etdirdi.”

 

Cənub tərəfi:
“Tanrı Horusun lütfünə məzhər olan və Günəşin oğlu ünvanını daşıyan Aşağı və Yuxarı Misirin hökmdarı olan firon, qüdrət və ədalətlə bütün üfüqlərə nur saçdı. Ordusunun önünə keçdi. Aralıq dənizində gəzdi, bütün dünyanı məğlub etdi. Sərhədlərini Naharinə qədər yaydı. Mesopotamiyaya əzmlə getdi, böyük döyüşlər etdi.

 

Gördüyünüz kimi o sirrli görünən heroqliflərdə sirli şeylər yazılmayıb. Bizdən 3.500 il əvvəl yaşamış olan 3-cü Tutmosis sağolsun, nələr etdiyini, nə cür böyük (və inanclı) bir hökmdar olduğunu yazıb çəkmiş, gələcək nəsillərə çatdırmağa çalışıb.

 

Mənbə;kozmikanafor

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: