Psevdoelm

6-cı hiss nәdir?

Bu sualı cavablandıra bilmək üçün, əvvəlcə “6-cı hiss” tərifini vermәk lazımdır. Әgər “Gələcəkdə olacaqları bilmək”, “falçılıq”, “astrologiya” kimi saxta elmi yanaşmalardan bəhs ediriksə əlimizdәki məlumatlar daxilində belə bir ideyanın elmi olaraq var olmadığını bilməliyik. Mistisizm ilə əlaqədar saysız elmi araşdırma və sınaq aparıldı və hələ də davam edәn araşdırmalar və ictimai mistik araşdırma dəvətləri var (“Gəlin, elmi olaraq araşdıraq” şəklində). Ancaq güclərinin var olduğunu iddia edən insanların içərisində həqiqətən mistik gücləri olan tək bir insan da olmadığını rahatlıqla iddia edə bilərik. Çünki bu tip mistisizmin arxasına sığınanların yalanları ya elmi analizlər əsnasında ya da iddialarını isbat edə bilməmələrinә görә hər dәfә yanlış, fırıldaqçı olduqları sübut olunmuşdur.

Digər yandan, məsələn, kimsəsiz bir küçədə izlənildiyimizi ya da arxamızda birinin olduğunu həqiqətən də hiss edə bilərik. Ayaq səsi eşitmədən və izlənildiyimizə dair bir məlumat olmadan bunu necə edə bilirik? Bax, bu nöqtədə elm dövrəyə girir.

Arxamızdan gələni görməyib eşitməməmizə baxmayaraq hiss edə bilməmizin bir çox səbəbi ola bilər. Bu səbəblərdən ən güclüsü bizim “eşitməməmiz”, “görməməmiz”, “qoxusunu hiss etməməmiz”in həqiqətən eşitmədiyimiz, görmədiyimiz və ya qoxusunu hiss etmədiyimiz mənasını vermədiyidir. Bu tip şüursuz hesab etdiyimiz duyğuların cəminə (və hətta “mistik güc” olaraq önə sürülməyə çalışılan digər hisslərə də) elmi analizlərdə Duyğudankənar Qəbul (Extrasensory Perception) adı verilir. Çoxlu elm insanı belə bir duyğu tipi olduğunu qəbul etmir (Amerika Milli Elm Akademiyasının %96-i bu tip duyğuların varlığını rədd edir). Bu duyğuların elm insanların tərəfindən rədd edilməsinin səbəbi edilən araşdırmaların etibarsız olması, təcrübə qurğularının qeyri-kafi olması və mövzuyla bağlı araşdırma edən insanların elmi metodologiyadan asanlıqla sapmalarıdır. Ancaq yenə də bəzi psixoloqlar israrla bu sahədə işlərini davam etdirirlər. Bunlardan xüsusilə bəziləri son dərəcə etibarlı araşdırmalar edirlər və üst səviyyəli elm jurnallarında məqalələr də nəşr edə bilirlər. Elmi şübhəçilik daxilində analizinin edilməsini faydalı görürük. Onsuz da bu araşdırmalara baxıldığında bu tip hisslərin tamamilə elmi mənşələri olduğu görülməkdədir. İndi bunlara bir nəzər salaq.

Kimsəsiz bir küçədə arxamızdan gələn birini hiss edə bilməmizi (ya da bənzər şəkildə, saatın 15:23 olduğunu düşünüb, baxdığımızda həqiqətən də elə olduğunu görməmizi) ESP və bənzəri araşdırmaların nəticələriylə tamamilə elmi olaraq açıqlamamız mümkündür. Küçə nümunəsini ələ alaq: Arxamızda həqiqətən biri varsa ayaqlarından çıxan çox alçaq səslər şüurumuzda hiss olunmaya bilər, ancaq idarəmiz xaricində olan şüuraltımız tərəfindən fərq edilə bilər, buna duyğusal sızıntı (sensory leakage) adı verilir. Bu sızıntılar beynimizdə analiz edilə bilər və şüuraltı olaraq qorxu hissini tətikləyə bilər.

Bir başqa nöqtə dəri qəbuledicilərimizin bəzilərinin vizual qəbuledicilərlə təkamüllü olaraq son dərəcə yaxın olmasıdır. Fərqində olmasaq da və tam olaraq mexanizmi hələ işıqlandırılmamış olsa da dərimiz əsasında bir miqdar işığa da reaksiya verә bilər. Bu, beynimizə gözümüz xaricində başqa nöqtələrimizdən də çox məhdud da olsa vizual məlumatın çatması mənasına gələ bilər.

Bənzər şəkildə çox məhdud səviyyədə də olsa bədənimizlə qəbul etdiyimiz ancaq şüurlu olaraq fərq edə bilmədiyimiz səsə bağlı titrəmələr qəbul edə bilmədiyimiz səsləri istəksiz olaraq eşitməmizi təmin edə bilər. Yəni səsə bağlı olan kiçik titrəmələr bədənimizdə və səs duyğu orqanlarımızda titrəmələrə səbəb olaraq şüur altı bir qəbul edilmə doğura bilər. Bu mövzuda da araşdırmalar davam edir.

Bir başqa nöqtə də feromonlar və ümumiyyətlə qoxu duyğusudur. Feromonlar vəziyyətlər qarşısında heyvanların bədənindən ifraz olunan, bədən xarici hormonlardır. Bu kimyəvi maddәlər havada yol qәt edərək digər fərdlər tərəfindən qəbul edilə bilər. Feromon ifrazatı insanda olduqca azalmış və korlaşmış bir quruluşdur. Olduqca korlaşmış olan iyləmə (burun) və feromon duyğu orqanlarımız (Jacobsen orqanı ya da Vomeronasal orqan) şüuraltı səviyyədə bizim fərq etmədiyimiz bəzi əməliyyatları icra edə bilər. Buna görə arxamızdakı fərdin qoxusu ya da ifraz etdiyi feromonlar bizi xəbərdar edə bilər.

Bu mövzuyla bağlı son bir nöqtə isə işığın əks olunmasıdır. Normalda, biz bunu “kölgələr” olaraq xarakterizə edə bilərik, ancaq bu, makro böyüklükdə olan bir əks-sәdadır. Digər yandan, arxamızdakı cisimlərin önümüzdəki cisimlərdən əks olunan görütüləri aşkar görüntülər olmasa da beynimiz tərəfindən bir ehtimal qəbul edilә bilər. Bu səbəbdən arxamızdakı fərddən çıxıb önümüzdəki bir obyektdən əks olunaraq gözümüzə çatan fotonlar beynimizdə silinmiş də olsa bəzi hisslərin meydana gəlməsini təmin edə bilər və bu, hiss meydana gəlməsinə səbəb ola bilər. Dəri hüceyrələrimizin utrabənövşəyi şüaları görə bildiyinə dairsə olduqca güclü məlumatlar var. Bu “görmə” tam olaraq düşündüyümüz kimi olmasa da mövzumuzla əlaqəli ola bilər.

Saat mövzusunda da bənzər hallar meydana gələ bilər. Hələ bəhs etdiyimiz saat bir qol saatıdırsa çox daha fərqli bir açıqlama ola bilər. Görüş sahəmiz içərisindəki cisimlərə şüurlu olaraq fokuslanmasaq da onlarla əlaqədar məlumatları beynimiz qiymətləndirə bilər. Bu səbəbdən bir neçə saniyə əvvəl beynimiz istəksiz olaraq saatımızı oxumuş ola bilər. Bizsə “təxmin etdiyimizi” hesab edә bilərik. Sonra isə saata baxdığımızda təxminimizi gördüyümüzü hesab edә bilərik. Bax bu, çox sıx-sıx qarşılaşılan bir diqqət faktıdır və bu tip “mistik” və ya “psixi” mövzuların ardında bir payı vardır.

Bunların hamısı və daha çoxu “6-cı hiss” kimi hisslərin elmi analizləridir. Başqa şəkildә açıqlama gözləmək isə elmdən kənar və əsassız olacaq. Bu mövzuyla əlaqədar ən böyük problem araşdırmalardakı ön mühakimələrimizdir. Çünki araşdırdığımız şey “doğru təxminlər” olduğu üçün arxamızda birinin olduğunu doğru təxmin etdiyimiz zamanları (və ya saatı doğru təxmin etdiyimiz zamanları) daha çox xatırlayarıq. Ancaq bütün təxminlərimizin siyahısını çıxaracaq olsaq doğrularımızın səhvlərimizdən çox-çox daha az olduğu görülər (ki elmi araşdırmalar da bunu göstərməkdədir). Bu səbəbdən qəbulda seçicilik burada əhəmiyyətli bir ünsürdür.

Unutmamaq lazımdır, bu mövzulardakı araşdırmalar hələ də davam etməkdədir və son nöqtәyә çatmayıblar. Bu araşdırmaların qəti nəticələri üçün daha çox araşdırma lazımdır. Ancaq nə olursa olsun, indiyə qədər elmin çatdığı yerlər və keçmişdə bu yerlərlə əlaqədar insanların etdikləri açıqlamalar göz önünə alındığında hər vaxt və istisnasız olaraq olduğu kimi 6-cı hiss kimi mövzularda da tamamilə elmi açıqlamalar olacağı rahatlıqla iddia edilə bilər. Edilməsi lazım olan daha çox araşdırmaq, sorğulamaq, oxumaq və hər məlumatı məntiq süzgəcindən keçirməkdir.

Həqiqətləri yalnız elmlə əldə edə bilərik.

Qaynaqlar :

McConnell, R.A., and Clark, T.K. (1991). “National Academy of Sciences’ Opinion on Parapsychology” Journal of the American Society for Psychical Research, 85, 333-365. 

Sherwood, S. J. & Roe, C. (2003). “A review of dream ESP studies conducted since the Maimonides studies”. Journal of Consciousness Studies 10: 85–109.

Cordón, Luis A. (2005). Popular psychology: an encyclopedia. Westport, Conn: Greenwood Press. p. 182. ISBN 0-313-32457-3 

Gracely, Ph.D., Ed J. (1998). “Why Extraordinary Claims Demand Extraordinary Proof”. PhACT. Retrieved 2007-07-31

skepdic.com 

www.livescience.com

www.madsci.org

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: