Digər

Pentaqon tətqiqatçılarına görə 2045-ci ildə dünya

Texnoloji irəliləyişlər barədə suallara Pentaqon tədqiqat agentliyinin ekspertləri cavab verir

Dünya 2045-ci ildə çox fərqli bir məkan olacaq.

Gələcək müxtəlif aspektlərlə proqnozlaşdırılır, lakin texnoloji irəliləyişlər barədə suallara cavab tapmaq üçün Pentaqon tədqiqat agentliyinin ekspertləri bu mövzuda ən yaxşılardan biridir.

1958-ci ildə əsası qoyulmuş DARPA (Defense Advanced Research Projects Agency) hərbi sahədə ən böyük yeniliklərin qurucusudur. Bu yeniliklərin əksəriyyəti artıq bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bunlara misal olaraq təkmilləşmiş robotları, GPS-ləri və interneti göstərmək olar.

Bəs o zaman 2045-ci ildə nələr baş verəcək?

Çox güman ki, robotlar və süni texnologiya sənaye sahələrini dəyişəcək, dron təyyarələr artıq yalnız hərbidə yox, qeyri-hərbi sahələrdə də istifadə olunacaq və özünü idarə edən maşınlar gündəlik həyatımıza rahatlıq gətirəcək.

DARPA alimlərinin daha böyük fikirləri var. Keçən il çəkilən “Forward to the Future”(Gələcəyə doğru) video seriyalarında 3 tətqiqatçı təsəvvür etdiklərinin növbəti 30 ildə reallaşacağını proqnozlaşdırır.

Neuroscientist və Darpa Bioloji Texnologiyalar ofisinin direktoru Dr. Castin Sançez inanır ki, biz sadəcə ağlımızı istifadə edərək ətrafımızdakı şeyləri idarə edə biləcəyik.

Sadəcə fikirlərini istifadə edərək ətrafını idarə idarə edə biləcəyin bir dünya düşün. Sadəcə beyin siqnalları ilə evin müxtəlif yerlərini idarə etmək, dostlarınla və ailənlə ünsiyyət qurmaq barədə düşün” – deyə Sançez gələcəyə dair fikrini ifadə edib.

DARPA bunların reallaşması üçün neurotexnologiyalar üzərində işləyir. Artıq gələcək nəaliyyətlərin bəzi nümunələri var, məsələn: beyin implantlarının protez qolları idarə etməsi.

Keçən həftə DARPA mütəxəssisləri bu möhtəşəm texnologiyanı ilk dəfə nümayiş etdi və iflic olmuş insana “sanki öz əli toxunurmuş kimi” hiss verən beyin implantları ilə toxunma hissini geri qaytardılar.

Gələcəkdə beyin implantlarından başqa daha böyük texnoloji yeniliklər olacaq. Geoloq və DARPA-nın Müdafiə Elmləri Ofisinin direktoru Stefani Tompkins böyük yeniliklərin ətrafımızda olan hər şeyi dəyişəcəyini bildirir.

O düşüncəsinə görə biz həddindən artıq davamlı və eyni zamanda çox yüngül binalar, obyektlər tikə biləcəyik. Polad kimi möhkəm, lakin karbon lifi kimi yüngül materiallardan hazırlanan göydələnlər düşünün. Bu Tompkinsin nəzərdə tutduqlarının sadə izahıdır, lakin əslində bu molekul səviyyədə daha mürəkkəb prosesdir.

O, bunu belə izah edir: 30 il sonra mən ətrafımızdakı materialları tanıya bilməyəcəyimiz dünya təsəvvür edirəm.

“Mənə görə 2045-ci ildə bizim ətrafımızdakı maşınlar ilə çox fərqli əlaqələrimiz olacaq”- deyə aerokosmik mühəndis və keçmiş astronavt DARPA Taktiki Texnologiyalar Ofisinin direktor müavini Pem Melroy bildirib. “Məncə, biz elə bir zamana şahid olacağıq ki, maşınlarla əlaqəmizin daha ağıllı olması üçün klaviatura istifadəsi, elementar səs-tanıma sistemləri əvəzinə sadəcə danışıq və ya hətta düymə basılması kifayət edəcək. Məsələn, hal-hazırda, təyyarəni enişə hazırlamaq üçün, edilməsi vacib çoxlu addımlar var. Naviqasiyadan tutmuş təyyarəni uçuş rejimindən çıxarmaq, yanacağı enişə uyğun balanslaşdırmağa qədər … bir çox mexanizi yerinə yerləşdirmək. Bütün bu addımlar, düzgün ardıcıllıqda baş verməlidir.”

Melroy düşünür ki, bütün bunların əvəzində gələcəkdə təyyarə enişləri pilotun sərnişinlərə “Enişə keçirik” deməsi qədər asan olacaq. 2045-ci ildə pilot sadəcə bu 2 sözü deyəcək və kompyuter edilməsi lazım olan mürəkkəb addımlar ardıcıllığını biləcək.

Və ya ola bilər ki, süni intellekt ilə hər hansı pilota belə ehtiyac olmasın.

“Dünyamız birbaşa istəyimizlə əlaqə quracağımız nümunələrlə dolu olacaq,”- deyə Melroy əlavə edib.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
World Economic Forum
Etiketlər
Daha çoxu

Murad Karimov

“Gələcək Dünya” bloqunun müəllifi.
Çox da uzaq yox, yaxın gələcək çox dəyişəcək!

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: