Digər

Niyə uşaqlar 7 yaşlarından əvvəlini xatırlamır?

Aparılmış yeni bir tədqiqatın nəticələrinə görə uşaqlıq amneziyasının başlanğıc nöqtəsi yeddi yaşdır.

Kate Gammon

Bu yaxınlarda təxminən 4 yaşlı qardaşım qızı bütün valideynlərin ehtiyatlandığı bir bədbəxt hadisənin qurbanı oldu: velosipeddən yıxılaraq ön dişini sındırdı və diş ətinin boynunu əhatə edən hissəsini zədələdi. Yaranan ağrı və daha sonrasında dişin çəkilməsi valideynləri tərəfindən çətin qarşılandı, amma xoşbəxtlikdən qızcığazın özünün bu hadisəyə münasibəti şən oldu. “İndi mən bu deşik arasından makaronu uda bilərəm”, – tətildə o mənə deyirdi.

Yəqin ki böyüdükdə bu hadisəni daha xatırlamayacaq. O vaxt, daha dəqiq desək ikinci sinifdə oxuduqda yaşadığı bütün bu təcrübə şəkillərdən ibarət dolaşıq xatirələrə çevriləcək.

Bunun səbəbi “uşaqlıq amneziyası” olaraq adlandırdığımız qəribə bir fenomendir. Uşaqlar böyüməyənə qədər üç yaşlarından əvvəl başlarına gələn hadisələri xatırlaya bilirlər, bir az daha böyüdükdə isə bu qəribə avtobioqrafik xatirələr silinir. Yenicə aparılmış tədqiqatlar uşaqlıq amneziyasının başlanğıc nöqtəsinin yeddi yaş hesab edilə biləcəyini göstərir.

Alimlər uzun müddətdir ki bu sirli hadisənin səbəblərini araşdırmağa çalışırlar və dediklərinə görə dilin (ünsiyyətin) bununla müəyyən qədər əlaqəsi var. Amma siçovullar və digər heyvanlar da heç bir ünsiyyət bacarığına sahib olmadan oxşar amneziya sərgiləyirlər. Ötən ilin iyununda kanadalı alimlər mümkün izah irəli sürdülər: onlar bu amneziyanın səbəbinin neyrogenez adı ilə tanınan, uşaqlıq dövründə hippokampdaki yeni hüceyrələrin aktiv inkişafı olduğunu düşünürlər. Beyin böyük miqdarda yeni hüceyrələrin yaranması ilə məşğul olduqda uzunmüddətli ola biləcək xatirələri yaddaşda saxlamır.

Mexanizmlər olduqca müxtəlif ola bilər; bəs hansı anda xatirələrə giriş məhdudiyyəti qoyulur?

Nəticələri Memory jurnalında dərc olunan tədqiqatları çərçivəsində Patricia Bauer və həmkarı Marina Larkina valideynlərdən hər hansı birindən (əksər tədqiqatlarda olduğu kimi əsasən analardan) və üç yaşlı uşaqlardan ibarət bir neçə qrup yaratdılar. Valideynlər uşaqlarına son üç ay ərzində baş vermiş zoopark gəzintisi və ya uşaq bağçası ilə bağlı hadisələrə aid suallar verdi. Alimlər isə bunları videoya çəkdi.

Son altı il ərzində artıq 5, 6, 7, 8 və hətta 9 yaşlarında uşaqlardan ibarət müxtəlif qruplar laboratoriyalara qayıdırdılar və tədqiqatçılar onlara üç yaşları olduqda baş vermiş hadisələrlə bağlı suallar verirdi. Elmi əməkdaşlar həmin hadisələrin detallarını bilirdilər, bu səbəbdən uşaqların nəyi xatırladığını və ya bu haqda nələr dediyini aydınlaşdırmaqda çətinlik çəkmədilər.

Nəticələr necə oldu? Popular Science jurnalına danışan Bauer ikinci intervyudaki 5-7 yaşları olan uşaqların xatirələrin 60%-dən çoxunu xatırladığını dedi. 8 və ya 9 yaşlı uşaqlar isə hadisələrin 40%-i, hətta daha azını xatırlayırdı və həmin hadisələri də dəyişdirib danışırdlar.

“Hesab edirik ki, bu, neyron strukturlarında intensiv inkişaf baş verən dövrdəki əsas bioloji proseslər ilə əlaqəlidir. Bu inkişafın ilk mərhələlərində həmin strukturlar işləyir, amma bir o qədər də effektiv olmur – uşaqlar yaddaşlarını formalaşdırır, lakin təbii proseslər müddətində bəzi xatirələr sönür və məhdud olur. Uşaqlar böyüdükdə isə yaddaş çox effektiv şəkildə işləməyə başlayır”, – Bauer qeyd edir.


Valideynlər həmçinin uşaqların baş vermiş hadisələrlə bağlı xatirələrinə təsir edir. Uşaqlarla inkişafi strategiya ilə ünsiyyət quran valideynlər tez-tez belə suallar verir: “Bir az da danış görüm” , “Orada nə oldu?”. Beləcə uşaqların öz xatirələrini izah etmələrinə səbəb olurlar. Bauerin dediyinə görə nəticədə uşaqlarda daha köhnə hadisələri əhatə edən xatirələr daha tez formalaşır və bu xatirələr daha dayanıqlı olur.

Bauer növbəti dörd il ərzində uşaq qrupları üzərindəki tədqiqatlarını davam etdirəcək. O, uşaqlara həyatlarının müxtəlif mərhələlərində baş vermiş hadisələrlə bağlı suallar verəcək. Bauer hesab edir ki, ilk xatirələr emosiyalarla əlaqəlidir – pozitiv olduğu kimi, neqativ emosiyalarla da. Bu səbəbdən qardaşım qızının erkən dövrdə diş yonan cihazlar ilə çox xoş olmayan tanışlıq xatirələrini qoruyub saxlaması xeyli mümkündür, amma yeni xatirələr formalaşdırdıqca onlarla olan əlaqəsinin itirilməsi də istisna olunmur.

Qaynaq: Popular Science

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: