Digər

Neytron ulduzlar.

Neytron ulduzları atom nüvələrinə qədər sıxışmış olan ölü ulduzlardır.
Yerdən 50 000 işıq ili uzaqlıqda neytron ulduz, beləki supernova partlamasından yaranan parlaqlıq o qədər güclü olub ki, 2004 dekabrda ki o bölgədə (kosmosda) olan bütün rentgen peyklərini müvəqqəti kor edib və Yerin yuxarı atmosferini işıqlandırıb.
Yerdən 50 000 işıq ili uzaqlıqda neytron ulduz, beləki supernova partlamasından yaranan parlaqlıq o qədər güclü olub ki, 2004-ci ilin dekabrında ki o bölgədə (kosmosda) olan bütün rentgen peyklərini müvəqqəti kor edib və Yerin yuxarı atmosferini işıqlandırıb. 


Böyük kütləli (Günəşin 15-30 misli qədər) olan bir ulduz yanacağı olan hidrogeni heliuma çevirərək yanma müddəti bitincə, bu yığılan heliumu yandırmağa başlar. O da bitincə heliumun yanması nəticəsində ibarət yaranan karbonu yandıraraq oksigenə çevirər. Beləliklə davam edən çevirmə müddəti, nüvə reaksiyaları qarşısında endotermik* olan dəmirə qədər davam edər.

Bu nüvə reaksiyaları nəticəsində ulduzun nüvəsindəki istilik 1 milyard santiqrat dərəcəni aşır. Lakin artıq içərisində kütlə çəkimini tarazlaya biləcək heç bir nüvə reaksiyası baş verməyən bu isti nüvə böyük bir sürətlə sıxışmağa və çökməyə başlar. Çökən nüvənin kütləsi Günəşin kütləsinin 1.4 qatını aşsa elektronların meydana gətirdiyi “degenerasiya elektron təzyiqi” deyilən və çökməyə maneə törədən qüvvə kafi olmaz və atomlar “nüvələri bir-birinə dəyəcək” qədər sıxışar.

Bu nöqtədə sıxışma dayanar və atom nüvələrini meydana gətirən protonlar ətraflarındakı elektronları udaraq bir neytrona çevrilər. Bu halda ulduz elektronları olmayan təxminən 1 kilometr diametrində bir neytron yığını nəhəng bir atom nüvəsi olar. Sıxlığı isə kub santimetrdə 1 milyard ton qədərdir. Bunu dərk edə bilməniz üçün bunu söyləyək: insan bədəninin ortalama sıxlığı kub santimetrdə 1.062 qarmdır. Günəşimizin ortalama sıxlığı isə kub santimetrdə 1.408 qram qədərdir. Bir başqa deyişlə, bir neytron ulduzunun sıxlığı, bir insanın sıxlığının təxminən 1 trilyon, Günəşin isə 660 trilyon qatıdır. Başqa bir deyişlə isə bir neytron ulduzunun sıxlığı, sizin eyni bədən həcminizə, sizdən tam 1 trilyon ədəd (Dünyadakı bütün insan sayının təxminən 100 misli qədər) insanı sıxışdırdığımız sıxlığa bərabərdir.

Bura qədər izah etdiyimiz çökmə müddəti görkəmli bir nümayişi də özü ilə bərabər gətirər: Ulduzun böyük bir sürətlə çökən nüvəsi çox qüvvətli bir şok dalğası yaradar və bu şok dalğası ulduzun nüvə ətrafında olan xarici qisimlərini bir böyük ifrat ulduz (supernova) partlamasıyla kosmosa sovurar.

Xarici layları atılmış və çılpaq bir halda qalan və tamamilə neytrondan ibarət olan ulduz nüvəsi, hələ milyonlarla dərəcə istiliyə və böyük bir maqneti sahədinə sahib olub, maqnit qütblərindən rentgen şüaları yayar. Böyük bir sürətlə fırlanan neytron ulduzlarının rentgen şüasının yayılma oxu (qütbləri) əgər bizə dönüksə onu periodik bir radio qaynağı hesab edərik. Neytron ulduzlarına “döyünən” (pulsar) deyilməsinin səbəbi də impuls şəklində yaydıqları bu periodik radio dalğalarıdır.

Neytron ulduzlarının öz ətraflarındakı fırlanma sürəti böyük bir sürətlə çökərkən momentlərini qorumaq məcburiyyətində olduqları üçün ağla sığmaz sürətlərə çata bilər. Adi bir neytron ulduzu üçün öz ətrafındakı bir fırlanma müddəti bir saniyədən, saniyənin mində birinə qədər dəyişə bilir.

(*) Ulduzlarda yaranan nüvə reaksiyası iki atomun birləşib ortaya daha böyük başqa bir atom nüvəsi və enerji çıxarması üzərinə qurulur. Lakin dəmir və daha ağır elementlər birləşdiyində ortaya enerji çıxmaz, əksinə mühitdən enerji alınması lazımdır. Bu səbəblə bir ulduz dəmir və daha ağır elementləri yanacaq olaraq istifadə edə bilməz.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: