Digər

Nəsli tükənmiş bəzi nəhəng heyvanlar

Günümüzdən təxminən 200-28 min il əvvəl yaşamış insan növü olan “Neandertal İnsan”ın da boyunun daha uzun, fiziki olaraq daha güclü bir canlı olduğu bilinir. İndilərdə isə insanla birlikdə təbiətdəki digər heyvanların da tarix əvvəli dövrlərdə çox daha böyük bir fiziki quruluşa sahib olduqları deyilir. Bəhs edəcəyimiz canlı nümunələrindən çoxunun adı hələ dilimizə keçmədiyi üçün orijinal dilində qeyd edəcəyik. Qalereyamızda bu heyvanların haqqında danışılan fiziki xüsusiyyətlərinə nəzər salacağıq.

1. Deinosuchus

Deinosuchus timsahlarla əlaqələndirilir və 80-73 milyon il əvvəl yaşadığı düşünülür. Boyu 10 metrə qədər olmaqla birlikdə böyük dinozavrlarla bəsləndiyi bilinir. Dişləri çox güclü olan bu canlı təxminən 1.8 tona qədər ağırlığı olan canlıları belə ovlaya bilirdi. Bu da o deməkdir ki, böyük bir dinozavr növü olan Tiranozavrdan belə güclüdür.

2. Paraceratherium

Paraceratherium buynuzsuz kərgədan olaraq bilinir və gəlmiş-keçmiş ən iri quru məməlisidir. 23 milyon il əvvəl nəsli tükənmişdir.  Təxminən 20 tonluq ağırlığıyla və 5 metrlik boyuyla günümüzün bilinən ən böyük quru məməliləri olan Afrika fillərini yanlarında cırtdan kimi göstərirlər.

3. Archelon

Təxminən, 80 milyon il əvvəl yaşadığı fərz edilən Archelon nəhəng bir dəniz tısbağasıdır. Uzunluğu 4 metrə, genişliyisə 5 metrə qədər ola bilirdi. Bu böyük tısbağaların ağırlıqları 2 tona qədər olur və 100 ildən çox bir zamana malik həyat müddətləri vardı.

4. Titanoboa

Titanoboalar 60 milyon il əvvəl dinozavrların nəsli tükəndikdən sonra diqqət çəkməyə başladılar. 12 metr uzunluqları və 1 tondan çox ağırlıqlarıyla tarix əvvəli zamanın ən böyük ilanı olma xüsusiyyətini daşıyırdılar. Timsahlar və tısbağalarla bəslənərdi.

5. Gigantopithecus



100 min il əvvəl yaşadığı fərz edilən Gigantopithecus gəlmiş keçmiş ən böyük meymun növüdür. 3 metr boyları və təxminən yarım ton ağırlıqları vardı.   Fəsiləsindəki ən yaxın qohumu oranqutanlardır.

6. Meqalaniya



Meqalaniyalar komodo əjdahalarının atalarıdır. 30 min il əvvəl nəsilləri tükənmişdir. Yəni bu da o deməkdir ki, bəlkə də ilk məskunlaşan aborigenlərlə qarşılaşmışdılar. Meqalaniyaların 7 metr uzunluqları və təxminən 450 kiloqram ağırlıqları vardı. Bu da onları bilinən ən böyük kərtənkələ edir.

7. Megalodon



Megaladon böyük ağ köpəkbalıqlarının atasıdır və məlum olan ən böyük, ən güclü canlılardan biridir. 18 metrlik bu köpək balığının 2.6 milyon il əvvəl nəsli tükəndiyi üçün şanslı sayılarıq hərhalda.

8. Phorusrhacidae (Terror Birds)

Uça bilməyən bu böyük ətyeyən quşlar Cənub Amerikada 2.5 milyon il əvvəlinə qədər qida zəncirində ən üstdə duran yırtıcı vəzifəsini icra edirdilər. Boyları 3 metrə qədər uzanan bu quşlar qurbanlarının ətlərini nəhəng dimdikləriylə parçalayırdılar.

9. Tüklü Kərgədan



Tüklü kərgədanlar son buz dövrünün sonlarına qədər Avropada və Asiyada olduqca yayğın olan canlılar idi. Hətta B.E.Ə 8.000-ci illərə qədər Sibirdə nəsillərini  davam etdirdikləri təxmin edilir. Bədən böyüklükləri günümüzün Ağ Kərgədanlarıyla eyni ölçülərdə olsa da tüklü kərgədanlar daha çox qida ilə qidalanırdılar və ağırlıqları 3 ton olurdu. Ayrıca, ön buynuzları 70 santimetrə qədər uzana bilirdi.

10. Megatherium



Bu canlılar bir fillə eyni olub, təxminən 4 ton ağırlığa və 6 metr boya sahib bir tənbəh heyvan növüdür. Tüklü kərgədanlar kimi, B.E.Ə 8.000-ci illərə qədər varlıqlarını davam etdirdikləri düşünülür. Günümüzüm tənbəl heyvanlarının əksinə ağaclarda deyil, o ağırlıqları altında eləcə yerdə həyatlarını davam etdirirdilər.

Qaynaq: Thechive

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: