Digər

Millerin unudulmuş təcrübəsi yenidən analiz edildi

1958-ci ildə aparılmış eksperiment nəticəsində əldə edilmiş material nümunələri müasir metodlarla yenidən analiz edilib. Nəticədə alimlər Yerdə həyatın yaranması sahəsində yeni məlumatlara yiyələniblər.

İllər əvvəl Stenli Miller öz təcrübəsində ən sıravi materialları istifadə edərək, qədim Yerdə həyatın meydana gəldiyi şərtləri modelləşdirmək istəyirdi. Kimyəvi reaksiyaları doğurmaq üçün isə qədim planetdə yayğın olmuş ildırımlardan yox, onu əvəz edən elektrik boşalmasından yararlanırdı.

1958-ci ilin təcrübəsindən qalmış nümunələr bu yaxınlarda Corcia Texnologiya İnstitutundan olan alimlər tərəfindən yenidən analiz edilib. Onlar, maye xromatoqrafiya və mass-spektrometriya köməyilə qədim nümunələrdə peptidlərin yaranması izlərini aşkar etməyə nail olublar. Həmçinin tədqiqatçılar yeni avadanlıqlardan istifadə edərək Miller reaksiyalarını yenidən yaradıblar.

Təxminən 60 il əvvəl Stenli Miller öz yeni ideyasını yoxlamaq qərarına gəldi. Təcrübəsində, hal-hazırda alkoqolizmin müalicəsində tətbiq edilən sianamidi istifadə etdi. O vaxta qədər hesab edilirdi ki, sianamid yalnız turşulu mühitdə reaksiyaya girə bilər, hansına ki qədim Yerdə rast gəlmək çətin olardı.

Yeni təcrübə isə göstərdi ki, amin turşuları sintezində meydana gəlmiş ara reaksiya məhsulları elektrik boşalması təsiri altında peptidlərin formalaşmasına vacib qatqı təmin edir.

“Belə bir reaksiya üçün turşulu mühitin heç də tələb olunmadığını göstərməyə nail olduq. Lazım olan təkcə amin turşuları sintezi prosesində yaranmış ara məhsullardır”, – Millerin keçmiş tələbəsi və həmkarı Ceffri Bada qeyd edir.


Həmçinin oxuyun:

Miller-Urey təcrübəsi təkrarlandı
Həyat su damlalarında yaranmış ola bilər
“Niyə əslində həyat mövcud deyil”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: