Maraqlı

Ulduzların işıqları gecə nə üçün “göz qırpır”?

Gecələr səmada gördüyümüz ulduzların bir çoxu bizim günəşimizdən də böyükdür, amma o qədər uzaqdadırlar ki, ancaq nöqtə kimi görünürlər. Planetlərin ulduzlardan fərqləri günəş sistemimiz içində bizimlə birlikdə günəşin ətrafında olmalarıdır. Bu səbəblə çox uzaq olan ulduzlar səmada “sabit” dayanarkən planetlər daim yer dəyişdirirlər. Bu planetlər günəşə yaxınlıq sırası ilə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. 

Günəş sistemimizdə belə məsafələr o qədər böyükdür ki, Yerə 8 dəqiqəyə gələn günəş işığı Neptuna ancaq 4 saata çatır. Günəş sistemimizdə olmalarına baxmayaraq Neptun teleskop istifadə edilmədən görünmür. Günəş Neptuna o qədər uzaqdır ki, bu planetdən baxıldığında Günəşin görünüşü parlaq və adi bir ulduzdan fərqsizdir. Günəş işıqlarının planetimizə gəlmək üçün 8 dəqiqəyə getdiyi bu yolu saatda 1000 kilometr sürətlə gedən müasir bir reaktiv təyyarə ancaq 17 ilə gedə bilərdi. 
Günəş sistemimizin xaricindəki məsafələr isə inanılmazdır. Məsələn, Andromeda qalaktikasının işığı Yerə 2.2 milyon ilə çatır. Yəni biz bu qalaktikanı bu qədər il əvvəlki halını, keçmişini görürük. İndi nə edir görəsən?

Aysız, aydın bir gecədə səmada gözlə görülən ulduz sayı 7000-dir. Kiçik bir teleskopla 25 milyon ulduz görülə bilər. Amma məsələn, ABŞ-dakı “Mount Palomar” müşahidə evindəki teleskopla bütün səmaya baxılsa 2 milyard ulduz görülə bilər. Halbuki, yalnız Süd yolu qalaktikasında 100 milyard ulduz olduğu təxmin edilir.
Ulduzların göz qırpırmış kimi işıqlarının kəsilməsinə səbəb çox uzaqdan gəlmələri və atmosferimizdir. Yer üzündə nisbətən qızan hava yüksəlməyə meyillidir. Bu proses gecə də davam edir. Ulduzların zəif işıqları bu yüksələn hava dalğası içində qırılır. Bəzən gözümüzə tam olaraq çata bilmirlər, yəni kəsik-kəsik gəlirlər.
Bu evimizdəki isti radiatorun və ya bir alovun ya da yayda çox isti yolların üzərindəki yüksələn havanın öz arxasındakı görüntünün görünüşünü dalğalandırmasına bənzəyir. Hərçənd, adi gözlə görülən planetlərdən gələn işıqlar da yüksələn hava dalğaları ilə qırılır, amma onların işıqları daha güclü olduqlarından gözümüzə kəsilmə olmadan çata bilirlər və göz qırpmırlar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: